.


Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovu sərt tənqid edib. 

Fəzail Ağamalı Demokrat.az-a açıqlamasında bildirib ki, Elmar Məmmədyarov öz fəaliyyətində Prezident İlham Əliyevin işğalçı Ermənistana qarşı apardığı "hücum diplomatiyası"na adekvat ola bilmir:
"Mənim Elmar Məmmədyarovla şəxsi münasibətlər baxımından zərrə qədər hər hansı problemim yoxdur. Mən bunu tam məsuliyyətimlə deyirəm. Ancaq mən onu səriştəsiz fəaliyyətinə görə Milli Məclisin iclaslarında bir neçə dəfə tənqid etmişəm. Azərbaycan Xarici İşlər Nazirliyinin son bəyanatını oxuyanda baxın görün nələr baş verir! Sanki Elmar Məmmədyarov Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini malalamaqla məşğuldur. Axı işğalçı ölkəyə qarşı belə "dişsiz" və qorxaq bəyanat olmaz! Biz işğala məruz qalmış ölkəyik. Ancaq xarici işlər nazirimiz nədənsə ehtiyyatlı və qorxaq açıqlamalar verir. Əgər bu gün cənab Prezident işğalçı ölkəyə qarşı açıq şəkildə tutarlı sərt və cəsarətli mövqe ortaya qoyaraq, Nikol Paşinyanı susdurursa, o zaman niyə xarici işlər nazirimiz buna uyğun davrana bilmir? Əslində, ölkə Prezidenti hər bəyanatı verməli deyil. Bu, bütün dünyada qəbul olunmuş təcrübədir. Ölkə Prezidentinin demək istədiyi fikirləri xarici işlər naziri, millət vəkilləri deməlidir. Mən hər zaman olduğu kimi, bu gün də cənab Prezident İlham Əliyevin "hücum diplomatiyası"nı birmənalı şəkildə dəstəyirəm. Bu baxımdan düşünürəm ki, Azərbaycanın Xarici İşlər Nazirliyi də öz fəaliyyətində ölkə Prezidentinin "hücum diplomatiyası"nı əsas götürməli və malalama mövqeyindən əl çəkməlidir".

Deputat həmçinin qeyd edib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycanın işğal olunmuş rayonlarının azad olunacağına ümid yaradan açıqlama verməsi müsbət haldır:

"Nəzərə almalıyıq ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində çox ciddi rol oyanyır. Münaqişənin həllinin açarı da məhz Kremlin seyflərindədir. Bu baxımdan Sergey Lavrovun sözügedən açıqlaması Azərbaycan cəmiyyətində ümid yaradıb. Ancaq bu bəyanatın ardınca Ermənistanın xarici işlər naziri çox həyaysızcasına bildirib ki, Azərbaycan torpaqları işğaldan azad edilməyəcək. Bu cür açıqlama həm də dövlət başçıları səviyyəsində aparılan sülh danışıqları fonunda erməni riyakarlığını və Ermənistan dövlətinin faşist düşüncəsini bir daha ortaya qoydu. Əlbəttə ki, Emənistan xarici işlər nazirinin bu cür səfeh açıqlamasına Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev tərəfindən çox tutarlı cavab verildi. Hikmət Hacıyevin cavab açıqlamasında Ermənistanın xarici işlər nazirinə qarşı kifayət qədər tutarlı və sərt arqumentlərlə fikirlər var. Lakin çox təəssüf ki, biz bu cür tutarlı cavabları Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatında görmədik. Əvəzində isə Azərbaycanın Xarici İşlər Nazirliyi əvvəlki ənənələrinə uyğun olaraq yenə də standart və ehtiyyatlı sözlərlə işğalçı ölkəyə qorxaq cavab bəyanatı verdi. Halbuki, Azərbaycan Xarici İşlər Nazirliyinin mövqeyi daha cəsarətli, çəkindirici və sərt olmalı idi".

Xatırladaq ki, ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycnın işğal olunmuş rayonlarının azad olunacağına və Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə həllinə zahirən ümid yaradan açıqlama verib. Bunun ardınca isə Ermənistan xarici işlər naziri onun açıqlamasına cavab verərək, Azərbaycan ərazilərinin işğaldan azad edilməyəcəyini bildirib, indiyə qədər aparılmış danışıqlar prosesi və münaqişənin mərhələli həlli ilə bağlı təklifləri rədd və inkar edib. 

