.


Dünyada çoxsaylı xəstəliklər var ki, hər il minlərlə insan həyatına son qoyur, ya da ömür boyu yatağa məhkum edir. İllərdir bu xəstəliklər çox da qabardılmır, sanki normal halıymış kimi həyat öz axarıyla davam edir. Milyonlarla insanın ömrünə son qoyan xərçəng xəstəliyi, vərəm, donuz qripi, quş qripi və s kimi xəstəliklər yayıldı. Sərhədləri bağlamadan, sakitcə... Qısa müddətdə bütün dünyada əsk-səda doğuran, sərhədləri belə bağlayan koronavirus infeksiyası (COVİD-19) görəsən digərlərindən nə ilə fərqlənir?! Niyə bu xəstəlik daha çox panika yaratdı? Hər halda yoluxma ehtimalının daha real və daha çox olma səbəbidir ki, bu qədər qabaqlayıcı tədbirlər görülməyə başlanıldı.

Təəssüf ki, biz hər şeyin qədrini onu itirəndə bilirik. Son günlər gündəmdən düşməyən, dünyanı sarsıdan bu xəstəlik artıq dünya liderlərini də öz bağrına basıb, sağlamlığına qənim kəsilib. Qəribə bir sükut var insanlar arasında. Hara toxunsan bu məşhur virusun varlığı şübhəsi sıxır insanın canını. Artıq siyasətçilər, ölkə başçıları da mübarizə aparır gözlənilmədən qapılarını döyən bəlayla.

Elə bil xəstəlik çatdırmaq istəyir ki, siz bu dünyadan iki əllə yapışmısınız, böyük müharibələrə hazırlaşırsınız, daha çox pul, daha çox torpaq qazanmaq üçün yarışa girmisiniz, gözünüzü mal-mülk hərisliyi kor edib. Baxın indi mənim kimi bir virusa görə necə həyəcan təbili çalırsınız. Görün necə çökdürürəm iqtisdiyyatınızı, necə məhv edirəm insanlarınızı. Bəlkə anlayasız çarəsizliyinizi, bəlkə anlayasız elə də böyük başbilən olmadığınızı. Bəlkə ayılasız yuxudan, bəlkə qarnınız və gözləriniz bir az da olsa doya dünya malından, bir az paylaşmağı öyrənəsiniz.
Sanki hayqırır xəstəlik: “Mən elə də təhlükli deyiləm! Əslində təhlükə sizsiniz! Təmizliyə riayət etmirsiniz, süni görüşləriniz də iyrənib sizdən, üzünüzə sillə vurur artıq.
Mən elə də təhlükəli deyiləm, sizin acgözlüyünüzdür təhlükə, sizin müharibələrdən doymayan, dünyadan iki əllə yapışan beyinlərinizdir. Siz müharibələri dayandırmadıqca, zəhərlənmiş qidaları günahsız əhaliyə yedizdirdikcə, dişləriniz arasından keçən hər şeyi mədənizə ötürməklə özünüz yaradırsınız sağalmaz xəstəlikləri. Dünyanın ən ağıllı varlığı hesab edilən İnsan övladı görəsən niyə indi bu qədər narahat olur?! Sanki atom bombasını onlar icad etmədi, sanki xəstə heyvan ətini bir-birinə satan, bir-birinə arxadan zərbə vuran insan övladı olmadı. Nəfslərinə hakim olmayanlar da siz deyilsizmi İnsan övladları. Qorxmayın! koronavirus infeksiyası məhv olacaq, amma öncə insanlığın adına ləkə olan virusları öldürəcək. Öncə mənəvi xəstəliklərini sağaldacaq insanların, sonra özü tədricən yox olacaq aranızdan.
Siz bir-birinizi sevdikcə, siz yaxşılığı təmənnasız etdikcə, siz bir-birinizə təmiz məhsul yedizdirdikcə, təmizliyinizin qeydinə qaldıqca bizim işimiz olmayacaq sizinlə. Öyrədin insanlara-Yeməsinlər əcaib böcəkləri! Xəstəlik yayan vəhşi heyvan ətlərini yeməsinlər! Allahən verdiyi cana xəyanət etməsinlər. Söyləyin insanlara qəlblərini Allah sevgisi ilə təmiz saxlasınlar, əllərini təmiz saxlasınlar, vicdanlarını təmiz saxlasınlar, gözləri tox olsun. Necə olsa özləriylə aparacaqları yalnız ağ kəfən olacaq, o da qismət ola ya olmaya. Silah səslərini susdursunlar, müharibələrə son qoysunlar, o zaman bizim kimi kiçik virus böyüməyəcək gözlərinizdə və həyatınızda"...
Bu da keçəcək əlbəttə, xeyli sayda insan həyatına son qoysa da bir çarəsi tapılacaq. Əsas odur biz düşünək, bu dünyada nə üçün yaşayırıq, bir gün ölmək üçün yaşayırıqsa bu qədər hərislik, bu qədər pislik niyə içimizə hopub, niyə yorulmuruq əməllərimizdən. Allahdan qorxmayan biz xəstəlikdən bu qədərmi qorxduq! Sərhədləri Allah bəndələri üçün açmayan biz indi öz iqtisadiyyatımızın çökməsi hesabna da olsa bağlamalı olduq həmin sərhədləri. Ən iyrənc şeyləri ləzzətlə yeyənlər bu gün niyə həzm edəmmir yediklərini...
Bəli, qurunun oduna yaşın da yanmasının şahidi oluruq artıq. Günahkarlar, səbəbkarların əməllərinin cəzasını bütün dünya çəkməli oldu. Elə isə elə indi bu dəqiqə hərəmiz öz adımıza dəyişək. Elə özümüzdən başlayaq! Daha yaxşı olmağa çalışaq. İnsanlığı yaşadaq. 
İnsanlıq yaşasın ki viruslar məhv olsun. Təbiəti qoruyaq ki dünyamız salamat olsun. 

