.

Bu gün Sizi Tanıyaq Layihəsinin iki yaşı tamam olur. 
Asiya Fakt İnformasiya Agentliyi nəzdində  fəaliyyətə başlayan Sizi Tanıyaq layihəsinin bu gün iki yaşı tamam olur. Layihə rəhbəri Vüsalə Qələndərli bu münasibətlə layihəsinin yüzlərlə üzvünü təbrik edib. Təbrikdə deyilir;

Azərbaycanın bugünkü gəncləri indi özlərini müstəqil Azərbaycan dövlətinin gəncləri kimi hiss edirlər. Onların əksəriyyəti vətənpərvər gənclərdir. Biz də çalışmalıyıq ki, bu gənclərin hamısı vətənpərvər olsun və Vətənə xidmət etməyi özlərinin ən şərəfli vəzifəsi hesab etsinlər.

Son illər Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclər siyasətidir. Ulu öndər Heydər Əliyevin siyasi məktəbinin yetirməsi olan Azərbaycan Prezidenti İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlara yüksək şərait yaradılır. Biz dədövlətimizin gənclər siyasətini dəstəkləyir və bu istiqamətdə əlimizdə olan hər fürsətdən istifadə etməyə çalışırıq. Bu məqsədlə də iki il öncə Sizi Tanıyaq adlı layihəmiz fəaliyyətə başladı. Məhz dövlətçilik, millətçilik ideologiyasına sadiqliymiz və gənclərimizə dəstək üçün.
Dəyərli Sizi Tanıyaq ailəsi, bu il karantin rejimi ilə əlaəqdar geniş tədbir həyata keçirə bilməyəcəyik.
Sizi Tanıyaq adlı layihəmiz fəaliyyətə başlayandan bu günə qədər saysız istedadlı gənclərimizi və onların dəyərli valideynlərini tanıdıq, dövlət tədbirlərimizi birlikdə qeyd etdik, gənclərimizin tanınmış sənətçilərimiz, ziyalılarımız və millət vəkillərimizlə görüşünü təşkil edə bildik. Layihəmizin İmkansız üzvləri üçün birlikdə "Ürəklər gülsün" adlı aksiyamızla dəstək olmağa çalışdıq. İstedadlı gənclərimizə dəyə
rli müəllimlərimiz sənətin incəliklərini təmənnasız öyrətdilər. İstedadlı gənclərimizlə yanaşı onların valideynləri ilə sıx əlaqələrimiz oldu.


Himnimizi əlləri ürəyi üstə oxuyan evdar analarımız, imkansız ailələr və ziyalı valideynlərimiz bir arada sıx birləşdi. Layihəmizin üzvləri arasında ayrı-seçkilik əsla qoyulmadı. Bütün uşaqlar eyni, bütün valideynlər eyni təbəqədən bilindi. Elmi savadı olmayanlara savadı olanlar dəstək oldu. Vətən sevgisi aşıladıq bacardıqca. Dövlətçilik aşıladıq. Hər zaman adət-ənənələrimizə sadiq qaldıq. 

Heç bir maddi dəstəyimiz olmadan çabaladıq və hələ sadalamadığım daha neçə uğura imza atdıq.
Tək istəyim imkansız da imkanlı ilə eyni masada otursun, eyni layihədə iştirak etsin, eyni səmimiyyət görsün. Tək istəyim imkansız istedadlı da tanınsın, sevilsin. Tək istəyim gəncliyimiz inkişaf etsin. Gücümün çatdığı qədər gənclərə dəstək olacam, daha çox vətən, dövlət, millət sevgisi aşılayacam.

Sizi Tanıyaq layihəmizlə yalnız istedadlı gənclərimizi tanımadıq. Eyni zamanda gənclərə, onların inkişafına dəstək olmağı bacaran və bacarmayanları da tanıdıq.  Bu günə qədər müraciətimə müsbət cavab verib istedadlı gənclərlə görüşə razılıq verən dəyərli millət vəkillərimizə, ziyalılarmıza təşəkkür edirəm, imkansız ailələrimizə dəstək olanlara minnətdarıq. İnşallah gün gələcək imkanlarımız artacaq və layihəmizi istədiyim qədər böyüdə biləcəm. 


Bu günə qədər bu işdə bizə dəstək olan Asiya Fakt İnformasiya Agentliyinin direktoru Şəfayət Avılbəyli müəllim başda olmaqla layihəmizdə qonaq olan, istedadlı gənclərə hədiyyə göndərən dostlara və ziyalılara, layihəmizdə böyük zəhməti olan yaxınlarıma və əməkdaşımız, dəyərli bacım Nargül Qələndərliyə  təşəkkür edirəm.
Unutmayın! Gənclərə dəstəyiniz, gələcəyimizin inkişafına atdığınız İMZAdır














Xəbər lenti