.

2 mart tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında “8 Mart Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş konsert proqramı keçirildi.

Asiya.ws xəbər verir ki, konsertdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin  Qızlar qrupu, Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları, Əməkdar artistlər Gülüstan Əliyeva, Fəridə Məlikova, Nərgiz Əliyeva, Beynəlxalq müsabiqələr laureatı, Rəfiqə Quluzadə, Aytən Babayeva, Zümrüd Əlizadə, Surə Rüfət, Sona Həsənli,  Natəvan Həsənova, Qanun Triosu və başqaları tamaşaçıların zövqünü oxşadı, onlara xoş anlar bəxş etdilər.
Qeyd edək ki, konsert əsasən şəhid ailələri, Qarabağ qaziləri və məcburi köçkünlər üçün hər il təşkil olunur.

***

Sizi Tanıyaq layihəsinin müsahibim rublikasının qonağı olan Qara Qarayev adina Azerbaycan Dovlet Kamera orkestrinin direktoru, Əməkdar Artist Nərgiz Əliyeva qadınlarımızın Azərbaycan mədəniyyətində əvəzsiz rolundan danışaraq onların bayramını təbrik etdi: ”Azərbaycan Mədəniyyəti tarixinə nəzər salsaq XII əsrdə yaşamış Məhsəti Gəncəvi, Xurşudbani Natəvan adlarını Azərbaycan mədəniyyəti tarixinə qızıl hərflərlə yazmışlar.Onlar  Böyük  şəxsiyyətlərdir. Onlar hər bir azərbaycanlının qəlbində qürur mənbəyinə çevrilmişlər. Çünki, Xurşudbani Natəvan  həm ədəbi bədii fəaliyyəti,  həm xeyriyyəçiliyi ilə Azərbaycan mədəniyyətində əvəzsiz rolu olmuş qadınlarımızdandır.
Bundan başqa bizim Şövkət Məmmədova kimi ilk Opera müğənnilərimizdən, Azərbaycanda ilk Ali təhsil alan qadınlarımızdan  Gülxar Həsənova, Həqiqət Rzayeva və başqaları kimi Azərbaycan səhnələrində çıxış edən   ilk qadın müğənnilərimiz var.  Onlar fəaliyyəti ilə Azərbaycan Mədəniyyəti tarixində böyük iz qoymuşlar. Xədicə Qayıbova, Nəzirə Yaqubova kimi pianoçu xanımlar da Azərbaycan musiqisinin  inkişafında əvəzsiz rolu olan xanımlardır. Ümumiyyətlə, onların ictimai həyatda rolu əvəzsizdir.
Məhəmməd Peyğəmbərin bir kəlamında  qadınlarımız haqda deyilib:”Cənnət qadınların ayağı altındadır”.
 Cəmiyyətin, ailənin özülünü qoyan qadındır
Nərgiz Əliyeva cəmiyyətdə qadın rolunun böyük olduğunu deyərək nümunəvi qadınlarımızdan fəxr və qürur hissi ilə danışdı:
"Ümumilli Liderimiz Heydər Əliyev qadınlar haqqında həmişə deyərdi: Azərbaycan qadını öz ağlı, zəkası, fədakarlığı, ailəbağlılığı ilə bütün qadınlardan seçilir.
Yəni, Azərbaycan qadınları bu gün  idarəetmə, hüquq - məhkəmə sistemində təmsil olunurlar. Ölkənin ictimai -siyasi həyatında fəal iştirak edirlər. Bu xanımlardan biri hər zaman örnək götürdüyümüz, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevadır. Mehriban xanımın Azərbaycan mədəniyyətinin inkişafında rolu əvəzsizdir. O, Azərbaycan Muğamını ən yüksək zirvələrə qaldırmış, dünyada tanıtmışdır. Azərbaycan musiqisini xarici ölkələrdə geniş yaymaq üçün əlindən gələni əsirgəmir.
Ümumiyyətlə, cəmiyyətdə bütün hadisələrə qadın gözüylə baxsaq dünyada gözəlliklərin sonu olmaz.  Çünki qadın  olan yerdə gözəllik var, sevgi var, məhəbbət var, mehribanlıq var”-deyə Nərgiz Əliyeva bildirib.
Sonda Nərgiz Əliyeva  qadınlarımızı “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə ürəkdən təbrik edib, can sağlığı, xoşbəxtlik ailə səadəti arzulayıb.
Vüsalə Qələndərli








Xəbər lenti