.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın martın 30-da keçirilmiş iclasında koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlərlə bağlı qərar qəbul edib. Azərbaycan ərazisində xüsusi rejimin tətbiqini nəzərdə tutan bu qərarda tələb və tövsiyələrə mütləq qaydada əməl olunması şərti ilə fəaliyyətinin davam etdirilməsinə icazə verilən istiqamətlər içərisində kütləvi informasiya vasitələrinin də adı çəkilir.
KİV-lər koronavirus infeksiyasının qarşısının alınması ilə bağlı aparılan işlərin mühüm təbliğatçıları olmaqla yanaşı, cəmiyyətdə xəstəlik təhlükəsinə qarşı məsuliyyət hissinin gücləndirilməsinə yönələn maarifləndirici işlər də həyata keçirməkdədirlər. Bu fəaliyyət son dərəcə vacibdir. Təqdirəlayiq haldır ki, media orqanlarımız öz işlərinə intizamlı yanaşmaqla, jurnalistikanın funksiya və vəzifələrinə, həmçinin peşələrinə sadiqlik nümayiş etdirilər.
Azərbaycan Mətbuat Şurası bütün bunları yüksək qiymətləndirir və xüsusi rejim şəraitində KİV-lərin fəaliyyətinin daha da səmərəli qurulması üçün aşağıdakı məqamlara diqqət yetirilməsinini vacib sayır:
    • Jurnalistlərin üzərilərində şəxsiyyət vəsiqələrini və redaksiyaların onlara verdiyi vəsiqələri götürmələri;
    • Jurnalistlərin redaksiya tapşırıqlarına əməl etmələri. Bununla bağlı konkretliyin müəyyənləşdirilməsi və qorunması;
    • Ehtiyac hiss edildikdə, jurnalistə verilən redaksiya tapşırığının redaksiya tərəfindən rəsmi qaydada təsdiqlənməsi. KİV rəhbərləri bu zərurətin yarana bilmə ehtimalını düşünməli və müvafiq addımlar atmalıdırlar. Nəzərə alınmalıdır ki, bu, jurnalistlərin işinin səmərəliliyinə təminat baxımından mühüm əhəmiyyət daşıyır;
    • KİV rəhbərlərinin jurnalistlərin koronavirus infeksiyasına yoluxmamaları üçün  müəyyənləşdirilmiş qaydalara ciddi əməl etmələrinə həssas yanaşmaları. Xüsusən də xəstəxanalara, poliklinakalara və koronavirus xəstələrinin olduqları karantin zonalarına gedən əməkdaşların təhlükəsizliyi məsələsini nəzarətdə saxlamaq;
    • Koronavirus pandemiyası ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın və digər dövlət qurumlarının məlumatlarından istifadə etməklə, əldə edilmiş digər bilgilərin rəsmi təsdiqinə nail olmaq. Heç bir halda dezinformasiyaların, rəsmi mənbəyi olmayan bilgilərin yayılmasına yol verməmək;
    • Koronavirusla bağlı materiallar hazırlayarkən sahə ekspertlərinin seçiminə həssaslıqla yanaşmaq. Təqdim edilən materialların cəmiyyət üçün əhəmiyyətlilik dərəcəsinə diqqət yetirmək;
    • İnsanlarda ruh düşgünlüyü, qorxu, stress, çaşqınlıq yaradan meylləri təbliğ etməməklə koronavirus təhlükəsinin bəşəriyyət üçün bəla mahiyyətinə aydınlıq gətirən, bununla bağlı cəmiyyəti düşündürən, mübarizə əzmi və ciddi məsuliyyət hissi aşılayan materialların təqdimatı.
Azərbaycan Mətbuat Şurası həmçinin bildirir ki, Şuranın Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı monitorinq qrupu xüsusi rejim şəraitində jurnalistlərin peşə fəaliyyətlərini yerinə yetirmələrinə də diqqət yetirir. Bununla bağlı MŞ-dən və DİN-dən nümayəndələr (MŞ-dən Əvəz Rüstəmov - (050) 206 96 02; DİN-dən Mətbuat Xidmətindən İlham Babayev (055) 771 82 62; Bakı şəhər BPİ-dən Elşad Hacıyev (055) 288 95 53) müəyyənləşdirilirb. Zərurət yarandığı hallarda jurnalistlər göstərilən mobil telefon nömrələrinə zəng edə bilərlər.
