.


“Gözlər qəlbin aynasıdır” bədii ifadə olsa da, həqiqətə də uyğundur.

Gözlər insan simasında ən yaddaqalan nişanələrdən biridir. Gərgin iş günündən sonra gözlər hədsiz yorğun görünür, hətta bəzən qızarır, qaşınır, şişir, qaralır, görmə itiliyi azalır. Müxtəlif dərman vasitələri ilə bu problemlərin qarşısını almaq mümkün olsa da, bunun asan, əlçatan və təbii üsulları da var.
Həkim-fitoterapevt Ulduz Hüseynova göz yorğunluğunu və görmə zəifliyini aradan qaldırmaq üçün məsləhət gördüyü ən sadə üsullar haqqında danışarkən bunları dedi: “Bunun üçün 1 xörək qaşığı zirə meyvəsi, 1 çay qaşığı göyçiçək çiçəyi və 1 çay qaşığı bağayarpağı yarpaqları buxara verilir, alınan damcılar gündə 3-5 dəfə gözlərə damızdırılır.
Aptek çobanyastığı və gülümbahar çiçəkləri qarışığından 3 xörək qaşığının üzərinə 1 stəkan qaynar su əlavə edilir, 15-20 dəqiqə dəmdə qalandan sonra həmin dəmləmə ilə gözlərə islatma qoyulur və ya yuyulur.
Bir qədər təmiz bal isti suda həll edilib gözə damızdırılır.
Cəfəri yarpaqları horra şəklinə salınaraq tənzifin içərisinə yığılır və 15-20 dəqiqə gözlərin üzərinə islatma qoyulur. Proseduru gün ərzində bir neçə dəfə təkrarlamaq olar.
Gözlərin üzərinə təzə kəsilmiş xiyar və ya kartof dilimləri qoymaqla da yaxşı nəticə əldə etmək mümkündür. Həmçinin göz qapaqları üzərinə xiyar şirəsində isladılmış pambıq tamponlar da qoymaq olar. Eyni zamanda, sürtgəcdən keçirilərək tənzifin arasına qoyulmuş kartofla da göz qapaqlarına edilən islatma göz üçün xeyirlidir.
Pambıq tampon təzə dəmlənmiş qara çayda isladılır və hər gün axşam yatmazdan əvvəl gözlərin üzərinə qoyulur.
Su ilə durulaşdırılmış aloe şirəsi gözlərə damızdırılır.
Bundan əlavə, daxilə qəbul olunan bəzi bitkilərlə də göz sağlamlığını qorumaq mümkündür. Misal üçün, hər gün səhər acqarına yarım stəkan təzə çəkilmiş kök şirəsi içdikdə görmə qabiliyyəti yaxşılaşır. Belə ki, məlum olduğu kimi kök göz üçün faydalı A vitamini ilə zəngindir.
Qaragilə meyvələrini yemək də görmə qabiliyyətini yaxşılaşdırmaq üçün ideal vasitələrdən biridir. 
/milli.az/
22 Mart 2020 Uşaqların qidalanması üçün vacib olan vitaminləri bu QİDALARDAN əldə etmək olar
16 Mart 2020 Cücərmiş sarımsağı qəti zibil qabına atmayın! - İNANILMAZ FAYDALARI
15 Mart 2020 “WhatsApp”da yeni funksiyalar yaradılıb
10 Mart 2020 Portağalın bilmədiyiniz faydaları — Kimlərə olmaz?
01 Mart 2020 Bu xəstələrə banka qoymaq olmaz – Təhlükəlidir
29 Fevral 2020 Bu kartoflardan yeməkdə istifadə etmək olmaz – Alimlərdən məsləhət
16 Fevral 2020 Göz yorğunluğunu aradan qaldıran TƏBİİ ÜSULLAR
13 Fevral 2020 İmmuniteti möhkəmləndirən 5 sarı meyvə
07 Fevral 2020 Xəyalə Əhmədova diplomla təltif olundu
01 Fevral 2020 Xəyalə Əhmədova Həsənqaya seçiciləriylə görüşdü - Foto
30 Yanvar 2020 Xəyalə Əhmədova Güloğlular kəndində seçicilərlə görüşdü - Video
29 Yanvar 2020 Aqil Məmmədov Qəbələ və Oğuzda izdihamlı görüşlər keçirib - FOTO
29 Yanvar 2020 Aqil Məmmədov Tərtər və Bərdədə seçicilərilə görüşdü - FOTO
28 Yanvar 2020 Qarabağ qaziləri Xəyalə Əhmədovanı rəğbətlə qarşıladı - FOTO
28 Yanvar 2020 Evdəki ərzaqlarla təbii maskalar
26 Yanvar 2020 Xəyalə Əhmədova Cəyirlidə seçicilərlə görüşdü - FOTO
25 Yanvar 2020 Kəlbəcərlilər Aqil Məmmədovu coşğu ilə qarşıladılar -FOTO
24 Yanvar 2020 Aqil Məmmədov seçiciləri ilə görüşdü - Gəncədə
24 Yanvar 2020 Bərdəni qarış-qarış gəzən namizəd - Xəyalə Əhmədova
24 Yanvar 2020 "WhatsApp" artıq bu telefonlarda işləməyəcək - SON 1 HƏFTƏ
22 Yanvar 2020 “Votsap”da silinən mesajları necə oxumaq olar? – İlginc üsul
21 Yanvar 2020 Aqil Məmmədov Daşkəsən və Göygöldə məskunlaşan seçiciləri ilə görüşdü - FOTO
19 Yanvar 2020 Aqil Məmmədov Kəlbəcər şəhidlərinin abidə kompleksini ziyarət etdi - FOTO
12 Yanvar 2020 Tanımadığı qadının yol pulunu verən məktəbli milyonçu oldu
03 Yanvar 2020 İmmunitet zəifliyinin 10 əlaməti- Necə gücləndirməli?
30 Dekabr 2019 "Yağlı yeməkdən sonra qazlı içki qəbul etsək..." - Diyetoloqdan xəbərdarlıq
27 Dekabr 2019 Qış xəstəliklərinin təbii dərmanı - Kök suyunun möcüzəvi FAYDALARI...
16 Dekabr 2019 Bürclər nə deyir?
07 Dekabr 2019 Nə üçün üşüyürük? - Səbəbi bu xəstəliklər ola bilər
06 Dekabr 2019 Telefon danışığınızı kim dinləyir? – Bu KOD ilə hər şeyi öyrənəcəksiniz

Xəbər lenti