.

Məni tanıyanlar yaxşı bilir ki, heç kəsin toyuğuna “kiş” deməmişəm. Kindən, küdurətdən uzağam. Barəmdə yersiz danışanlara, tənqid yağdıranlara münasibətdə norma gözləmişəm. İnanın ki, onlar sonradan üzr istəyəndə heç nə olmamış kimi gülümsəmişəm. Özüm qəsdən mövzudan uzaqlaşmışam ki, utanmasınlar. Mən beləyəm.
 
Jurnalistlər hörmətli Vahid müəllimin (Milli Məclisin deputatı Vahid Əhmədovun) “Modern.az” saytına açıqlamasında mənim adımın da çəkilməsinə münasibətimi öyrənmək istəyərkən cavabdan yayındım. Yeri gəlmişkən, sağ olsun, həmkarlarım ağına-bozuna baxmadan haradasa diqqət çəkən yazı peyda olan kimi bir göz qırpımında, ya özlərinə məxsus saytlarda, ya da sosial şəbəkələrdə paylaşırlar, diqqətçəkən sərlövhələrlə mövzuya sanki rəng qatırlar. Nəyə görə həmkar məsələsini qabardıram. Çünki həmkarlarıma həmkar kimi yanaşmışam…
 
Bəzən hansısa məsələyə mülayim münasibət açıqlamışam və bilmişəm ki, bu, adekvat deyil. Ümumən tam adekvatlıqdan yayınmışam. Sadəcə ona ki, hər kəsdə daha çox müsbət nələrisə görməyə çalışmışam. Lakin elə məsələlər olur ki, həddən artıq ictimailəşir. İstər-istəməz düşünürsən və çox təəssüf ki, cavab vermək məcburiyyətində qalırsan. Nə üçün təəssüf edirəm? Ona görə ki, bəzən həm cavablar, həm də ümumən hansısa açıqlanmış fikir müəyyən münasibətlər sisteminə, bəlli dəyərlərə zərbə vurur. Adam bir yaşa çatanda əldə etdiyi dəyərlər barədə düşünür və təbii ki, onları itirmək istəmir. Axı, bu dəyərlər asan qazanılmayıb…
 
Vahid müəllim itirmək istəmədiyim adamdır. Onu lap çoxdan - ötən əsrin 80-ci illərindən tanıyıram. Həmin vaxt AzərTAC-da işləyirdim. O isə zavod direktoru idi. Sonrakı fəaliyyət yolundan da xəbərdaram. Milli Məclisin deputatı kimi həmkar təmaslarımız xoş münasibətə, qarşılıqlı hörmətə əsaslanıb. İndi medianın problemlərindən söz açır və məni də belə demək mümkünsə, problem piramidasında görür. Ümumən haqlıdır. Çünki media sahəsində çox işlər həyata keçirilməlidir.
Bəs nəyə görə Vahid müəllimin medianın problemlərdən danışarkən mənim adımı hallandırması ilə razı deyiləm?
Dəfələrlə Milli Məclisin tribunasından mətbuatın ən müxtəlif çətinlikləri ilə bağlı fikirlərimi bildirmişəm. Aktual olan məsələləri qabartmışam. Hər bir parlament çıxışımı facebook sosial şəbəkəsindəki profilimdə paylaşmışam. Jurnalistlər də bununla bağlı materiallar hazırlayıblar. Vahid müəllim buyurub Milli Məclisin stenoqramlarını da izləyə bilər. Media müstəvisində qaldırdığım ƏDV-nin ləğvi, mətbu nəşrlərin yayımı, medianın hüquqi bazasının təkmilləşməsi, o cümlədən internet medianın hüquqi statusunun müəyyənləşdirilməsi, mediada reklam və sair bu kimi məsələlərlə hər kəs tanışdır. Həm Mətbuat Şurasının sədri, həm də deputat kimi bu kampaniyanı aparmışam. Kampaniyadan uduşlu tərəf ancaq media ola bilərdi. Bu istiqamətdə ən çox dəstəyi elə Vahid müəllimin özündən gözləmişəm. Hətta ummuşam. Niyə ondan gözləmişəm və ummuşam, bu barədə danışmaq istəmirəm, öz səbəblərim var. Təəssüf ki, dəstək görməmişəm. Parlament tribunasından diqqətə çatdırdığım problemlərin heç olmasa, biri həllini tapsaydı, indi müəyyən qədər fərqli mənzərə olardı…
 
Hər kəsin özünün doğruları, doğru hesab etdiyi baxışlar var. Hər kəs etdiklərinə görə cavabdehdir. Təbii, bəzi ziddiyyətlərin kökünü bilirəm. Ümumən şəxsi zəmindəki nələrinsə peşəkar müstəviyə daşınmasının tərəfdarı olmamışam. Kim nəyə görə meydandadır, nə üçün fikir bildirir, hər birindən kifayət qədər xəbərdaram. Hər kəsin öz oyununun, öz məqsəd və mənafeyinin olması reallığını qəbul edirəm. Qəbul etmədiyim isə haqsızlıqdır. Mən kimsəyə qarşı haqsız davranmamışam. Hər zaman cəmiyyət və media üçün məqbul, reallığa uyğun orta xəttin mütləq varlığına inanmışam. Bunun üçün çalışmışam. Bu gün də heç nə dəyişməyib. Media sahəsində islahatların aparılmasının, yeniliklərin tətbiqinin, şəffaflığın təmin olunmasının, xoşagəlməz halların araşdırılması və qanuna müvafiq surətdə qiymətləndirilməsinin tərəfdarıyam. Nə hörmətli Vahid müəllimin, nə də bir başqasının bu mövqeyimdən şübhəsi olsun.
 
