.


Asiya Fakt İnformasiya Agentliyi nəzdində  fəaliyyətə başlayan "Sizi Tanıyaq"  layihəsinin bu gün iki yaşı tamam olur. Bu münasibətlə Millət vəkili Fəzail Ağamalı layihənin kollektivini və  iştirakçıları təbrik edib. Təbrikdə deyilir;

""Sizi tanıyaq" layihəsi vətəndaşlıq mövqeyinin, istedadlı övladlarımızın üzə çıxarılıb, cəmiyyətə təqdim olunmasında böyük və təmənnasız əməyin ən uğurlu ifadəsidir. Mən də bu layihədə yer alan istedadlı fidanlarımızla tanış olmaq imkanı qazandım və onlarla keçirdiyim bir neçə saatlıq görüşümüz ruhumu oxşadı, yaddaşıma əbədi həkk olundu. İki yaşınız mübarək! Dəyərli Vüsalə xanım, Sizə də, Ərsəyə gətirdiyiniz "Sizi taniyaq" övladınıza da uzun ömür arzulayıram".

Qeyd edək ki, Ötən il Ana Vətən Partiyasının Qərərgahında partiya sədri Fəzail Ağamalı ilə Asiya Fakt İnformasiya Agentliyi nəzdində "Sizi Tanıyaq" layihəsinin bir qrup istedadlı gənclərinin görüşü keçirilib. Görüşdə bədii qiraətçi, ifaçı, fənn olimpiadasında qalib olmuş məktəblilər çıxış edib. Millət vəkili Fəzail Ağamalı məktəblilərin uğurlu çıxışlarından danışaraq hər biri ilə qürur duyduğunu bildirib, onları vətənə və dövlətə sədaqətli olmağa çağırıb. Sonda məktəblilərə partiya sədri tərəfindən müxtəlif mükafatlar təqdim olunub, xatirə şəkli çəkdirilib.
Ətraflı Videoda




Xəbər lenti