.


1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər.Hücumdan əvvəl, fevralın 25-i axşam şəhəri toplardan, ağır zirehli texnikadan şiddətli atəşə tutdular. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdü. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur.Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular.
________________________________________________________________________________

Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 40 nəfərin həlakından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik verilmirdi. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.

Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılmışdı. Şəhərə hücum toplardan, tanklardan, "Alazan" tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əskəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdur ki, bu, məkrli hiylə imiş. Naxçevanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləborana tutulmuşlar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əskəran-Naxçevanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir.

Xocalı faciəsində  həlak olmuş 613 nəfərdən 63-ü uşaq, 106 nəfəri qadın, 70 nəfəri qoca olmuşdur. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini itirmiş, 130 uşaq valideynlərindən birini itirmişdir. 487 nəfər yaralanmışdır ki, onlardan 76-sı uşaq olmaqla, 1275 nəfər əsir götürülmüşdür. Bundan başqa, 150 nəfər itkin düşmüş, dövlətin və əhalinin əmlakına 01.04.1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.

Qeyd etmək lazımdır ki, erməni silahlı dəstələrinin Xocalıya hücümunu şəhərin coğrafi mövqeyi şərtləndirirdi. 7000 əhalisi olan Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağ silsiləsində və Ağdam-Şuşa, Əskəran -Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə hava limanı da Xocalıdadır. Sonralar erməni tərəfi etiraf etmişdir ki, erməni silahlı dəstələrinin ilk əsas vəzifəsi Xocalı platsdarmının məhv edilməsi, bu məntəqədən keçən Əskəran-Xankəndi yolunun boşaldılması, azərbaycanlıların nəzarətində olan hava limanının ələ keçirilməsi idi. Bu onu sübut edir ki, ermənilər tərəfindən törədilmiş qanlı qırğının, kütləvi surətdə uşaqların, qadınların, qocaların məhv edilməsinin səbəbini aydın göstərir.

Hücumda zirehli texnikanın- zirehli maşınların, piyadaların döyüş maşınlarının və tankların dəstəyi ilə Artsaxın Milli Azadlıq Ordusunun (AMAO) hissələri iştirak edirdi.Təqribən bütün Xocalı qaçqınlarının söylədiklərinə görə, şəhərə hücumda 366-cı alayının hərbiçiləri iştirak edirdi, hətta onlardan bəziləri şəhərə də girmişdilər. Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyitlərin götürülməsi belə mümkün olmadı. Bu zaman isə ermənilər vertolyotlarla, ağ geyimli xüsusi qruplarla meşələrdə gizlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular.

Ağdam və Bakıda Memorialın müşahidəçiləri Xocalıya hücum zamanı şəhəri tərk etmiş 60 nəfərlə sorğu-sual etmişlər. Soruşulanlardan ancaq biri söyləmişdir ki, dəhliz barədə məlumatı olmuşdur. Azad dəhlizlə qaçan əhali Azərbaycanın Ağdam rayonuna qovuşan ərazidə gülləyə tutulmuşdur və nəticədə çoxlu sayda insan həlak olmuşdur. Şəhər erməni silahlı dəstələri tərəfindən zəbt ediləndə orada 300 dinc əhali, o cümlədən 86 məshəti-türkü qalmışdı. Hər iki tərəfdən alınmış məlumata əsasən, 1992-ci il martın 3-nə Azərbaycan tərəfinə 700-dən artıq şəhərdə və Ağdam yolunda əsir götürülmüş Xocalı sakini təhvil verilmişdir. Onların əsas hissəsini qadınlar və uşaqlar təşkil edirdi. Müvəqqəti saxlanılma təcridxanasının rəisi mayor Xaçaturyan hətta bir neçə dəqiqəlik təklikdə danışmağa icazə vermədi. Təsadüfən bir dəfə belə söhbət etmək mümkün oldu. Şəhərdən qaçan Xocalı sakinləri hətta zəruri əşyaları belə götürə bilməmişdilər. Erməni silahlı qüvvələrinin Xocalıdan çıxardıqları sakinlər də əmlaklarından heç nə götürməmişdilər. Memorialın müşahidəçiləri şəhərdə azğın, heç nə ilə qarşısı alınmayan soyğunçuluğun şahidi olmuşlar. Şəhərdə qalan əmlak Stepanakert və yaxınlıqdakı yaşayış məntəqələrinin əhalisi tərəfindən daşınırdı. Çox evlərin darvazalarında onların yeni sahiblərinin adları yazılmışdır.

Fevralın 28-də tərkibində yerli jurnalistlər də olan qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi - düzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq 4 meyiti götürmək mümkün oldu. Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olunmuşdur. Meyitlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərinin çıxardılması, ətrafların kəsilməsi, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilmişdir. Bu vəhşiliklər haqqında xarici mətbuatda - Londonun Sandi Tayms, Faynenşl Tayms,.Tayms qəzetlərii ,Moskvanın İzvestiya,  Parisin Le Mond qəzeti , Valer aktuel jurnalında  yüzlərlə məqalə dərc olundu.

