.


Əsgərlik bir mərdlik məktəbi, qoçaqlıq imtahanıdır. Hələ sovet əyyamından bu fikri üstün saymışıq. Demişik ki, əsgər olmaq oğul adı daşıyan hər kəs üçün çox zəruri bir həyat sınağıdır. Sağlamlığın izn verirsə, hökmən vətənə əsgər olmalısan. Əgər qeyri-obyektiv səbəblərə görə əsgər imtahanından keşməyibsənsə, demək, nəinki ər olmağa, heç qonşuluğa da yaramırsan. Ona görə də əsgərlik şərəfi çağırış vərəqi təqdim edildiyi andan duyulur və bu münasibətlə ailə daxilində bəzən kiçik, bəzən isə daha izdihamlı yolasalma mərasimi keçirilir.

Ailə daxilində əsgərlik sevincinin təntənəsi toylarımız qədər çox ürəyəyatımlı təəssürat yaradır. Hər bir Azərbaycan gənci o günü hərtərəfli tarixləşdirir. Fotoalbom tərtib edilir, fideoçarx hazırlanır. Mərasimə  doğma və yaxın adamlar, dost-tanışlar yığılır. Onların arasında çağırışçının yaşıdları ilə yanaşı səngər həyatı yaşamış veteranlar və əsgərlik ömrü sürmüş gənclər də olur. Hər bir iştirakçı öz mənəvi təsir gücü ilə fərqlənir. Təkcə süfrə arxasında çörək kəsməklə deyil, sevinc və gülərüz baxışları ilə bölüşür, məsul əsgər postuna hazırlaşan gəncə öz məsləhət və tövsiyələrini verirlər.

Budur, halal çörəklə dolanan Həsənli ailəsindəyik. Evin tək oğlu Arifin əsgərliyə yolasalma mərasimi başlamaq üzrədir. Mərasimdə ən kövrək sima anadır. Əsgər anası titulunu yenicə qazanmış Qənifə xanımın üzündə sevinc hiss edilir, içində isə həyəcan dolaşmaqdadır. Hamı ilə birbəbir ünsiyyət yaratsa da, daha çox oğluna göz yetirir. İnana bilmir ki, oğlu əsgər gedir. Onun ərsəyə gətirdiyi övlad da ölkənin müdafiəsi üçün silaha sarılacaq, düşmənlə qanlı döyüşə çıxacaq. Ana özündən asılı olmayaraq tez-tez gözlərini ovxalayır. Hələ övladı ona uşaq kimi görünür. Əslində isə belə deyil. Sabah bu uşaq onun qanadı altından çıxaraq döyüşçü sırasında duracaqdır. Qənifə xanım o qədər dərin düşüncələrə dalır ki, onu səsləyərək ürək-dirək vermək istəyən tanışların sözünü bəzən eşidə bilmir. Bir tərəfdən də fikirləşir ki, ona söz veriləndə nə desə yaxşıdır. Bu məqamda səslənən “Azərbaycan əsgəri” mahnısı ananın ürəyinə sərin su səpir, fərəhlənməyə başlayır, onun qürurlu baxışı o dəqiqə qonaqlar tərəfindən alqışlanır. 

Mahnı kəsilən kimi əsgər atası Adil kişi qabağa çıxır. Övladını möhkəm-möhkəm bağrına basır, onu öpüşlərinə qərq edir və ucalan səslə ürək sözlərini deyir:

     - Çox fərəhlənirəm. Axır ki, cəbhəyə bizim ailədən də bir əsgər gedir. Daha başımız aşağı olmayacaq. Arzum odur ki, dədə-baba yurdumuz Dağlıq Qarabağ savaşında düşmən üzərində qazanacağımız tam qələbədə oğlumun da payı olsun. Çox nikbinəm. İnanıram ki, oğlum Arif əsl döyüşçü kimi yetişəcək. Mən sovet əsgəri olmuşam. Oğlum isə bir mərd əsgər olaraq milli ordumuzun şərəfli adını daşıyacaq. Bu, hədsiz qürurvericidir. Övladıma yaxşı bələdəm, Arif güclü xarakterə  malikdir. Ona tövsiyəm odur ki, ordu həyatına tez alışsın, həmişə komandirlərə hörmət etsin, hərbi andına sadiq olsun, döyüş sirlərini yaxşı öyrənsin...

