.

Neftçala rayonunun bir neçə gün əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunan icra başçısı İsmayıl Vəliyevin rüşvət və korrupsiya ilə bərabər, həm də bizneslə məşğul olduğu üzə çıxıb. Rayon ərazisindəki bir böyük bazar da daxil olmaqla, başçıya aid biznes obyektlərinin siyahısı açıqlanıb.

Lakin sözsüz ki, Neftçala heç də Azərbaycanın ən varlı rayonu hesab edilə bilməz. Yəqin ki, İ.Vəliyevin özü də ən böyük biznesi və ən çox obyektləri olan icra başçısı deyil.

“AzPolitika.info” xəbər verir ki, araşdırmaçı jurnalist Cavanşir Həsənli bir neçə icra başçısına aid rəsmən qeydiyyatdan keçmiş sahibkarlıq subyektlərinə aid məlumatlar paylaşıb. 

Həmin məlumatlar vergi orqanının rəsmi saytından götürülüb və təbii ki, əksər icra başçılarının qeyri-rəsmi, yaxud başqa şəxslərin adlarına sənədləşdirilən daha böyük və çoxsaylı biznes obyektləri mövcuddur.

C.Həsənlinin paylaşdığı məlumatlar Şəki, Şabran, Göyçay, Quba və Lənkəranın icra başçılarına aiddir. Həmin paylaşımları təqdim edirik:

 

 

Şabranın icra başçısı Asif Hüseynov - Şabranın icra başçısı Asif Həbib oğlu Hüseynov 2000-ci ildə qeydiyyatdan keçmiş "Səbinə-93" kiçik müəssisəsinin təsisçisi və qanuni təmsilçisidir.

 

 

Şəkinin icra başçısı Elxan Usubov - Vergilər Nazirliyində Şəkinin icra başçısı Elxan Zabir oğlu Usubovun adına iki şirkət qeydiyyatdadır.

 

 

"CHEMİCO CO LTD" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 1996-cı ilin iyulunda, "A.Q.T.İ.M." MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ isə 2003-cü ilin fevralında qeydiyyatdan keçib.

 

 

Hər iki şirkətin təsisçisi və qanuni təmsilçisi Elxan Usubovdur. Şirkətlər Elxan Usubov icra başçısı təyin olunmamışdan qabaq təsis edilib, lakin indiyədək ləğv edilməyib. İcra başçısı əvvəllər bizneslə məşğul olub.

Göyçayın icra başçısı Mehdi Səlimzadə ”NIRRIN HEALTH & SPA” mərkəzi Qurban Xəlilov küçəsi 2-də yerləşir. Göyçayın icra başçısı Mehdi Səlimzadənin qızı Nəzrin Mehdi qızı Səlimzadəyə məxsusdur.

 

 

Nəzrin Səlimzadə 2013-cü ilin iyulunda Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində qeydiyyata alınmış "NİRRİN" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin təsisçisidir. Ötən ilin iyunundan qanuni təmsilçisi Məsmə Xanım Məcidova Abbas qızıdır.

 

 

Lənkəranın icra başçısı Taleh Qaraşovun isə oğlunun adına MMC var. 2005-ci ildə qeydiyyata alınan "V.S.S" MMC adlı şirkət Samir Qaraşovun adınadır. 

 

 

Qubanın icra başçısı Ziyəddin Əliyevin Ukraynada böyük biznesə malik olması haqda isə dəfələrlə yazılıb. 

“Qubanın icra başçısı Ziyəddin Əliyevdən hələ nə Ukraynadakı o zavodun, nə də ora yatırdığı 7 milyon avronun hesabını soruşan olmayıb...”, - deyə, jurnalist qeyd edib.

Cəlal

AzPolitika.info

29 Mart 2020 Mehriban Əliyeva: Həkimlərin hər an qəbul etdikləri qərarlar, peşəkar bilik və bacarıqları, fədakarlıq və şəfqəti bizim əsas silahımız və ümidimizdir
27 Mart 2020 Natiq Əliyev: “Koronavirusa qarşı mübarizədə Səhiyyə Nazirliyi və TƏBİB-lə koordinasiyalı iş təşkil edilib”
25 Mart 2020 İtaliyada koronavirusu yayan şəxs bəlli oldu - QORXUNC DETALLAR
25 Mart 2020 Bu ölkə koronavirusu 5 dəqiqəyə aşkar edən test yaratdı
23 Mart 2020 Azərbaycanda elan olunan karantinlə bağlı operativ qərargahın brifinqi keçirilir - CANLI YAYIM
20 Mart 2020 Koronavirusla bağlı ordumuzda tədbirlər görülür - Video
19 Mart 2020 Əgər elan olunan qaydalara kimsə əməl etməsə... – İlham Əliyev
19 Mart 2020 General-polkovnik Məhərrəm Əliyev: Ordumuzda görülən müsbət işlər nəticəsində əldə olunan keyfiyyət dəyişiklikləri göz qabağındadır və qürur hissi doğurur (FOTO)
18 Mart 2020 Paşinyanın oğlu Sevana gətirildi-Koronovirus təhlükəsi
18 Mart 2020 Ermənistanda narazılıq-Koronovirus üzündən
18 Mart 2020 Karantin rejimlərini pozanlara sərt cəzalar veriləcək
17 Mart 2020 Operativ Qərargah koronavirusla bağlı vəziyyət və vətəndaşların təxliyəsini müzakirə edib
16 Mart 2020 Onların nə pensiyası, nə də sığortası olacaq - Prezident
14 Mart 2020 Polis əməliyyat keçirdi - Nazirliyin vəzifəli şəxsləri həbs olundu (FOTOLAR+VİDEO)
13 Mart 2020 Milli Məclis komitələrinin üzvləri müəyyənləşdi
12 Mart 2020 İlham Əliyev yeni səfirlər təyin etdi
10 Mart 2020 MM-in komitə sədrləri məlum oldu - Tam siyahı
10 Mart 2020 Prezident MM-də: yeni spiker seçildi - İlk yaşandı
10 Mart 2020 YAP-çı və bitərəf deputatlar toplandı: MM rəhbərliyi bilinəcək
08 Mart 2020 Mehriban Əliyeva qadınları təbrik etdi
04 Mart 2020 Prezidentin koronavirusla bağlı çıxışının - Videosu
04 Mart 2020 İndi agentliyə tapşırıq verəcəyəm... - İlham Əliyev
02 Mart 2020 Azərbaycanda bağça, məktəb və universitetlər bağlandı - Rəsmi açıqlama
02 Mart 2020 Azərbaycan Ordusu genişmiqyaslı komanda-qərargah təlimlərinə başlayıb - VİDEO
02 Mart 2020 Türklərin zəfəri xalqı küçələrə çıxardı: 9 ildə ilk dəfə... - VİDEO
28 Fevral 2020 Qərargah təcili toplandı: Xəstə uşaqları məktəbə göndərməyin
28 Fevral 2020 Azərbaycan Respublikasının Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
28 Fevral 2020 İlham Əliyev Ərdoğana başsağlığı verdi
28 Fevral 2020 Türk əsgərlərini Rusiya deyil, bu ölkə vurub – Sensasiya
28 Fevral 2020 Türkiyə Müdafiə naziri Hulusi Akar Suriya ilə sərhədə gəlib.

Xəbər lenti