.

Bankların təqdim etdiyi hesabatlarla real göstəriciləri üst-üstə düşmür. Yəni banklar faktiki olaraq real göstəricilərini hesabatlarında qeyd etmirlər. Bu isə həm ictimaiyyəti, həm də dövləti aldatmaq deməkdir.

Bu sözləri açıqlamasında iqtisadçı-ekspert, millət vəkili Vüqar Bayramov Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel tarixli qərarına əsasən Atabank ASC və Əmrah Bank ASC-nin lisenziyalarının ləğv edilməsi, eyni zamanda bəzi bankların risk altında olması barədə ölkənin baş bankiri Elman Rüstəmovun açıqlamasını şərh edərkən deyib. Ekspert bildirib ki, banklar hesabatlarında vəziyyətlərinin yaxşı olduğunu göstərsələr də, Mərkəzi Bankın araşdırmaları ilə bunun heç də belə olmadığı ortaya çıxdı:
“Bu və bu kimi hallar bankların təqdim olunan hesabatlarına nəzarət mexanizminin yaradılması məsələsini aktuallaşdırır. Biz güman edirik ki, Mərkəzi Bank məsələ ilə bağlı əsaslı tədbirlər görəcək. Burada digər məsələ də bankların hesabatlarında yanlış məlumat təqdim etməklə qanunvericiliyi pozmasıdır”.
V.Bayramov bağlanmaq riski olan banklardan da danışıb:
“Konkret hansı bankların bağlanacağını demək çətindir. Digər tərəfdən, bu, Mərkəzi Bankın yeni qiymətləndirməsindən asılı olacaq. Təbii ki, sistem əhəmiyyətli banklarda vəziyyət qənaətbəxşdir. Həmin bankların maliyyə problemləri yoxdur. Lakin sistem əhəmiyyətli olmayan banklarda, düşünürəm ki, Mərkəzi Bank tərəfindən yeni qiymətləndirmənin aparılması düzgün olacaq”.
Ekspert vurğulayıb ki, Mərkəzi Bank önümüzdəki aylarda banklarla bağlı yenidən qiymətləndirmə aparacaq və bundan sonra bankların taleyi haqda konkret nəsə demək olar.
Axar.az
18 May 2020 Koronavirusun Azərbaycanda ticarət dövriyəsinə təsiri açıqlandı - RƏSMİ
07 May 2020 Baş bankirin xəbərdarlığı: Bu banklar bağlanacaq
06 May 2020 Banklar kredit borcu olanlara güzəşt edəcək? - VİDEO
27 Aprel 2020 Neftin qiyməti 40 dollara qalxacaq - OPEC
13 Aprel 2020 Energetika Nazirliyi “OPEC plus” ölkələri nazirlərinin qərarını yüksək qiymətləndirir
03 Aprel 2020 Azərbaycan neftinin qiyməti 22% yüksəldi
18 Mart 2020 Energetika Nazirliyinin “Çağrı mərkəzi” və “Qaynar xətti” Novruz bayramında fasiləsiz xidmət göstərəcək
16 Mart 2020 Faiz dərəcəsi ciddi şəkildə endirildi - Dollarla bağlı yeni xəbər
12 Mart 2020 Baş Nazir iqtisadi müşavirə keçirdi
09 Mart 2020 Neftin qiyməti düşür, manat ucuzlaşa bilər
27 Fevral 2020 Energetika naziri ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri ilə görüşüb
14 Fevral 2020 Macarıstanda Azərbaycanla enerji sahəsində əməkdaşlıq müzakirə edilib
12 Fevral 2020 Əlverişsiz hava kənd təsərrüfatına ziyan vuracaq- Mütəxəssislər narahatdır
31 Yanvar 2020 Valyuta ehtiyatlarının həcmi AÇIQLANDI
24 Yanvar 2020 Energetika naziri Siyəzəndə, nazir müavinləri Qobustan və Cəlilabadda vətəndaşları qəbul edib
13 Yanvar 2020 Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclası keçiriləcək
11 Yanvar 2020 Dekabr ayında gündəlik neft hasilatı 771 min barrel olub
10 Yanvar 2020 “ACWA Power” və “Masdar” şirkətləri ilə bərpa olunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı İcra müqavilələri imzalanıb
03 Yanvar 2020 Neftin qiymətinin artması geosiyasi gərginlik yarada bilər
25 Dekabr 2019 Dolların məzənnəsi sabit qaldı
14 Dekabr 2019 Azərbaycan nefti bahalaşdı –Qiymət
12 Dekabr 2019 Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi üzrə Komissiyanın ilk iclası keçirilib
10 Dekabr 2019 Energetika naziri Yevlax şəhərində vətəndaşları qəbul edib
06 Dekabr 2019 Azərbaycan gündəlik neft hasilatını daha 7 min barrel azaldacaq
03 Dekabr 2019 Ekspert: TANAP Azərbaycan qazının rəqabətqabiliyyətliliyini artıracaq
25 Noyabr 2019 Energetika naziri Yevlax şəhərində vətəndaşları qəbul edəcək
23 Noyabr 2019 Energetika naziri Ağ Evin Milli Təhlükəsizlik Şurasının Beynəlxalq İqtisadiyyat, Enerji və İqlim üzrə Baş direktoru ilə görüşüb
23 Noyabr 2019 Azərbaycanda qızıl və gümüş ucuzlaşıb –Cədvəl
22 Noyabr 2019 Energetika nazirinin müavinləri Mingəçevir və Bərdə şəhərlərində vətəndaşları qəbul edib
13 Noyabr 2019 Azərbaycanda oktyabr ayı üzrə gündəlik neft hasilatı 718 min barrel olub

Xəbər lenti