      Aramsız alqışlar kəsildikdən sonra söz anaya verilir. Qənifə xanım bir anlıq udqunur. Əllərini göyə çəkərək Allahın adını səsləndirir və asta səslə öz səmimi ana sözlərini dilə gətirir: 

     - Oğul, biz sənin kimi mərd övladlarımızla güvənirik. İnanıram ki, ana haqqı kimi vətən haqqını da itirməyəcək, komandir əmrlərini mərdanə yerinə yetirəcəksən. Şadam ki, sən mənə əsgər anası kimi müqəddəs bir ad qazandırdın. Hələ indi bilmək olmaz: ön cəbhədə olacaqsan, ya arxa cəbhədə. Döyüşdə arxadan vurulsan, südümü halal etmərəm sənə! Çalış həmişə qalib əsgər ol və bizə görə heç vaxt nigaran qalma. Unutma ki, ürəyim daim səninlədir. Ulu Tanrımız sənə yar və yardımçı olsun! 

      Oynaq bir mahnı çalınır. Arifin ata-anası ilə yanaşı bütün qonaqlar şadyana oynayır və gözaydınlığı verirlər. Döyüş veteranı Elman Həsənoğlu söz demək istəyir:

       - Mən vətənimiz uğrunda ağır savaşların iştirakçısıyam. Əvvəl əsgər, sonra isə komandir olmuşam. Yəni əsgər çətinliklərini də, zabit qayğılarını da yaxşı bilirəm. Ordu mənim üçün doğma bir aləmdir. Mənə xoş gəldi ki, bu gözəl təntənə içərisində  sabah əsgər libasını geyinməyə gedəcək bir oğula ata da, ana da komandir əmrini yerinə yetirmək, komandirə ehtiram göstərmək məsələsini öz öyüd-nəsihətində ayrıca vurğuladı. Bu, hərbi əxlaq baxımından çox vacib məsələdir. Ordu həyatı görmüş hər kəsə yaxşı bəllidir ki, komandir hərbi mühitdə əsas simadır. Rəsmi dildə desək, komandir əsgərin rəisidir. Amma dəmir hərbi intizamın  hökm sürdüyü bir şəraitdə komandir həmçinin əsgərin böyük qardaşı, dostu və məsləkdaşı rolunda çıxış edir. Səngər ruzigarı bu münasibətləri elə müqəddəs bir axara salır ki, komandir-əsgər davranışı ata-ananın övlada olan məhəbbəti qədər  ülviləşir, daim könül oxşayır. Ona görə də əsgər gedən hər bir qardaşımıza ilk tövsiyələrimizdən biri komandirə hörmət və etimad göstərilməsi ilə bağlı olmalıdır. Komandirə sözsüz-filansız tabe olmaq mühüm şərtdir. Çünki komandirin bir nömrəli vəzifəsi tabeliyində olan əsgəri yurdun bacarıqlı, cəsur və qəhrəman müdafiəçisi kimi tərbiyə etməkdir. 

       Asudə dəqiqələri az olan ordu güzəranı həmişə yurd duyğuları ilə bahəm təlim-döyüş sınaqları, hərbi əməliyyat təcrübəsi ilə qaynayır. Belə müqəddəs duyğu və zəruri təcrübənin fövqünə yüksələn hər bir oğul vətənin sadiq və etibarlı sakini sayılır. Hərbçi həyatına pozulmaz intizam və düzən verən vacib ünsürlər bir an belə gözdən qaçmır, diqqət mərkəzində saxlanılır. Orduda əsas tələb intizamdır. Onu tamamlayan mənəvi tellər qətiyyən qırıla bilməz. İntizamı sevən, əsl döyüşçü kimi yetiən oğullar ixtiyarsız olaraq hərbçiliyin fəxri kürsülərinə ucalır, vətən sevgisi sönməz həyat eşqi kimi onların xidməti prosesində himayəedici bir qüvvəyə çevrilir. O sevgi təqlid edilmir, insanın içində doğulur və yalnız gerçək əməllərlə pərvəriş tapır. İdeal əsgər isə öncə ordunun, sonra isə xalqın qəlbinə həmişəlik giriş haqqı qazanır.