Silahlı dəstələrin hərəkətləri Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə  kobud qaydada ziddir.

Tarix heç nəyi unutmur!

Doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın 48 rayonuna səpələnmiş Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ümidi ilə yaşayırlar. Onlar dünya xalqlarına, dövlətlərinə, beynəlxalq təşkilatlara haqq-ədaləti və həqiqəti müdafiə etmək, Xocalıda törədilmiş terrorizm, etnik təmizləmə faktlarını pisləmək barədə müraciətlər edirlər.

Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları layiqli cəzalarına çatmalıdırlar. Cinayət cəzasız qala bilməz. Təəssüf ki, XX əsrdə soyqırım və etnik təmizləmə hadisələri baş vermiş tarixi səhifələr olmuşdur. Xocalı faciəsi onların sırasında ən dəhşətlilərinə aiddir. Hal-hazırda bu hadisələrdə hər hansı şəkildə iştirakı olmuş şəxslər hələlik öz vicdanları qarşısında cavabdehdirlər, ancaq vaxt gələcək və onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar.

 

                        Şabran rayon qeydiyyat şöbəsinin rəisi,
                             Quba rayon qeydiyyat şöbəsinin rəisi vəzifəsini icra edən
                          
                              Kamran İbrahimov
 
29 Mart 2020 Mehriban Əliyeva: Həkimlərin hər an qəbul etdikləri qərarlar, peşəkar bilik və bacarıqları, fədakarlıq və şəfqəti bizim əsas silahımız və ümidimizdir
27 Mart 2020 Natiq Əliyev: “Koronavirusa qarşı mübarizədə Səhiyyə Nazirliyi və TƏBİB-lə koordinasiyalı iş təşkil edilib”
25 Mart 2020 İtaliyada koronavirusu yayan şəxs bəlli oldu - QORXUNC DETALLAR
25 Mart 2020 Bu ölkə koronavirusu 5 dəqiqəyə aşkar edən test yaratdı
23 Mart 2020 Azərbaycanda elan olunan karantinlə bağlı operativ qərargahın brifinqi keçirilir - CANLI YAYIM
20 Mart 2020 Koronavirusla bağlı ordumuzda tədbirlər görülür - Video
19 Mart 2020 Əgər elan olunan qaydalara kimsə əməl etməsə... – İlham Əliyev
19 Mart 2020 General-polkovnik Məhərrəm Əliyev: Ordumuzda görülən müsbət işlər nəticəsində əldə olunan keyfiyyət dəyişiklikləri göz qabağındadır və qürur hissi doğurur (FOTO)
18 Mart 2020 Paşinyanın oğlu Sevana gətirildi-Koronovirus təhlükəsi
18 Mart 2020 Ermənistanda narazılıq-Koronovirus üzündən
18 Mart 2020 Karantin rejimlərini pozanlara sərt cəzalar veriləcək
17 Mart 2020 Operativ Qərargah koronavirusla bağlı vəziyyət və vətəndaşların təxliyəsini müzakirə edib
16 Mart 2020 Onların nə pensiyası, nə də sığortası olacaq - Prezident
14 Mart 2020 Polis əməliyyat keçirdi - Nazirliyin vəzifəli şəxsləri həbs olundu (FOTOLAR+VİDEO)
13 Mart 2020 Milli Məclis komitələrinin üzvləri müəyyənləşdi
12 Mart 2020 İlham Əliyev yeni səfirlər təyin etdi
10 Mart 2020 MM-in komitə sədrləri məlum oldu - Tam siyahı
10 Mart 2020 Prezident MM-də: yeni spiker seçildi - İlk yaşandı
10 Mart 2020 YAP-çı və bitərəf deputatlar toplandı: MM rəhbərliyi bilinəcək
08 Mart 2020 Mehriban Əliyeva qadınları təbrik etdi
04 Mart 2020 Prezidentin koronavirusla bağlı çıxışının - Videosu
04 Mart 2020 İndi agentliyə tapşırıq verəcəyəm... - İlham Əliyev
02 Mart 2020 Azərbaycanda bağça, məktəb və universitetlər bağlandı - Rəsmi açıqlama
02 Mart 2020 Azərbaycan Ordusu genişmiqyaslı komanda-qərargah təlimlərinə başlayıb - VİDEO
02 Mart 2020 Türklərin zəfəri xalqı küçələrə çıxardı: 9 ildə ilk dəfə... - VİDEO
28 Fevral 2020 Qərargah təcili toplandı: Xəstə uşaqları məktəbə göndərməyin
28 Fevral 2020 Azərbaycan Respublikasının Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
28 Fevral 2020 İlham Əliyev Ərdoğana başsağlığı verdi
28 Fevral 2020 Türk əsgərlərini Rusiya deyil, bu ölkə vurub – Sensasiya
28 Fevral 2020 Türkiyə Müdafiə naziri Hulusi Akar Suriya ilə sərhədə gəlib.

Xəbər lenti