.

"Bu gün həm təkbətək görüş zamanı, həm də nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlarda bir daha əmin oldum ki, İtaliya və Azərbaycan bir-birinə çox yaxın olan dost ölkələrdir".

Bunu Prezident İlham Əliyev fevralın 20-də geniş tərkibdə görüşdən sonra İtaliya  Prezidenti Sercio Mattarella ilə mətbuata bəyanatlarla çıxış edərkən deyib.

"Sizin Azərbaycana rəsmi səfərinizi məmnuniyyətlə xatırlayıram. Həmin səfər ölkələrimizin gələcək əməkdaşlığına çox güclü təkan vermişdir və səfər zamanı əldə edilmiş bütün razılaşmalar bu gün həyatda öz əksini tapır. Bu gün çoxsaylı ikitərəfli sənədlərin imzalanması nəzərdə tutulur. Onların hər biri çox önəmlidir, bir çox sahələri əhatə edir. Ancaq mən xüsusilə strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannaməni qeyd etmək istərdim. Çünki bu bəyannamədə, əslində, bizim strateji tərəfdaşlığımızın gələcək istiqamətləri müəyyən edilir. Bu, çox dərin və müfəssəl sənəddir və həm siyasi, həm iqtisadi, mədəni, humanitar, bütün sahələri əhatə edən bir sənəddir. Eyni zamanda İtaliya və Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə dəstək göstərməsi haqqında da müddəa var. Bu da yaxın, dost ölkələr, müttəfiqlər arasında olan bir məsələdir. İqtisadi sahədə əməkdaşlığımızın gələcək inkişafı çox müsbət olacaqdır. Əminəm ki, bundan sonra biz İtaliya şirkətlərinin qeyri-neft sektorunda əməkdaşlıq etmələrini görəcəyik. Bu günə qədər də bir çox İtaliya şirkətləri Azərbaycanda müxtəlif layihələrdə iştirak etmişlər. Ticarət dövriyyəsinə gəldikdə, İtaliya bizim üçün dünya miqyasında bir nömrəli tərəfdaşdır. Keçən il ticarət dövriyyəmiz 6 milyard dollara çatmışdır. Düzdür, bunun böyük hissəsi neft sektoruna aiddir. Ona görə biz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı fikir mübadiləsi apardıq", - dövlət başçısı qeyd edib.
Prezident İlham Əliyev vurğulayıb ki, Dağlıq Qarabağ Azərbaycandır: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı cənab Prezident dediyi kimi, biz məsələni müzakirə etdik. Bu məsələnin həlli yolları imzalanmış Birgə Bəyannamədə də göstərilir. Orada göstərilir ki, İtaliya və Azərbaycan bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına hörmətlə yanaşır və bunu dəstəkləyir. Eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin məhz bu prinsiplər əsasında, Helsinki Yekun Aktı, BMT və ATƏT tərəfindən qəbul edilmiş qətnamə və qərarların əsasında həll olunması göstərilir. Hesab edirəm ki, bu, çox ədalətli və beynəlxalq hüquqa əsaslanmış mövqedir və bu mövqeyə görə biz İtaliya tərəfinə minnətdarıq. O ki qaldı, məsələnin konkret həlli ilə bağlı addımlara, Ermənistan tərəfindən çox məyusedici və bir-birini inkar edən və ziddiyyətli bəyanatlar səslənir. Ermənistan rəhbəri bir dəfə demişdi ki, Dağlıq Qarabağ Ermənistandır. Ondan sonra demişdir ki, Dağlıq Qarabağ müstəqil dövlətdir. Hər ikisi həqiqəti əks etdirmir. Dağlıq Qarabağ Azərbaycandır. Bunu tarix, beynəlxalq hüququn norma və prinsipləri göstərir. Azərbaycanın ərazi bütövlüyü, o cümlədən Dağlıq Qarabağ daxil olmaq şərtilə bütün dünya tərəfindən tanınır və qəbul edilir. Ona görə münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır".
"Qafqazinfo"
29 Mart 2020 Mehriban Əliyeva: Həkimlərin hər an qəbul etdikləri qərarlar, peşəkar bilik və bacarıqları, fədakarlıq və şəfqəti bizim əsas silahımız və ümidimizdir
27 Mart 2020 Natiq Əliyev: “Koronavirusa qarşı mübarizədə Səhiyyə Nazirliyi və TƏBİB-lə koordinasiyalı iş təşkil edilib”
25 Mart 2020 İtaliyada koronavirusu yayan şəxs bəlli oldu - QORXUNC DETALLAR
25 Mart 2020 Bu ölkə koronavirusu 5 dəqiqəyə aşkar edən test yaratdı
23 Mart 2020 Azərbaycanda elan olunan karantinlə bağlı operativ qərargahın brifinqi keçirilir - CANLI YAYIM
20 Mart 2020 Koronavirusla bağlı ordumuzda tədbirlər görülür - Video
19 Mart 2020 Əgər elan olunan qaydalara kimsə əməl etməsə... – İlham Əliyev
19 Mart 2020 General-polkovnik Məhərrəm Əliyev: Ordumuzda görülən müsbət işlər nəticəsində əldə olunan keyfiyyət dəyişiklikləri göz qabağındadır və qürur hissi doğurur (FOTO)
18 Mart 2020 Paşinyanın oğlu Sevana gətirildi-Koronovirus təhlükəsi
18 Mart 2020 Ermənistanda narazılıq-Koronovirus üzündən
18 Mart 2020 Karantin rejimlərini pozanlara sərt cəzalar veriləcək
17 Mart 2020 Operativ Qərargah koronavirusla bağlı vəziyyət və vətəndaşların təxliyəsini müzakirə edib
16 Mart 2020 Onların nə pensiyası, nə də sığortası olacaq - Prezident
14 Mart 2020 Polis əməliyyat keçirdi - Nazirliyin vəzifəli şəxsləri həbs olundu (FOTOLAR+VİDEO)
13 Mart 2020 Milli Məclis komitələrinin üzvləri müəyyənləşdi
12 Mart 2020 İlham Əliyev yeni səfirlər təyin etdi
10 Mart 2020 MM-in komitə sədrləri məlum oldu - Tam siyahı
10 Mart 2020 Prezident MM-də: yeni spiker seçildi - İlk yaşandı
10 Mart 2020 YAP-çı və bitərəf deputatlar toplandı: MM rəhbərliyi bilinəcək
08 Mart 2020 Mehriban Əliyeva qadınları təbrik etdi
04 Mart 2020 Prezidentin koronavirusla bağlı çıxışının - Videosu
04 Mart 2020 İndi agentliyə tapşırıq verəcəyəm... - İlham Əliyev
02 Mart 2020 Azərbaycanda bağça, məktəb və universitetlər bağlandı - Rəsmi açıqlama
02 Mart 2020 Azərbaycan Ordusu genişmiqyaslı komanda-qərargah təlimlərinə başlayıb - VİDEO
02 Mart 2020 Türklərin zəfəri xalqı küçələrə çıxardı: 9 ildə ilk dəfə... - VİDEO
28 Fevral 2020 Qərargah təcili toplandı: Xəstə uşaqları məktəbə göndərməyin
28 Fevral 2020 Azərbaycan Respublikasının Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
28 Fevral 2020 İlham Əliyev Ərdoğana başsağlığı verdi
28 Fevral 2020 Türk əsgərlərini Rusiya deyil, bu ölkə vurub – Sensasiya
28 Fevral 2020 Türkiyə Müdafiə naziri Hulusi Akar Suriya ilə sərhədə gəlib.

Xəbər lenti