      Tez-tez belə sual eşidirəm:  Dinc dövrün əsgəri ilə müharibədə iştirak edən əsgəri necə müqayisə etmək olar? Ordu ömrü yaşayanlara bu məlum məsələdir. Lakin ictimai rəy açımı üçün zəruri sualdır. Bu fərqi xüsusi olaraq qabartmaq istəyirəm. Şahid olduğum gerçək həyat faktları zəngin və müxtəlif mənəvi təsirlərə malikdir. Əvvəla özümdən başlayım. Mən 1978-1980-ci illərdə Polşada yerləşən Şimali Sovet Qoşunları tərkibində əsgəri borcumu vermişəm. Açığı, əsgər bölgüsündə xaricdə hərbi xidmətə göndərildiyimə görə bəxtim gətirmişdi. Bizim hissədə hərbi intizam axsamırdı. Əsgəri münasibətlərdə baş verən “qoca əsgər” mənəmliyi yerindəcə susdurulurdu. Habelə komandir o cür neqativ hadisələrdə heç kimi himayə etmirdi. Lakin yaşlı nəslə yaxşı məlumdur ki, o zaman SSRİ daxilində yerləşən hərbi hissələrdə əsgəri münasibətlərdə eybəcər forma alan “dedovşina siyasəti” murdar bir səpkidə idarə edilirdi. Komandir heyəti üzdə o biabırçı davranışı tənqid edir, gizlində isə gənc əsgərlərin hərbi qanunlara zidd formada təhqir edilməsinə, iyrənc istismar oyunlarına rəvac verir və ordunu “ded” əsgərlərin əli ilə yaşadır, ağlasığmaz fırıldaqçılıq halları törədirdilər. Xaricdə yerləşən covet qoşunlarında isə buna oxşar özbaşına əməllər incə metodlarla ortaya çıxarılsa da, qarşısı dərhal alınırdı. Müstəqil milli ordumuzda, şükürlər olsun ki, bu barədə heç düşünən də yoxdur. Həm döyüşən motoatıcı briqadanın zabiti, həm də hərbi jurnalist kimi apardığım müşahidələr nəticəsində məni sevindirən cürbəcür mənzərələrə şahid olmuşam. Yəni mənfi məqamlarla da üz-üzə gəlmişəm. Amma milli hərbi əxlaqımız hər zaman o üzdəniraq mənfiliklərə qarşı qalib çıxıb. Bu gün də həmin məsələ diqqət mərkəzində durur.

      Yeri gəlmişkən vurğulayım ki, erməni ordusu “dedovşina” mərəzinin əlində zəlil qalıbdı. Pisniyyət millətin bu murdar əməlinə də çarə tapan yoxdur. Daşnak ordusunda kriminal psixologiya virusunu ölməyə qoymayan “dedovşina siyasəti” geniş miqyasda meydan sulayır. Erməni xəbər portalları açıq yazırlar ki, erməni ordusunda ölüm hallarının coxu “ded” əsgərlərin qəddarlıqla müşayiət olunan tam məzəli cinayət əməlləri ilə bağlıdır. Belə ki, “ded”lər tərəfindən gənc əcgərlər hər gecə yatmazdan qabaq  alt paltarında dizi üstə iməkləməyə, qoyun kimi mələməyə, it kimi hürüməyə və donuz kimi fısıldamağa məcbur edilir. Bu əmrə boyun əyməyənlər barədə isə ölüm hökmü oxunur. Necə deyərlər, heç bir eleksir mürtəd dığa sarsaqlığına əlac vermir. Hər ay bir “qoca” dığa bir gənc dığaya qənim kəsilir, öz qanlarını içməkdən doymurlar.

       Bəli, şükranlığımız bizə xoşluq bəxş edir. Ömründə bir dəfə yıxılmayıbsansa, bu o demək deyil ki, səni yıxmaq olmaz. Oldu ilə öldüyə çarə tapmaq müşküldür. Öyünə bilərik ki, ordumuzda mənfi hallar nə kütləvi xarakter daşıyır, nə də idarə ediləndir. Necə deyərlər, “qocaman əsgər” gənc əsgərin könül dostu kimi çıxış edir. Səhv addımlar yerindəcə mühakimə edilir.

