.

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmaələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdır. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi.

Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü,onların150-sinin taleyi indidə məlum deyil. Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir.Hücuma həmçinin mayor Oqanyan Seyran Muşeqoviçin komandanlığı altında 366-cı alayın 2-ci batalyonu,Xevgeni Nabokixinin komandası altında 3-cü batalyonunun, 1 saylı batalyonun qərargah rəisi Çitçiyev Valeriy İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və praporşik iştirak etmişdir. Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdir. Xocalı soyqırımı epizodları insanı dəhşətə gətirir.Xocalı sakini Əntiqə erməni hərbçilərinin tələb etdiyi « bu yerlər böyük ermənistanın bir hissəsidir »sözlərini dilinə gətirmədiyinə görə diri - diri yandırıldı. Digər Xocalı sakini Səriyyə Talıbova danışırdı ki, 4 mesxeti türkü və 3 azərbaycanlının erməni qəbrinin üzərində başını kəsdilər. Sonra daha 2 azərbaycanlının gözlərini çıxartdılar.

________________________________________________________________________



Ermənilər sağ qalmış insanlar üzərində tamamilə təhqiredicihərəkətlər həyata keçirmişdilər.Onların başının dərisini soymuş, başlarını və bədənlərinın digər orqanlarını kəsmiş, uşaqların gözlərini çıxarmış,hamilə qadınların qarnını yarmışdılar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5.45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə edilmişdir.Bütün bunlar Ermənistanın Cenevrə Konveksiyasının protokollarını pozaraq,müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçirilən soyqırım olduğunu təsdiqləyir. Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, ingilis, fransız, alman, amerikalı və digər ölkələrin vətəndaş olan jurnalisti və publisistləri dəhşətə gətirmişdir. Bu gün də Dağlıq Qarabağdan didərgin salınmış 1 milyona yaxın qaçqınımız Azərbaycanın müxtəlif yerlərində məskunlaşmışdır.


     Qaçqın və məcburi köçkünlər dövlətin himayəsi altında yaşayır,onların bütün ehtiyacları təmin edilir və onların yaşaması üçün hər cür şərait yaradılıb.Lakin buna baxmayaraq, onlar öz yurd-yuvalarının həsrəti ilə yaşayır və torpaqlarına yenidən qayıdacaqları günü böyük səbirsizliklə gözləyirlər. Xocalıda dinc əhaliyə qarşı tutulduğu divan hələ də yaddaşlardan silinmir. Bu dəhşətli soyqırımın günahkarları öz cəzasını almayıb və bu günə qədər cəzasızdırlar. Ancaq vaxt gələcək və onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar. Azərbaycan Respublikasının Milli Məclisi fevralın 26-nı «Xocalı soyqırımı günü» elan etmişdir. Hər il fevralın 26-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir.

Adıgözəl Mövlanov
Qusar rayon qeydiyyat şöbəsinin rəisi, ədliyyə müşaviri

23 Mart 2020 Azərbaycanda iri ticarət mərkəzləri və "Mall"ar bağlandı - RƏSMİ
20 Mart 2020 Azərbaycana bahar gəldi
24 Fevral 2020 Xocalı soyqırımı – qan yaddaşımız. Azərbaycan növbəti faciənin ildönümü ərəfəsindədir.
11 Fevral 2020 "Azərbaycan Ordusu 24 saata bütün Ermənistanı tutacaq və türklər..." - Türkiyəli deputatdan ŞOK AÇIQLAMA
10 Fevral 2020 İmişlidə gözlənilməz seçki nəticəsi - Razi Nurullayevi mandatsız qoyan kimdir?
09 Fevral 2020 Azərbaycanda bəy və gəlin səs verdi - FOTO
24 Yanvar 2020 Ermənilər Şuşa qalasını məhv edir
19 Yanvar 2020 Deputatlığa namizəd Əziz Ələkbərov Saatlıda görüş keçirtdi-FOTOLAR
15 Yanvar 2020 Bu dığa yalvarışları bizə çoxdan agahdır..
10 Yanvar 2020 Sarkisyanın cinayət işi üzrə ibtidai istintaq başa çatdı
02 Yanvar 2020 Bakıda keçirilən bayram şənliklərində rekord sayda insan iştirak edib - FOTO
29 Dekabr 2019 "Bura qadın krallığıdır, kimin evdə bekar qadını varsa, gətirib şöbə müdiri qoyur"
18 Dekabr 2019 Ukraynadan Bakıya deportasiya edilən Elvin İsayev müraciət yaydı - FOTO
12 Dekabr 2019 Zərərli toyuq ətini dönərxanalara paylayan sex aşkarlandı - Fotolar
26 Noyabr 2019 Erməni jurnalistdən maraqlı AÇIQLAMA: “Bakıda bir nəfər əvvəl yəhudi olduğunu dedi, təklikdə “erməniyəm” söylədi”
25 Noyabr 2019 Avrasiya Universitetinin tələbələrindən nümunəvi addım - Fotolar
22 Noyabr 2019 Sərkisyan buna görə Meğrini və 7 rayonu qaytarmaq istəyirdi
15 Noyabr 2019 Bakıda yanğın: Polis azyaşlıları belə xilas etdi - Foto
08 Noyabr 2019 Bakı Avrasiya Universitetinin binası bayraqla bəzədildi - Fotolar
02 Noyabr 2019 "Çıxış Yolu"nun daha bir uğuru: Möhtəşəm Xeyriyyə toyu baş tutdu-Fotolar
31 Oktyabr 2019 73 nəfər qatarda yanaraq öldü - Video+ Yenilənib
25 Oktyabr 2019 Əli Əsədov Medvedyevlə görüşdü - Foto
15 Oktyabr 2019 Türk əsgərinə salam olsun! – Türkiyə millisindən möhtəşəm ADDIM
30 Sentyabr 2019 Nəsiminin heykəli fərqli formada
29 Avqust 2019 Türkiyə və Gürcüstan hərbçiləri Bakıda - FOTO
21 Avqust 2019 Şəhidimiz dəfn edildi
09 Avqust 2019 Ali məktəblərdə 5785 plan yeri boş qalıb - Bəzi ixtisaslarda keçid balı çox qalxıb
15 İyul 2019 AZƏRBAYCANLI PYOTR BİZİM FƏXRİMİZDİR, ONU İTİRƏ BİLMƏRİK!.
06 İyul 2019 Rövnəq Abdullayevin oğlunun toyundan - Foto+Videolar
15 İyun 2019 26 il sonra Cocuq Mərcanlıda "Son zəng" çalındı - Foto

Xəbər lenti