.



Asiya Fakt İnformasiya Agentliyi nəzdində  fəaliyyətə başlayan "Sizi Tanıyaq"  layihəsinin bu gün iki yaşı tamam olur. Bu münasibətlə layihənin kollektivi və  iştirakçılara təbriklər davam edir. 


***
Şəfayət Avılbəyli
Bakı Avrasiya Universitetinin Mətbuat və İnformasiya xidmətinin rəhbəri 

"Həyatda uşaqlardan gözəl, onlarala işləməkdən ,onlardan zövq almaqdan qeyri bir varlıq məni sevindirə bilməz. Çünki onlar bizim həyatımızın bir parçasıdır-özümüzük. Bu baxımdan "Sizi Tanıyaq" layihəsinin son 2 ildə gördüyü, ortaya qoyduğu caba əvəzolunmazdır. Hər bir tədbiri ürəyimizə sərinlik gətirən" Sizi Tanıyaq" layihəsinin 2-ci ildönümü son məlum vəziyyətə görə təntənəli keçirilməməsinə baxmayaraq, orda iştirak edən, layihənin təqdimatı ilə gələcəkdə mühüm missiyalara imza atacaq bu uşaqların sevinci bizim sevincimizdir. Ümid edirəm növbəti aylarda yeni nailiyyətlərlə, yeni istedadlarla gündəmi bir daha ələ alacaq Sizi Tanıyağın sıraları genişlənəcək. Nə xoş ki, bu əziz gündə sizlər üçün təbrik yazıram. İnşallah əməyiniz hədər getməz. Bu şirin balaların sədaları ən yüksək zirvələrdən gələr. Bu layihəyə dəstək verən, hər zaman bizimlə bir addımlayan yaxından uzaqdan tanıdıqlarıma təşəkkür, Vüsalə xanıma isə var ol deyirəm".

***
Jurnalist Jalə Mütəllimova


Xeyli zamandır tanıdığım istedadlı qələm sahiblərindən Vüsalə xanımın "Sizi tanıyaq" adlı maraqlı bir layihəsi ilə ilk tanışlıq çox sevindirici oldu. Ən müxtəlif kateqoriyadan olan uşaqların iştirakı ilə böyük tədbirlər reallaşdırmaq. O tədbirlərdə ölkənin ictimai-siyasihəyatında fəallığı olan siyasətçiləri, jurnalistləri, dövlət məmurlarını uşaqlara göstərmək. Onların uğur yolu hekaytləri ilə azyaşlıları tanış etmək, təbii ki, böyük zəhmət və səbir tələb edir. Bu gün ad gününüzdür, layihənizin uğurunun davamlı olmasını arzulayıram. Gənc nəslin yetişdirilməsində, maarifləndirilməsində, hətta sağlamlığında qüsurları olan uşaqları həyata bağlayan səbəblər yaratmaqda sizə davamlı və böyuk uğurlar arzulayıram.

***
Yılmaz Okuklu
Okuklu Holdinqin rəhbəri


"Sizi Tanıyaq" layihəsi proqramı içərisində həqiqətən də gözəl işlər görülür. Bunlardan  Hanlı Pazarda keçirilən Afrin Zəfər Festivalında layihənizin üzvləri olan uşaq və gənclərin iştirakını xüsusilə qeyd edə bilərəm.  Azərbaycan və Türkiyə arasında uşaqların sevgi körpüsü  quruldu. Onlar  Türkiyə sərhədlərində baş verən  düşmənlərə, təhlüklərə qarşı keçirilən tədbirdə dəstək verdilər, bizimlə eyni layihədə oldular. Daha sonra millət vəkilləri ilə, ziyalılarla görüşdürüb uşaqlara müsbət enerji verirsiniz. Tədbirlərinizin davamını arzulayır uğurlar diləyirik.

***
Nərgiz Əliyeva
Qara Qarayev adına Azerbaycan Dovlet Kamera orkestrinin direktoru,
Əməkdar Artist

 Çox böyük işlər görürsüz, istedadları üzə çıxarırsız, dəstək olursuz. Sizi Tanıyaq layihəsinin kollektivini ad günü münasibətilə ürəkdən təbrik edirəm. Uğurlarınız bol olsun.