      Aydın məntiqdir: Dinc dövrün əsgəri ilə müharibədə iştirak edən əsgər tərəziyə qoyularsa, qətiyyən bərabər gələ bilməz. Hərbi and içənədək komandirlər tərəfindən gərəkli güzəşt potensialına geniş meydan açılır. Ehtimal ki, sıra düzülüşündə müəyyən qədər əks-qütblü xarakterlər təzadlı məqamlar doğurur. Biri təkəbbürlü mövqe göstərir, biri vasvası hərəkətlər edir, digəri o qədər xırdaçılığa yol verir ki, əsgər yoldaşları tamam bezdiklərini açıq şəkildə söyləməkdən çəkinmirlər. Bəzilərinin isə dəmdəməkilik əhvalı həddini aşır və komandir töhməti maksimallaşır. Ən axırda hərbi and bütün neqativ hallara biryolluq son qoyur. Xüsusi qeyd etmək istəyirəm ki, hərbi sıraya yeni qədəm qoyan gənclərimizin əksəriyyəti sərt ordu həyatının hər hökmünə hazırlıqlı olur, sanki anadangəlmə döyüşçü doğulurlar. 

      Müharibədə iştirak edən əsgər isə tamam başqa bir şəxsiyyətdir. Könüllülər istisna olmaqla 1992-ci ildə əsgərlərin çoxu küçədən tutulub birbaşa döyüşə salınırdı. Ordu quruculuğunun ilk cağında bu çox eyibli bir hal idi. Heç hərbi and içməyə vaxt olmurdu. Sözün düzü, onların əksəriyyəti sovet əyyamında əsgər həyatı yaşamış gənclər idi. Yəni bu günümüzə yad səslənsə də, covet andı qəbul etmişdilər. Söz düşəndə etiraf edirdilər ki, biz döyüşə çoxdan hazırıq. Amma əsgər ömrü sürməyənlərin halı çox pərişan olurdu. Axı, belələri heç silahın dilini də bilmirdilər. Təlaş içərisində vurnuxan bəzi hürkək əsgərlərdə bağışlanıla bilən qüsurlar ilk günlərdə iyrənc görünsə də, birinci döyüşdən sonra onların varlığına çökən mənəvi müvazinət aramla çevrilirdi. O sayaq əsgərlər sanki yıxılan körpə uşaq kimi yerindən dikəlirdi.

      Heç yadımdan çıxmır. 1993-1994-cü illər ikinci Kəlbəcər əməliyyatına səfərbər olunan əsgərlərdən biri tələsik qeydiyyatdan keçirildikdən sonra ön xəttə aparılmazdan əvvəl aldığı avtomat silahı komandirə uzadaraq əsəbi halda gileyləndi:

     - Komandir, döyüşdən qorxan oğul deyiləm, amma indicə verdiyiniz bu zəhrimardan güllə atmağın bir çəmini başa salın da... Məni heç qınamayın, vallah, əlimə birinci kərədir ki, silah alıram...

     Bu hərəkəti acizanə giley kimi ərz etmək olarmı?! Əsla yox! Bu, sadəcə yanımcıl bir qınaq idi və haqlı sayıldığına görə o əsgərin komandirlə hərbçiliyə yad olan qeyri-səmimi davaranışını heç kim mərifətsiz hərəkət kimi qəbul etmədi. Əksinə olaraq hamını gülüş hissləri bürüdü. Komandir mehribanlıqla onu qucaqlayaraq kənara çəkdi və izahatına başladı. Cəmi-cümlətanı beş dəqiqəlik ayaqüstü təlim əsgərə elə yüksək bir döyüş ruhu bəxş etdi ki, son sözünü ucadan səsləndirdi:

     - Bax, indi hansı döyüşə desəniz, ürəkdən gedərəm. Bilərəm ki, erməni qanını tökməyə silahım da var, bacarığım da. Kişilikdə isə erməni heç vaxt bizə çatası deyil...

       Bu, çox təbii bir tərzdə deyilən sadədil, saf ürəkli gənc əsgər sözləridir. Həqiqətən igid qayəli oğullarımız sayagəlməzdir. İnşallah, o imkansız və ağrılı  güzəranımızda bizi geri salan təsadüfi zaman sınaqları bir gün öz sözünü deyəcək, dığa ağzı biryolluq mumlanacaq və tam qələbəmiz barədə xalqımızı muştuluqlamaq xəbəri mənim qələmimdən çıxacaq!...

