.

ABŞ prezidenti dəhşətli oyunların üstünü açır... Koronavirusun qlobal bir oyun, məkrli bir avantüra olduğunu ifşa edir... Və Antonio Quttereş, Bill Geyts, Hillari Klinton kimi qlobalist yırtıcılar dərhal ona qarşı çıxırlar...


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirusla bağlı yalanları, hiylələri, dünya əhalisini qorxutmaq cəhdləri üzə çıxır... Gözlənilən idi.

ABŞ prezidenti Donald Trampın koronavirus böhranına qarşı mübarizə tədbirlərinin gecikdirilməsində, böhran əleyhinə görülən işlərin pis idarə edilməsində və ilk vaxtlar koronavirusun yayılması faktlarının gizlədilməsində ÜST-ün roluna dair aparılacaq araşdırma yekunlaşana qədər qədər bu təşkilata veriləcək 500 milyon dollar maliyyə yardımının dayandırılması barədə bu gün göstəriş verdi. Çünki Tramp hələ günlər öncə ÜST-ü kəskin tənqid etmiş və ölkəsi tərəfindən bu təşkilata maliyyə yardımlarının dayandırıla biləcəyinin anonsunu vermişdi. Niyə? "Niyə"si bir-iki cümlə ile izah olunacaq məsələ deyil.


Tramp ÜST-ün fəaliyyətindən şübhələndiyinə görə öz adamlarına bu təşkilatla bağlı araşdırmalar aparılmasını tapşırıb. Və nəticədə isə şok faktlar ortaya çıxıb. Məlum olub ki, ÜST-ün rəhbərləri qlobalistlərə xidmət edir və onların direktivlərini, göstərişlərini yerinə yetirirlər. Koronavirus da həm qlobalistlərin, həm də dünyanın nəhəng tibb şirkətlərinin, farmakoloji mərkəzlərin "hibrid müharibə" planıdır. Hərəsinin də bu planda öz əlahiddə maraqları var... Qlobalistlər bu yolla - pandemiya vasitəsilə dünyanın müxtəlif ölkələrində siyasi və iqtisadi böhranlar yaratmaq və yenidən dünyaya nəzarəti öz əllərinə keçirmək istəyirlər. Hazırda qlobalistlərin başında Hillari Klinton, Bill Geyts, Cef Bezos, Antonio Quttereş və digərləri durur (Buz dağının görünen tərəfidir birdə görünməyən tərəfi var). Tibb şirkətləri isə pandemiya sayəsində öz bizneslərini genişləndirmək və daha çox tibbi vasitələr satmaq imkanı əldə edirlər. Buna görə ÜST-ün rəhbərliyinə böyük məbləğlərdə rüşvət təklif edir, həm də bu təşkilata müxtəlif üsullarla təzyiqlər göstərir, təşkilatı şantaj edirlər.

ÜST-ün rəhbərləri isə qlobalistlərə və tibb şirkətlərinin təzyiqlərinə müqavimət göstərmək əvəzinə, onların tələblərini yerinə yetirməyə razı olub. Və hazırda ÜST-ün dünya əhalisini qorxu altında saxlamağa çalışması, insanları koronavirusla əlaqədar psixoz vəziyyətinə çatdırması da məhz bununla əlaqədardır. Tramp da bütün bunlardan şübhələnib. Və ÜST-ün rəhbərlərinə böyük miqdarda rüşvətlərin verilməsinin də izinə düşüb. O da məlum olub ki, Bill Geytsin sahibi olduğu "Mikrosoft" korporasiyası da ÜST-ü leqal və qeyri-leqal yollarla maliyyələşdirir. Çünki B.Geyts bəşəriyyət üzərində Covid-19 kimi dəhşətli eksperimentlərin aparılmasında hamıdan çox maraqlıdır. Heç "Amazon"un rəhbəri Cef Bezos da Geytsdən qətiyyən geri qalmır. Onlar hətta koronavirusla bağlı birgə layihələrə də start veriblər. Adını da belə qoyublar ki, guya koronavirusa qarşı təsirli mübarizə vasitələri axtarırlar. Amma əsas məqsədləri isə bu deyil. Hər iki iş adamı Trampın qatı əleyhdarları sayılır və ABŞ prezidentliyinə keçmiş namizəd Hillari Klintonun yanında yer alırlar. Bunlar üçü birlikdə Trampın qanını belə içməyə hazırdırlar. Və Ümumdünya Səhiyyə Təşkilatını da məhz Trampa qarşı (koronavirusa qarşı yox a, məhz Trampa qarşı) mübarizə üçün əllərində vasitə kimi, alət kimi saxlayırlar. Bu mübarizəni isə 2020-ci ilin sonunda ABŞ-da keçiriləcək prezident seçkilərində Trampı məğlubiyyətə uğratmaqla bitirməyi düşünürlər. Hazırda ÜST-ün dünyada yaratdığı bütün bu koronavirus "tamaşa"sı da məhz bu məqsədə xidmət edir. Ancaq Tramp da bütün bu oyunlardan vaxtında xəbər tuta bilib. Necə deyərlər, işin üstü açılıb. Odur ki, isti-isti qərar qəbul edib və ÜST-ə veriləcək yardımı dayandırıb.