***
Şamil Sabiroğlu
Xocalı Soyqırımını Tanıtma İB-nin sədri
Medonline.az saytının baş redaktoru

Azərbaycanın uşaq və yeniyetmələrin üzə çıxarılmasında  Sizi Tanyaq layihəsinin mühüm əhəmiyyəti var. Bu yolda layihə rəhbəri həmkarımız, jurnalist Vüsalə Qələndərlinin zəhməti böyükdür. Layihənin iki yaşının tamam olması münasibətilə kollektivi ürəkdən təbrik edirik. Maliyyə dəstəyi olmadan bu işləri görməyin çətinliyi danılmazdır.İnanırıq ki qısa zamanda layihənizə maliyyə dəstəyi də olacaq ki, daha böyük işlər görə biləcəksiniz.

***
      MQF-nin prezidenti Rauf Zeyni


Sizi Tanıyaq layihəsi vətəndaş cəmiyyəti üçün əhəmiyyətli layihədi. Gördüyünüz işləri yüksək qiymətləndirirəm. Təşkilatımız adından 2 yaşınızı ürəkdən təbrik edirik , uğurlar diləyirik.   Hər zaman yanınızdayıq. İstedadlı gənclərimizlə qürur duyuruq.

***
Ahıllara və Tənhalara Dəstək ictimai birliyinin sədri,
Ruhiyyə Məmmədova


Əziz Sizi Tanıyaq layihəsinin bütün kollektivi, başda Vüsalə xanım olmaqla ad gününüz münasibəti ilə sizi təbrik edirəm. Hər dəfə qonağınız olduğum zaman ürəyim fəxr və qürur hissi ilə döyünür. Sevinirəm ki, Vətənimin belə istedadlı yeniyetmələri kölgədə qalmır, bu layihə vasitəsilə tanınır, sevilir. Arzu edirəm ki ildən ilə sıralarınız artsın , daha böyük arenalardan sədanız gəlsin. Sizi Tanıyaq layihəsinin bütün tədbirləri ruhumun dincəldiyi yerdir. Səsiniz, istedadınız zirvələri fəth etsin


***
Habil Şınıxlı
Məşhur qarmon ifaçısı, sənətçi

Çox hörmətli  Vüsalə xanım, rəhbərlik etdiyiniz "Sizi Tanıyaq" layihəsinin 2 yaşı münasibəti ilə ürəkdən təbrik edirəm. Tədbirlərinizdə dəvətinizlə bir sənətçi kimi iştirakımla necə möhtəşəm bir layihə olduğunun, gənc istedadlarımızın üzə çıxmasında, imkansız və müxtəlif xəstəliyi olan gənclərin milllət vəkilləri tərəfindən tanınması və onlara dəstək olduqlarının mən də şahidi olmuşam. Bu yolda saf ürəklə gənclərimizə dəstək olmağınızı alqışlayıram və sizə bu yolda yorulmadan daha da irəli getməyinizi arzu edirem

***
İradə Əlili
AMEA dissertant AYB üzvü
Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyinin sədri


Azərbaycanda belə layihənin varlığı bizi sevindirir. Çünki maarifləndirici çıxışlar, istedadlı gənclərlə ziyalların görüşünün təşkili, vaxtlarının səmərəli keçirilməsi üçün görülən işlər alqışalayiqdir. Gənclərə vətən sevgisi, dostluğu, mərhəməti aşılamaq gözəl işdir. Biz gənclərimizlə qürur duyuruq. Layihənizin iki yaşını təbrik edir, böyük uöurlar diləyirik

***
Aidə Bəndəliyeva
Azərbaycan Tibb Universitetində  Baş müəllim 

Bu gün Müstəqil Azərbaycanımızın daim inkişaf etməsi yolunda hər bir ziyalımızın əməli fəaliyyətində əldə etdiyi yeni- yeni nailiyyətlər, cəmiyyətimiz və dövlətimiz üçün bir tövhədir. Bu mənada “ Sizi tanıyaq” lahiyəsinin müəllif və icraçılarının iki ildəki fəaliyyəti son dərəcə təqdirəlayiqdir. Yeni gənc, yeniyetmə istedadların tapılması, bacarıqlı və yetənəkli şəxslərlə aparılan işlər onların fəaliyyətinin inkişafına və gələcəkdə tanınmasına ən böyük dəstəkdir. Bu cür bacarıqlı yeniyetmələr xalqın qiymətli potensialıdır. Onları tanımaq və tanıtmaq kimi gözəl bir missiyanı yerinə yetirən “ Sizi tanıyaq” layihəsinin 2 yaşı tamam olur. Bu münasibətlə səmimi təbriklərimi bildirir, yeni- yeni uğurlar arzu edirəm!




***


















 

Xəbər lenti