Vüsalə Qələndərli
Asiya.ws
10 Aprel 2020 DIĞA ÇİYİNLƏRİNDƏ KƏLLƏ QALMAYACAQ!
03 Aprel 2020 Üçüncü Dünya müharibəsi alimlərin “savaşı” olacaqmı?!
03 Aprel 2020 Qara xəbərlərin tanıdığı və tanıtdırdığı qapı
01 Aprel 2020 “VURĞUN ÖLDÜ DEMƏYİN...”
31 Mart 2020 Yəhudilərdən necə utanmayaq?
14 Mart 2020 Süni görüşləriniz də iyrənib sizdən, üzünüzə sillə vurur artıq.
10 Mart 2020 Bir müəllimin monoloqu... - Ölü şairlər cəmiyyətindən reportaj
09 Yanvar 2020 Mənim yarımçıq SEVGİM
09 Yanvar 2020 VƏTƏN SEVGİSİ İMANDANDIR
25 Dekabr 2019 Nazir "Porsche" minsin, vətəndaş eşşək arabası sürsün..
25 Dekabr 2019 İbrahim Məsimoğlu -DAYAZ VƏTƏNÇİLİK NƏDİR?
26 Sentyabr 2019 Ceyhun Musaoğlu: Elə bir cəmiyyət qurulmalıdır ki, vicdanı olmayanlar əriyib yoxa çıxsın" - Müsahibə
07 İyun 2019 Onun xətti turanlaşmaq deyil, haram pullar hesabına “qənimətləşməkdir”
15 May 2019 Cahangir Rüstəmovun gördüyü işlərin bir faizini görməyənlər sifariş qullarına çevriliblər
11 Aprel 2019 ARXALI KÖPƏYİN İNQİLABİ CÜMLƏPƏRDAZLIĞI
02 Aprel 2019 APREL DÖYÜŞLƏRİ - İbrahim Rüstəmli yazır
07 Mart 2019 Azərbaycanda Qarabağ qadağası – Ermənilər buna necə nail olurlar?
05 Fevral 2019 Əkbər Qoşalı: “Nə üçün, cənablar, nə üçün?!”
03 Fevral 2019 "Müharibə anonsu"-İbrahim Rüstəmli yazır...
15 Dekabr 2018 Sizin mollalara, ekspertlərə, "yala qaçan vətənpərvər"lərinizə lənət deyirəm - Tanınmış jurnalist Mübarizdən yazdı
14 Noyabr 2018 Görmək həm də duymaq, düşünmək deməkdi
20 Oktyabr 2018 Qazaxıstan: ölkənin qüdrəti xalqın düşüncəsindədir
03 Sentyabr 2018 " Çəkdiyim ən gözəl ağrılar..."- Qocalar evindən "Son məktub"
06 İyul 2018 Gəncədə açılan güllələr? İŞİD İZİ
15 May 2018 Qaloş...
03 May 2018 Əlixanov kariyerasını sona gətirən-"Qoca"əməliyyatı
03 May 2018 Eşq həvəsə sinonim olub-Kəmalə Paşayeva
01 Aprel 2018 Tarixin yazdığı dastan-Türkiyə Azərbaycan!
08 Dekabr 2017 Bizdə hər kəs sadəcə öz işi ilə “məşğul”dur.
15 Noyabr 2017 Görəsən, nə vaxt uçacayıq...

Xəbər lenti