       Müharibə məngənəsində sıxılaraq hər cür imtahana çəkilən əsgər üçün bir mühüm nüansa da işıq salaq. Savaş görməyənlər üçün maraqlıdır: Döyüşün ilk anları necə yaşanır? Hərbi əməliyyatların ilk dəqiqələrdə qorxuya baş əyməmək mümkün olurmu? Açığı, bu uyğunlaşma prosesi yalnız vahimə içərisində keçir. Qoçaqlıq damarı tez oyanan oğullar bu sınaq körpüsünü tez adlayırlar. Ümumən desək, əksər döyüş veteranlarının ümumi rəyinə görə ən azı üç döyüşdən sonra sağ qalan əsgər artıq döyüşçü statusunu qazanır, yəni döyüşün dilini əxz edərək həyəcan yükünü yarıdan çox azalda bilir. Sözümüzün bu məqamında bir hikmətli kəlamın məna dərinliyini izahlandırmaq yerinə düşər. Deyirlər ki, döyüşə gedəndə bir, dənizə girəndə iki, evlənəndə isə üç dəfə düşün. Şəxsən mən bu hikmətin məna tutumunu daha da dərinləşdirməyi lüzumlu sayıram. Təkcə sadalanan üç əməldə deyil, həyatımızın bütün dolanbaclarında ehtiyatlı olmaq vacibdir. Ehtiyat ən yaxşı dəyərdir. Təcrübəli döyüşçülərimiz həmişə vurğulayırlar ki, bütün misilsiz qəhrəmanlıqların mayasını cəsurluq məziyyətləri ilə bahəm ehtiyat potensialı təşkil edir. Ehtiyat həm səni qalib çıxarır, həm də sağlam...

      Xoş və səmimi söz insan qəlbinin saf güzgüsüdür. Qətiyyən ifrata varmaq fikrim yoxdur. Dağlıq Qarabağ savaşının hər üzünü görmüş bir döyüşçü veteran kimi açıq ürəklə bəyan edirəm ki, Azərbaycan xalqı əcdadlarımızın layiqli varisləri sayılır. Qəhrəman əcdadlarımızın – oğuz türklərinin başçısı Oğuz Xaqanla bağlı keçmiş tarixi mənbələri öyrəndikcə əxlaqi davamçılığın heç zaman sönmədiyini, igidlik ənənələrinin daha parlaq bir biçimdə yaşandığını yəqinləşdirirəm. Görün Oğuz Xaqan son döyüşlərinin birində ali məclisi çağıraraq öz övladlarına ana torpağın müdafiəsi ilə bağlı tapşırıqlarını verdikdən sonra nə deyir:

       - Çox yaşadım, çox savaşdım, çox ox atdım, çox ayğırlara mindim, düşmənləri ağlatdım, dostları güldürdüm. Tanrıya hər şeyi fəda etdim. Sizə də yurdumu verirəm!...

       Əslində bu ulu müddəa ümumbəşəri qanunlara daxildir. Yurdun müdafiəsi və onun salamat bir halda gələcək nəslə miras qoyulması çox müqəddəs hesab edilir. Sənə can verən ana torpaq cavabdehliyi bütün irsi dəyərlərdə üstün məsələ kimi qiymətləndirilir. Ona görə də bizə ulu babalarımızdan mərdanə miras qoyulmuş torpağımızı  daim göz bəbəyi kimi qorumalı, üzərimizə düşən Vətən haqqını heç vaxt itirməməliyik. Əsl sahib kimi savaşda qanımız, dinc həyatda isə alın tərimiz torpağımızın canına hopmalıdır. Ulu babalarımız demişkən, torpağa su qatarsan palçıq olar, qan tökərsən vətən! Bu torpağa qovuşan ulu mərd babalarımızın ruhu qəlbimizə hakim olmazsa, varlığımız heçliyə dönər. Var ikən yox sayılarıq!