Trampın bu qərarına verilən çılğın reaksiyalar da gözlənilən idi. İlk reaksiya da Birləşmiş Millətlər Təşkilatından gəldi. Çünki Ümumdünya Səhiyyə Təşkilatının əsas patronajlarından biri də BMT-dir. Yazılı açıqlama verən təşkilatın baş katibi Antonio Quterreş hazırda ÜST-ün və ya hər hansı digər humanitar yardım qurumlarının yardımlarını azaltma zamanı yox, həmrəylik zamanı olduğunu bildirib. "Mikrosoft"un sahibi, milyarder Bill Geyts də öz növbəsində Trampın bu addımını düşünülməmiş addım kimi, əcaib qərar kimi dəyərləndirib və buna öz etirazını bildirib. Ancaq Trampın geri çəkilmək fikiri yoxdur. O, dünya miqyasında oynanılan bu dəhşətli virus oyununun, pandemiya avantürasının səbəbkarlarını, ideya müəlliflərini sonuna qədər deşifrə etmək əzmindədir.



Tramp sözün yaxşı mənasında konservatordur, mühafizəkardır və dünyada ənənəvi yaşam tərzinin davam etdirilməsinin tərəfdarıdır. O, ailə dəyərlərinin qorunub saxlanmasının tərəfdarı kimi çıxış edir. Klassik nikahları dəstəkləyir. Kilsəni dəstəkləyir və s... Qlobalistlər isə bütün bunlardan imtina etməyin tərəfdarı kimi çıxış edirlər. Tramp 2016-cı ildə hakimiyyətə gəlməklə bunların oyunlarını pozub. Ancaq qlobalistlər geri çəkilməyiblər.Əgər 2020-ci ildə Trampı məğlub etməyi bacarsalar,bax o zaman məqsədlərinə qismən nail olacaqlar. Biz ümidlə yanaşaq ki,dünya düzənini idarə etməkdə qəərarlı olanların bu ssenarisi həyata keçməyəcək.
Ehtiram Aşırlı-Siyasi Analitik
Asiya.ws
22 May 2020 Ermənilər “parlamenti” Şuşaya köçürür
22 May 2020 Prezident daha bir icra başçısını işdən çıxardı
21 May 2020 DSX-nin vəzifəli şəxsləri həbs edildi - Rəsmi
16 May 2020 Baş nazirdən karantinlə bağlı yeni qərar: Bunlar qadağandır!
15 May 2020 Mayın 18-dən karantində bu yumşalmalar olacaq - Rəsmi açıqlama
09 May 2020 Daha 143 nəfər koronaya yoluxdu, 3 nəfər öldü - Canlı
05 May 2020 Hafiz Hacıyev həbs edilən başçı qohumunu ittiham etdi
29 Aprel 2020 Biləsuvar icra başçısının həbsi ilə bağlı YENİ DETALLAR
27 Aprel 2020 Azərbaycanda daha bir nəfər koronavirusdan öldü, 33 yeni yoluxma aşkarlandı - VİDEO
24 Aprel 2020 Sabah Bakıya intensiv yağış yağacaq
22 Aprel 2020 "Sanki Elmar Məmmədyarov Ermənistanın işğalçılıq siyasətini malalamaqla məşğuldur" — Deputatdan nazirə SƏRT ETİRAZ
22 Aprel 2020 “Kim nəyə görə meydandadır, xəbərdaram” – Əflatun Amaşovdan Vahid Əhmədova CAVAB
22 Aprel 2020 Rusiyalı ekspert: “Ermənistan XİN başçısının “Heç bir ərazi güzəştinə getmək fikrində deyilik" bəyanatı Rusiya üçün gözlənilməz oldu”
16 Aprel 2020 Tramp 500 milyonu verməkdən niyə imtina etdi?
15 Aprel 2020 Ölkəmizdə daha 56 nəfər koronaya yoluxdu - Canlı
14 Aprel 2020 İlham Əliyev videokonfrans şəklində müşavirə keçirib
10 Aprel 2020 Bazarda durğunluq: maşınlar kəskin ucuzlaşdı
08 Aprel 2020 İbrahim Məmmədov: “Bu gün Azərbaycanda 105 nəfər koronavirusa yoluxub, yoluxma artan xətt üzrə gedir”
07 Aprel 2020 Nazirlikdən 190 manatla bağlı daha bir - Açıqlama
02 Aprel 2020 Əli Əsədov operativ qərargah üzvlərini topladı - Mühüm qərarlar verildi
02 Aprel 2020 Azərbaycanda fövqəladə vəziyyət elan oluna bilər?
31 Mart 2020 Prezident əhaliyə çağırış etdi
31 Mart 2020 Azərbaycan Mətbuat Şurasının kütləvi informasiya vasitələrinin xüsusi rejim dövründəki fəaliyyətinə dair tövsiyələri
31 Mart 2020 Çindən İNANILMAZ GÖRÜNTÜLƏR: əhali ayağa qalxdı-VİDEO
29 Mart 2020 Mehriban Əliyeva: Həkimlərin hər an qəbul etdikləri qərarlar, peşəkar bilik və bacarıqları, fədakarlıq və şəfqəti bizim əsas silahımız və ümidimizdir
27 Mart 2020 Natiq Əliyev: “Koronavirusa qarşı mübarizədə Səhiyyə Nazirliyi və TƏBİB-lə koordinasiyalı iş təşkil edilib”
25 Mart 2020 İtaliyada koronavirusu yayan şəxs bəlli oldu - QORXUNC DETALLAR
25 Mart 2020 Bu ölkə koronavirusu 5 dəqiqəyə aşkar edən test yaratdı
23 Mart 2020 Azərbaycanda elan olunan karantinlə bağlı operativ qərargahın brifinqi keçirilir - CANLI YAYIM
20 Mart 2020 Koronavirusla bağlı ordumuzda tədbirlər görülür - Video

Xəbər lenti