Mehriban Əliyeva: Həkimlərin hər an qəbul etdikləri qərarlar, peşəkar bilik və bacarıqları, fədakarlıq və şəfqəti bizim əsas silahımız və ümidimizdir
Natiq Əliyev: “Koronavirusa qarşı mübarizədə Səhiyyə Nazirliyi və TƏBİB-lə koordinasiyalı iş təşkil edilib”
İtaliyada koronavirusu yayan şəxs bəlli oldu - QORXUNC DETALLAR
Bu ölkə koronavirusu 5 dəqiqəyə aşkar edən test yaratdı
Azərbaycanda elan olunan karantinlə bağlı operativ qərargahın brifinqi keçirilir - CANLI YAYIM
Koronavirusla bağlı ordumuzda tədbirlər görülür - Video
Əgər elan olunan qaydalara kimsə əməl etməsə... – İlham Əliyev
General-polkovnik Məhərrəm Əliyev: Ordumuzda görülən müsbət işlər nəticəsində əldə olunan keyfiyyət dəyişiklikləri göz qabağındadır və qürur hissi doğurur (FOTO)
Paşinyanın oğlu Sevana gətirildi-Koronovirus təhlükəsi
Ermənistanda narazılıq-Koronovirus üzündən
Karantin rejimlərini pozanlara sərt cəzalar veriləcək
Operativ Qərargah koronavirusla bağlı vəziyyət və vətəndaşların təxliyəsini müzakirə edib
Onların nə pensiyası, nə də sığortası olacaq - Prezident
Polis əməliyyat keçirdi - Nazirliyin vəzifəli şəxsləri həbs olundu (FOTOLAR+VİDEO)
Milli Məclis komitələrinin üzvləri müəyyənləşdi

Ordu

Region

Aktual

Video

Foto

Eksklüziv

Müsahibə

Ədəbiyyat

Köşə

Facebook

.
Deyəsən, bu il bizim üçün çox əlamətdar olacaq. Ordumuz sürətlə qüdrətlənir. Düşmən bağrını qana bulayacaq modern silah və texnikalara sahib oluruq. Səbirli və dəyanətli mövqeyimizdən bütün dünya da yaxşı xəbərdardır. Nəticə verməyən sülh danışıqlarından boğaza yığılan xalqımız düşmənə qarşı həlledici döyüşlərin başlanmasının labüd olduğunu açıq şəkildə bəyan edir. Ölkə rəhbərliyi tərəfindən də geç və ya tez bir zamanda orduya hücum əmrinin veriləcəyindən söz açılır. Erməni ordusu isə bir tərəfdən geri gedir, təminat problemləri artır, əsgərləri ön xətdə deyil, qeyri-döyüş şəraitində gəbərirlər. İlin əvvəlindən çox xeyirli xəbərlər alırıq. Gəbərən də, gəbərdən də ermənidir. Yanvarın 1-dən fevralın 16-na qədər Ermənistan ordusunda 11 əsgər cəhənnəmə vasil olub. Biri özünü intihar edir, biri digərini öldürür, biri də qəzaya tuş gəlir.

Son günlər ermənilərin "Epress.am" saytında yayımlanan və geniş rezonans verən bir xəbər barədə də düşmən ölkədə söz-söhbət kəsilmir. Qeyd edilir ki, 24 yanvar 2020-ci il tarixində Ermənistanın işğalçı ordusuna çağırılan Albert Şaroyan adlı bir çağırışçının səhhətində ciddi problemlər var imiş. Belə ki, onun bir ayağı digərindən qısa olduğuna görə çətinliklə yeriyir. Üstəlik “ayaqaltı düzlük” deyilən xəstəliyi də var. Amma bu xəstəlik komissarlıq tərəfindən onun xidmətə yararlı olmadığını elan etməsinə mane olmayıb. Etiraz edilsə də, komissarlıq qanunsuz hərəkət edib. Çağırışdan sonra əsgər adını almış Albert Şaroyanın durumu daha da pisləşib. Bu barədə "Epress.am" saytına Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin sülhməramlı şöbəsinin koordinatoru Arminə Sadikyan məlumat verib. Əsgər ailəsi şikayət edir ki, problemin həll edilməsi üçün tərpəniş yoxdur.

______________________________________________________________________

Sözügedən erməni əsgərin bacısı Kima Şaroyan “Feysbuk” sosial şəbəkəsində öz statusunda qardaşının dərdini belə açıqlayır: “Xahiş edirəm ki, səhhətində problem olan uşaqların bu gün hərbi xidmətə çağırılması ilə bağlı fikirlərini paylaşsınlar. Dağlıq Qarabağda xidmət edən qardaşım yaman gündədir. Doğuşundan bəri ayaqları ilə bağlı problem onu incidir, əlildir, lakin çağırışla bağlı tibbi müayinələr zamanı xidmətə onun yararlı olduğu "bildirilmişdi". Bu vəziyyətə siz də uyğun gəlirsiniz, ya yox? Gəlin bu söhbəti ətraflı mühakimə edin. Qardaşım əsgər kimi bu günə qədər keçirilən fiziki məşqləri edə bilməyib. Heç kim bu məsələni mümkün qədər tez həll etməyə çalışmır. Onu ordudan çıxarmaq əvəzinə ağrıkəsici iynələr vurmaq üçün tibb mərkəzinə göndərirlər, bu da heç bir müsbət nəticə vermir”...