      Gəlin heç vaxt unutmayaq ki, igidi olmayan torpaq əsl vətən adını daşıya bilməz. İşğal tarixi uzanarsa, yetimləşən torpağımızın hər qayası, hər daşı, hər çınqılı bizi dözülməz qınaq hədəfinə çevirər!... Mənim xalqım susan deyil. Gözümüzü Dağlıq Qarabağdan çəkən deyilik. Ya gecə, ya da gündüz olsun, fərq etməz, istənilən vaxt Vətən əmrinə daim hazırıq. Bu əmr ən ali əmrdir. Hər gün, hər saat, hər dəqiqə doğma torpağın bağrından qopan lal haray bizi igidliyə səsləyir, qan ağlayan Dağlıq Qarabağımızı azad etməyə çağırır. Axan şəhid qanlarımıza and olsun ki, intiqam yaman olacaq, dığa çiyinlərində kəllə qalmayacaq!

                                                                                                 

                                                                                                 İbrahim MƏSİMOĞLU,
                                           müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant
 
30 İyul 2020 Müəllim andı... -Hekayə
18 İyul 2020 "Böyük siyasi oyunların kiçik peşkası!"-Kəramət Böyükçöl yazır...
30 İyun 2020 Amerikalı kəşfiyyatçı Qrehem Fullerin Milli Şuradakı dostu...
10 Aprel 2020 DIĞA ÇİYİNLƏRİNDƏ KƏLLƏ QALMAYACAQ!
03 Aprel 2020 Üçüncü Dünya müharibəsi alimlərin “savaşı” olacaqmı?!
03 Aprel 2020 Qara xəbərlərin tanıdığı və tanıtdırdığı qapı
01 Aprel 2020 “VURĞUN ÖLDÜ DEMƏYİN...”
31 Mart 2020 Yəhudilərdən necə utanmayaq?
14 Mart 2020 Süni görüşləriniz də iyrənib sizdən, üzünüzə sillə vurur artıq.
10 Mart 2020 Bir müəllimin monoloqu... - Ölü şairlər cəmiyyətindən reportaj
09 Yanvar 2020 Mənim yarımçıq SEVGİM
09 Yanvar 2020 VƏTƏN SEVGİSİ İMANDANDIR
25 Dekabr 2019 Nazir "Porsche" minsin, vətəndaş eşşək arabası sürsün..
25 Dekabr 2019 İbrahim Məsimoğlu -DAYAZ VƏTƏNÇİLİK NƏDİR?
26 Sentyabr 2019 Ceyhun Musaoğlu: Elə bir cəmiyyət qurulmalıdır ki, vicdanı olmayanlar əriyib yoxa çıxsın" - Müsahibə
07 İyun 2019 Onun xətti turanlaşmaq deyil, haram pullar hesabına “qənimətləşməkdir”
15 May 2019 Cahangir Rüstəmovun gördüyü işlərin bir faizini görməyənlər sifariş qullarına çevriliblər
11 Aprel 2019 ARXALI KÖPƏYİN İNQİLABİ CÜMLƏPƏRDAZLIĞI
02 Aprel 2019 APREL DÖYÜŞLƏRİ - İbrahim Rüstəmli yazır
07 Mart 2019 Azərbaycanda Qarabağ qadağası – Ermənilər buna necə nail olurlar?
05 Fevral 2019 Əkbər Qoşalı: “Nə üçün, cənablar, nə üçün?!”
03 Fevral 2019 "Müharibə anonsu"-İbrahim Rüstəmli yazır...
15 Dekabr 2018 Sizin mollalara, ekspertlərə, "yala qaçan vətənpərvər"lərinizə lənət deyirəm - Tanınmış jurnalist Mübarizdən yazdı
14 Noyabr 2018 Görmək həm də duymaq, düşünmək deməkdi
20 Oktyabr 2018 Qazaxıstan: ölkənin qüdrəti xalqın düşüncəsindədir
03 Sentyabr 2018 " Çəkdiyim ən gözəl ağrılar..."- Qocalar evindən "Son məktub"
06 İyul 2018 Gəncədə açılan güllələr? İŞİD İZİ
15 May 2018 Qaloş...
03 May 2018 Əlixanov kariyerasını sona gətirən-"Qoca"əməliyyatı
03 May 2018 Eşq həvəsə sinonim olub-Kəmalə Paşayeva

Xəbər lenti