.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gündəlik diqqət və qayğısı sayəsində koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və onun neqativ təsirlərinin aradan qaldırılması üçün geniş miqyaslı kompleks siyasi, iqtisadi və sosial tədbirlər həyata keçirilir.

 

Baş Prokurorluqdan Asiya.ws-ə daxil olan məlumatda deyilir:

Bununla belə təəssüf ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması hallarına rast gəlinməkdədir.

Prokurorluq orqanları tərəfindən qeyd olunan qanunsuz hallara qarşı qanunamüvafiq tədbirlər davam etdirilir.

Şirvan, Naftalan şəhər, İmişli və Bərdə rayon İcra Hakimiyyəti başçılarının inzibati ərazi nümayəndəliklərinin bəzi vəzifəli şəxslərinin bu qəbildən olan qanunazidd hallara yol vermələri barədə şəhər və rayon icra hakimiyyətlərindən rayon prokurorluqlarına daxil olmuş müraciətlərə baxılmışdır.

Araşdırmalarla Şirvan şəhər İcra Hakimiyyəti Başçısının Hacıqəhrəmanlı qəsəbə inzibati ərazi vahidi üzrə nümayəndəsi Pünhan Mənsimov və 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fəqani Həsənov tərəfindən vəzifə saxtakarlığı edilməklə xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz olaraq arayışlar verilməsinə əsaslı şübhələr müəyyən olunmuşdur.

Naftalan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Asəf Cabbarov tərəfindən də eyni məzmunlu qanun pozuntusuna yol verilmişdir. Belə ki, Asəf Cabbarovun da vəzifə saxtakarlığı etməklə xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz olaraq arayışlar verməsinə əsaslı şübhələr müəyyən olunmuşdur.

Eləcə də, İmişli Rayon İcra Hakimiyyəti başçısının Bəhrəmtəpə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rafael Həsənovun da vəzifə saxtakarlığı edərək xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz olaraq arayışlar verməsinə şübhələr üçün əsaslar müəyyən olunmuşdur.

Bundan başqa, Bərdə rayon İcra Hakimiyyəti Başçısının Xəsili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Azad Salmanovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rayon daxilində səyyar formada kənd təsərrüfatı məhsullarının satışının həyata keçirilməsinə icazə üçün müraciət etmiş ayrı-ayrı şəxslərə arayışlar təqdim edərkən qanunsuz hərəkətlərə yol verməsinə şübhələr müəyyən edilmişdir.

Qeyd olunan şəxslər müvafiq rayon İcra hakimiyyəti başçılarının əmrləri ilə tutduqları vəzifədən azad edilmişlər.

Toplanmış materiallar üzrə Şirvan şəhər, Goranboy, İmişli və Bərdə rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işləri başlanmışdır.

Hazırda həmin işlər üzrə təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara müraciət edərək “961” nömrəli “Çağrı Mərkəzi”nə məlumat vermələrini xahiş edir.

20 May 2020 Onlayn dərslər keçməyən müəllimlərə əməkhaqları verilməyəcək?
17 May 2020 Xəzərdə dalğanın hündürlüyü 4,2 metrə çatıb - FAKTİKİ HAVA
15 May 2020 Azərbaycanda daha 101 nəfər koronavirusa yoluxdu - 43 yaşlı şəxs öldü
12 May 2020 Azərbaycanda daha 104 nəfər koronavirusa yoluxdu, 55 nəfər sağaldı, 1 nəfər vəfat etdi
07 May 2020 Bakıda yağışdan sonra maşınlar su altında qaldı - Video
02 May 2020 Azərbaycanda daha bir neçə vəzifəli şəxs həbs edildi
28 Aprel 2020 “Repititorlar necə fəaliyyət göstərə bilər?” - AÇIQLAMA
23 Aprel 2020 190 manatın verilməsində MÜHÜM YENİLİK: gələn ay… – RƏSMİ
16 Aprel 2020 Nazirlik 20 min şəxsə 190 manatlıq ödəmə verməkdən imtina etdi
14 Aprel 2020 Paşinyan-kilsə savaşı pik həddə: Rus mediası sirləri açdı
08 Aprel 2020 Bütün gözlər Milli Məclisə dikilib – ŞOK DETALLAR
05 Aprel 2020 Evdən çıxarkən üstünüzdə bu sənədlər olsun - XƏBƏRDARLIQ
05 Aprel 2020 Azərbaycanda daha 63 nəfər koronavirusa yoluxdu
03 Aprel 2020 "Vəziyyət təsəvvür edildiyindən qat-qat ciddidir" — Baş Nazirin müavinindən ÇAĞIRIŞ
16 Mart 2020 Azərbaycan-Rusiya sərhədi bağlandı - Təcili
16 Mart 2020 Türkiyədə koronavirusa yoluxma 3 dəfə artdı
14 Mart 2020 Mətbuat Şurasından jurnalistlərə: Təşviş, qorxu, həyəcan...
13 Mart 2020 Azərbaycanda soyqırım haqqında qanunun qəbul edilməsi təklif olunur
12 Mart 2020 Milli Məclisin sabahkı iclasının gündəliyi açıqlandı
07 Mart 2020 Türkiyədən miqrantlara qadağa
29 Fevral 2020 ABŞ Konqresinin üzvü Xocalı faciəsi ilə bağlı bəyanat verib
27 Fevral 2020 Təhsil Nazirliyindən məktəblərin bağlanması ilə bağlı – AÇIQLAMA
25 Fevral 2020 Paytaxt polisi sürücülərə müraciət etdi
21 Fevral 2020 Dörd məntəqənin nəticələri ləğv edildi
18 Fevral 2020 REAL TV-dən Ləman və Afətlə bağlı - Açıqlama
13 Fevral 2020 Hadi Rəcəblidən nəticələrin ləğvi ilə bağlı AÇIQLAMA: "Allaha pənah"
12 Fevral 2020 Eldar Əzizov yox dedi:....
12 Fevral 2020 Mətbuat katibi vəzifədən getdi
11 Fevral 2020 Bakıda tanınmış biznes ledi saxlanıldı
11 Fevral 2020 Seçki məntəqəsində namizədin vəkili vəfat edib

Xəbər lenti