Biz həyatımızın çox hissəsini yaşamış nəslin nümayəndələriyik. Bilmirik, nə qədər ömrümüz qalıb. Dahilərdən birinin sözüdür ki, insanın içindəki vicdan onun Tanrısıdır. Çox istərdim, hər kəs o Tanrı ilə üzbəüz qalanda əzab çəkməsin.
Əflatun Amaşov
Milli Məclisin sabiq deputatı, Mətbuat Şurasının sədri
22 May 2020 Ermənilər “parlamenti” Şuşaya köçürür
22 May 2020 Prezident daha bir icra başçısını işdən çıxardı
21 May 2020 DSX-nin vəzifəli şəxsləri həbs edildi - Rəsmi
16 May 2020 Baş nazirdən karantinlə bağlı yeni qərar: Bunlar qadağandır!
15 May 2020 Mayın 18-dən karantində bu yumşalmalar olacaq - Rəsmi açıqlama
09 May 2020 Daha 143 nəfər koronaya yoluxdu, 3 nəfər öldü - Canlı
05 May 2020 Hafiz Hacıyev həbs edilən başçı qohumunu ittiham etdi
29 Aprel 2020 Biləsuvar icra başçısının həbsi ilə bağlı YENİ DETALLAR
27 Aprel 2020 Azərbaycanda daha bir nəfər koronavirusdan öldü, 33 yeni yoluxma aşkarlandı - VİDEO
24 Aprel 2020 Sabah Bakıya intensiv yağış yağacaq
22 Aprel 2020 "Sanki Elmar Məmmədyarov Ermənistanın işğalçılıq siyasətini malalamaqla məşğuldur" — Deputatdan nazirə SƏRT ETİRAZ
22 Aprel 2020 “Kim nəyə görə meydandadır, xəbərdaram” – Əflatun Amaşovdan Vahid Əhmədova CAVAB
22 Aprel 2020 Rusiyalı ekspert: “Ermənistan XİN başçısının “Heç bir ərazi güzəştinə getmək fikrində deyilik" bəyanatı Rusiya üçün gözlənilməz oldu”
16 Aprel 2020 Tramp 500 milyonu verməkdən niyə imtina etdi?
15 Aprel 2020 Ölkəmizdə daha 56 nəfər koronaya yoluxdu - Canlı
14 Aprel 2020 İlham Əliyev videokonfrans şəklində müşavirə keçirib
10 Aprel 2020 Bazarda durğunluq: maşınlar kəskin ucuzlaşdı
08 Aprel 2020 İbrahim Məmmədov: “Bu gün Azərbaycanda 105 nəfər koronavirusa yoluxub, yoluxma artan xətt üzrə gedir”
07 Aprel 2020 Nazirlikdən 190 manatla bağlı daha bir - Açıqlama
02 Aprel 2020 Əli Əsədov operativ qərargah üzvlərini topladı - Mühüm qərarlar verildi
02 Aprel 2020 Azərbaycanda fövqəladə vəziyyət elan oluna bilər?
31 Mart 2020 Prezident əhaliyə çağırış etdi
31 Mart 2020 Azərbaycan Mətbuat Şurasının kütləvi informasiya vasitələrinin xüsusi rejim dövründəki fəaliyyətinə dair tövsiyələri
31 Mart 2020 Çindən İNANILMAZ GÖRÜNTÜLƏR: əhali ayağa qalxdı-VİDEO
29 Mart 2020 Mehriban Əliyeva: Həkimlərin hər an qəbul etdikləri qərarlar, peşəkar bilik və bacarıqları, fədakarlıq və şəfqəti bizim əsas silahımız və ümidimizdir
27 Mart 2020 Natiq Əliyev: “Koronavirusa qarşı mübarizədə Səhiyyə Nazirliyi və TƏBİB-lə koordinasiyalı iş təşkil edilib”
25 Mart 2020 İtaliyada koronavirusu yayan şəxs bəlli oldu - QORXUNC DETALLAR
25 Mart 2020 Bu ölkə koronavirusu 5 dəqiqəyə aşkar edən test yaratdı
23 Mart 2020 Azərbaycanda elan olunan karantinlə bağlı operativ qərargahın brifinqi keçirilir - CANLI YAYIM
20 Mart 2020 Koronavirusla bağlı ordumuzda tədbirlər görülür - Video

Xəbər lenti