Ermənistan xarici işlər naziri danışıqlar prosesini darmadağın edən açıqlama ilə çıxış etdiyi halda, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ehtiyatlı və qorxaq açıqlamalar verməklə, cəbhədə atəşkəsin gücləndirilməsindən, COVİD-19-a qarşı mübarizədən və münaqişənin danışıqlar yolu ilə həllindən danışıb. 


19 Sentyabr 2020 General: Düşmən təxribata hazırlaşır, hazır olun! - Video
14 Sentyabr 2020 Nazirlər Kabinetinin xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə qərarı qüvvəyə minib
14 Sentyabr 2020 Türkiyə XİN: ABŞ Şərqi Aralıq dənizi bölgəsində gərginliyi artırır
09 Sentyabr 2020 “DQR” işğalı təsdiqlədi, İrəvandan dərhal əmr gəldi - Foto
09 Sentyabr 2020 Ermənistan üçün kabus: Bakı-Ankara ittifaqı işğal-ilhaq planlarını puç edir
08 Sentyabr 2020 Prezident Ramiz Mehdiyevi bu vəzifədən çıxardı - Sərəncam
07 Sentyabr 2020 Azərbaycan - Türkiyə qardaşlığı və Tovuz döyüşləri haqqında möhtəşəm film - VİDEO
05 Sentyabr 2020 Jurnalistlərin üçüncü binası gələn il təhvil veriləcək? - Qurum sözçüsü açıqladı
04 Sentyabr 2020 Sentyabrın 8-dən bu dəyişikliklər olacaq - Rəsmi açıqlama
31 Avqust 2020 Karantin rejimi öz səmərəsini verir - Prezident
28 Avqust 2020 Ərdoğan güzəştə getməyəcək, haqqı olanı alacaq
23 Avqust 2020 Putin hərbçilərə müraciət etdi
22 Avqust 2020 Ramiz Mehdiyevin kürəkəni və qudası məhkəməyə gətirildi - Yenilənir
19 Avqust 2020 Kürdəmirdə 5 nəfər saxlanıldı
18 Avqust 2020 İlham Əliyev Əfqanıstan prezidentini təbrik etdi
16 Avqust 2020 Zurabyan Paşinyanı tənqid etdi: “Nə ingiliscə bilir, nə də Qarabağ haqqında…”
15 Avqust 2020 Abbas Abbasovun həbs xəbəri yayıldı
14 Avqust 2020 VASİTƏÇİ İŞĞALÇINI SİLAHLANDIRMALIDIRMI?
13 Avqust 2020 DTX səfir Eldar Həsənovu həbs etdi - Şok
11 Avqust 2020 Ərdoğan Ceyhun Bayramov və Zakir Həsənovla görüşdü
11 Avqust 2020 Ceyhun Bayramov Çavuşoğlu ilə təkbətək görüşdü - FOTOLAR
07 Avqust 2020 Serbiya Prezidenti Əliyevə zəng vurdu - Silah məsələsi müzakirə edildi
03 Avqust 2020 Avqustun 5-dən bu dəyişikliklər olacaq - Rəsmi açıqlama
30 İyul 2020 Prezident şəhid general Polad Həşimovun adının əbədiləşdirilməsi barədə göstəriş verdi
27 İyul 2020 Prezident İlham Əliyev yeni Təhsil naziri təyin etdi
26 İyul 2020 "Palmali" şirkətinin 5 gəmisi Golden Eagle Şirkətinə satıldı
25 İyul 2020 Ceyhun Bayramov xaricdəki diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri ilə videokonfrans keçirib
22 İyul 2020 Türkiyə Milli Təhlükəsizlik Şurası: “Ermənistan işğal altındakı Azərbaycan torpaqlarını tərk etməlidir”
18 İyul 2020 Zakir Həsənov Rusiya Müdafiə naziri ilə telefonda danışdı
17 İyul 2020 XİN rəhbərləri erməni təxribatından danışdı

Xəbər lenti