Erməni əsgər bacısının sözlərinə görə, həm Ermənistanın Müdafiə nazirinə, həm də hökumət başçısına bu barədə müraciət edilib, lakin hələ cavab yoxdur. Sözün açığı, dərinləşən və müxtəlif ictimai partlayışlara səbəb olan düşmən problemlərinin sosial şəbəkədə müzakirəsi bizə xoş gəlir.

 Əvvəla, erməni bizim üçün haqlı rəqib deyil. İkincisi, öz dövlətinə müstəqil olaraq sahiblik edə bilməyən, öz xalqına mənasız müharibə girdabında əzab verən səfeh bir ölkə rəhbərlərinin siyasi didişmələrini, intihar hallarını onlara verilən ilahi bir cəza kimi qəbul edirik. Ədalətsiz düşmənin qərəzli düşmənçiliyi özünə qənim kəsilib. Bəşəri nizam həddini aşan, başıpozuq Ermənistan dövlətindən ayrı nəsə haqlı bir iş gözləmək olarmı?!

Haşiyə çıxdığımız erməni əsgər probleminin bir mühüm cəhətini qabartmaq istəyirəm. Niyə xəstə və əlil ermənilər yararsız hesab edilsə də, hərbi xidmətə aparılır? Bu sualı cavablandırmaq üçün gerçək faktlar az deyil. Hələ Dağlıq Qarabağ savaşının əvvəlində Ermənistan səngərə sala biləcək qüvvəni çətinliklə tapa bilirdi. İmkan əldə edənlər bir bəhanə yolu ilə ölkədən qaçırdılar. Odur ki, bir aylıq fasiləsiz döyüşdən sonra komissarlıq İrəvan polisini toplayıb döyüşə göndərirdi. Murdar daşnak siyasətinin “Böyük Ermənistan” hay-küyçülüyünün iç üzünü o zaman biz yaxşı görmüşük. Yalnız sadə ermənilər güdaza verilir, daşnak başçıları isə var-dövlət yığırdılar. İndi ordunun

canlı qüvvə qıtlığı böyük problemə dönübdü. Çünki ölkə xaos içindədir. Əhali üçün əsas çıxış yolu Ermənistanı tərk etməkdir. Erməni ekspert Liya Xocoyan bildirir ki, əmək qabiliyyətli insanlar ağır sosial şərait, işsizlik, məhkəmə instansiyalarının ədalətsizliyi, korrupsiyanın hədsiz artması, oliqarxlaşma və inhisarlaşma səbəbindən köçüb gedirlər. Onun sözlərinə görə, yeni hökumət ölkədə əsl iqtisadi xaos yaradıb və vəziyyətdən çıxış üçün xarici borclara ümid edir. Amma bu borcu ödəmək getdikcə daha müşkül olur. Təbii ki, belə vəziyyət daha çox sayda insanların Ermənistanı tərk etməsinə rəvac verir. Ümumiyyətlə, qarşıdakı dövr ərzində ölkəni böyük demoqrafik problemlər gözləyir.

Əgər sabah döyüş başlasa, Ermənistan səngərə salmağa adam tapa biləcəkmi?! 1992-93-cü illərdə pul gücünə rusları qabağa verirdilər. Onlar da yavaş-yavaş formalaşan ordumuzun tutarlı zərbələrini aldıqdan sonra geri çəkiləsi oldular və “daha Azərbaycan ordusu var, bizə ölüm gətirən pul gərək deyil” deyərək erməni fitnəsinə arxa çevirdilər. Bu həqiqətlərə müharibə veteranlarımız əyani şəkildə yaxşı bələd olmuşlar.

Belə çox davam etsə, hərbi nöqsan və eyibli əməllərdən əli əsən düşmənimizin əl-ovucunda bir şey qalmayacaq. Di gəl ki, dil boğaza qoyulmur. Görmüşük ki, eyibli adam öz eyibini dərk edə bilsə, başına palaz çəkər, utanc görkəm alar. Ermənilər isə tülkü dərisi geyib bir-biri ilə didişir və hiyləgər oyun oynayırlar. Çox ehtimal ki, onları tülkü aqibəti gözləyir. İnşallah, şir pəncəsi altında biryolluq can verəcəklər.

 

 

İbrahim MƏSİMOĞLU,

müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant



İstedadlı ifaçı Milli Dram Teatrının səhnəsində maralı konsert proqramı təqdim edib
Bunlar xalqın artistləri oldu
Hadisədən Demetə CAVAB — Guya onun əri var?
TANINMIŞ PRODÜSER MİNARƏ ƏSKƏROVA 40 İLLİK YUBİLEYİNİ İTV AILƏSİNDƏ DOSTLARI İLƏ BİRGƏ KEÇİRTDİ
"Gözlərimdə..."-Mehrim Məmmədovadan yeni bəstələr

Xəbər lenti