Azərbaycan Mətbuat Şurası onu da bildirir ki, jurnalist adından, vəsiqəsindən istifadə etməklə xüsusi rejimin qaydalarını pozma halları da monitorinq qrupu tərəfindən diqqətdə saxlanılacaqdır. Bununla bağlı konkret faktların araşdırılması həyata keçiriləcək, yerli polis orqanlarının əməkdaşları monitorinq qrupunun üzvləri ilə daimi əlaqədə olacaqlar. 
22 May 2020 Ermənilər “parlamenti” Şuşaya köçürür
22 May 2020 Prezident daha bir icra başçısını işdən çıxardı
21 May 2020 DSX-nin vəzifəli şəxsləri həbs edildi - Rəsmi
16 May 2020 Baş nazirdən karantinlə bağlı yeni qərar: Bunlar qadağandır!
15 May 2020 Mayın 18-dən karantində bu yumşalmalar olacaq - Rəsmi açıqlama
09 May 2020 Daha 143 nəfər koronaya yoluxdu, 3 nəfər öldü - Canlı
05 May 2020 Hafiz Hacıyev həbs edilən başçı qohumunu ittiham etdi
29 Aprel 2020 Biləsuvar icra başçısının həbsi ilə bağlı YENİ DETALLAR
27 Aprel 2020 Azərbaycanda daha bir nəfər koronavirusdan öldü, 33 yeni yoluxma aşkarlandı - VİDEO
24 Aprel 2020 Sabah Bakıya intensiv yağış yağacaq
22 Aprel 2020 "Sanki Elmar Məmmədyarov Ermənistanın işğalçılıq siyasətini malalamaqla məşğuldur" — Deputatdan nazirə SƏRT ETİRAZ
22 Aprel 2020 “Kim nəyə görə meydandadır, xəbərdaram” – Əflatun Amaşovdan Vahid Əhmədova CAVAB
22 Aprel 2020 Rusiyalı ekspert: “Ermənistan XİN başçısının “Heç bir ərazi güzəştinə getmək fikrində deyilik" bəyanatı Rusiya üçün gözlənilməz oldu”
16 Aprel 2020 Tramp 500 milyonu verməkdən niyə imtina etdi?
15 Aprel 2020 Ölkəmizdə daha 56 nəfər koronaya yoluxdu - Canlı
14 Aprel 2020 İlham Əliyev videokonfrans şəklində müşavirə keçirib
10 Aprel 2020 Bazarda durğunluq: maşınlar kəskin ucuzlaşdı
08 Aprel 2020 İbrahim Məmmədov: “Bu gün Azərbaycanda 105 nəfər koronavirusa yoluxub, yoluxma artan xətt üzrə gedir”
07 Aprel 2020 Nazirlikdən 190 manatla bağlı daha bir - Açıqlama
02 Aprel 2020 Əli Əsədov operativ qərargah üzvlərini topladı - Mühüm qərarlar verildi
02 Aprel 2020 Azərbaycanda fövqəladə vəziyyət elan oluna bilər?
31 Mart 2020 Prezident əhaliyə çağırış etdi
31 Mart 2020 Azərbaycan Mətbuat Şurasının kütləvi informasiya vasitələrinin xüsusi rejim dövründəki fəaliyyətinə dair tövsiyələri
31 Mart 2020 Çindən İNANILMAZ GÖRÜNTÜLƏR: əhali ayağa qalxdı-VİDEO
29 Mart 2020 Mehriban Əliyeva: Həkimlərin hər an qəbul etdikləri qərarlar, peşəkar bilik və bacarıqları, fədakarlıq və şəfqəti bizim əsas silahımız və ümidimizdir
27 Mart 2020 Natiq Əliyev: “Koronavirusa qarşı mübarizədə Səhiyyə Nazirliyi və TƏBİB-lə koordinasiyalı iş təşkil edilib”
25 Mart 2020 İtaliyada koronavirusu yayan şəxs bəlli oldu - QORXUNC DETALLAR
25 Mart 2020 Bu ölkə koronavirusu 5 dəqiqəyə aşkar edən test yaratdı
23 Mart 2020 Azərbaycanda elan olunan karantinlə bağlı operativ qərargahın brifinqi keçirilir - CANLI YAYIM
20 Mart 2020 Koronavirusla bağlı ordumuzda tədbirlər görülür - Video

Xəbər lenti