.

“İran Azərbaycanla sərhəd olduğundan çox sayda insan gediş-gəliş edir. Ona görə də tövsiyə edərdim ki, həyati vacib məsələ olmadığı təqdirdə İrana gedilməsin. Əgər gediləsi olsa belə vətəndaşlarımız təhlükəsizlik tədbirlərinə ciddi fikir verməlidirlər”.

Bunu “Report”a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

O bildirib ki, virusdan qorunmaq üçün əllər müntəzəm şəkildə yuyulmalı, düzgün və sağlam qidalanmaya üstünlük verilməli, koronavirus epidemiyası yayılan ərazilərdə olarkən xəstə şəxslərdən kənar durulmalı, qoruyucu maskalardan istifadə edilməlidir: “Xüsusilə də koronavirusun qeydə alındığı İranın Qum şəhərinə gedilməsin. İrana gedib qayıdan insan özündə hər hansı şübhəli hal aşkar edərsə, həkimin onu müayinə etməsini gözləmədən özü də birbaşa xəstəxanaya müraciət etməlidir”.

Baş infeksionist qeyd edib ki, Azərbaycanda bugünədək koronavirus şübhəsi ilə bağlı heç bir fakt qeydə alınmayıb: “Çindəki hadisələrlə bağlı Azərbaycan onsuzda qabaqlayıcı profilaktik tədbirlər həyata keçirirdi. İranda qeydə alınan faktlar ölkəmizdə müvafiq qurumların daha ayıq-sayıq olmasını zəruri edir. Çünki sərhəd ölkədir və gediş-gəliş çoxdur. Artıq sərhəd-keçid məntəqələri bağlanıb. Güman etmirəm ki, İrandan Azərbaycana virusun keçməsi baş versin, amma yenə də ehtiyatlı olmaq mütləqdir”.

C.İsayev İrandan qayıdan Cəlilabad rayon sakinlərinin vəziyyətinin ağır olması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara da münasibət bildirib. O deyib ki, bununla bağlı heç bir məlumata malik deyil: “Mənə bu barədə heç bir məlumat verilməyib. Əgər kimisə xəstəxanaya aparıblarsa belə, o demək deyil ki, həmin şəxs koronavirusa yoluxub. Dəqiq diaqnoz üçün gərək həmin şəxs müayinə oluna, analiz götürülə və sonda yekun qərar verilə”.

Baş infeksionist Azərbaycan vətəndaşlarına müraciət edib. C.İsayev hər kəsi qoruyucu maskalardan istifadə etməyə çağırıb: “Respirator sindromu olanlar mütləq maska taxmalıdırlar. Çünki onların xəstəlik yayma ehtimalı daha yüksəkdir. Yaxşı olar ki, xəstə insanlar ya ev, ya da ağır olacağı təqdirdə xəstəxana şəraitində müalicə alsınlar. Hər respirator virus infeksiyası əlaməti olan şəxslərə koronavirusa yoluxub demək olmaz. Respirator xəstəliklər mövsümüdür. Çünki hər iki xəstəliyinin qoruyucu tədbirləri eynidir. Yazın gəlişi bu virusun səngiməsinə səbəb olacaq. Çünki virusların yüksək temperatura dözümü yoxdur. Koronavirus müsbət 37 dərəcə temperaturda 10-15 dəqiqəyə, otaq temperaturunda isə 2-3 günə tələf olur”.

O əlavə edib ki, yaşlı insanlar daha daha diqqətli olmalıdır: “Həmin şəxslərdə istənilən respirator infeksiyası ağır formada keçir. Çünki yaşlı insanların həyat boyu qazandıqları müəyyən xroniki xəstəliklər orqanizmlərinin immun sistemini zəiflətmiş olur. Çində koronavirusdan həlak olanların 80%-i məhz yaşlı insanlar olub”. 

31 Mart 2020 Yeni karantin qaydaları bu gecədən qüvvəyə mindi – FOTO/VİDEO
30 Mart 2020 Azərbaycanda daha 64 nəfər koronaya yoluxdu
30 Mart 2020 İxtisara salmayın, əksinə, onlara maaş verin - Deputat
28 Mart 2020 Azərbaycanda koronavirusdan daha bir nəfər öldü - 17 yeni yoluxma
27 Mart 2020 Bakıda naməlum kişi küçədə yıxıldı: Koronavirus şübhəsi - RƏSMİ AÇIQLAMA
26 Mart 2020 Azərbaycanda daha bir nəfər koronavirusdan öldü - 29 yeni yoluxma
26 Mart 2020 Abituriyentlərin nəzərinə: Sənəd qəbulu təxirə salındı
25 Mart 2020 Azərbaycanda koronavirusa 6 yeni yoluxma qeydə alınıb, bir nəfər ölüb
25 Mart 2020 Nazirlər Kabinetindən qərar: Yeni qeyri-iş günləri açıqlandı
25 Mart 2020 Ərdoğandan barışıq istədim, qəbul etmədi
24 Mart 2020 Çinli həkimdən sensasiya: Yeni korona dalğası gəlir
23 Mart 2020 Azərbaycanda xüsusi rejim tətbiq edildi
23 Mart 2020 Nazirlər Kabineti Azərbaycan vətəndaşlarına xəbərdarlıq etdi - RƏSMİ
22 Mart 2020 COVID-19 istifadə etdiyimiz su vasitəsilə də yayılır? – Rəsmi açıqlama
19 Mart 2020 Bakıya gələn yüzlərlə maşın geri qaytarıldı - Rəsmi
18 Mart 2020 Mehriban Əliyeva koronavirusla bağlı xalqa müraciət etdi
17 Mart 2020 Q.Paşayeva MM-in bu günki iclasında koronavirusa qarşı mübarizə ilə bağlı çıxış edib
16 Mart 2020 “Neçəsi həbs olunmalıdır ki, çirkin əməllərindən əl çəksinlər” - Video
16 Mart 2020 Azərbaycanda 560 nəfər karantində saxlanılır - Rəsmi
16 Mart 2020 Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edildi
16 Mart 2020 Prezident Sahil Babayevi qəbul etdi
16 Mart 2020 Universitetlərə sənəd qəbulunun vaxtı dəyişdirildi
14 Mart 2020 Hüseynqulu Bağırov həbs ediləcək
13 Mart 2020 Operativ Qərargah 14 mart saat 00:00-dan etibarən...
13 Mart 2020 Karantin qaydalarını pozanlar da cəzalandırılacaq
13 Mart 2020 Q.Paşayeva Milli Məclisin iclasında bir sıra önəmli təkliflərlə çıxış edib-Video
13 Mart 2020 Hava kəskin soyuyur: Qar yağacaq - Xəbərdarlıq
12 Mart 2020 Azərbaycanda COVID-19-dan ilk ölüm - RƏSMİ
12 Mart 2020 Sahibə Qafarovadan spiker kimi ilk AÇIQLAMA
11 Mart 2020 Şahin Mustafayev Dövlət Komissiyasının sədri təyin edilib.

Xəbər lenti