.

2020-ci ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində əhaliyə 11 milyard 516,1 milyon manatlıq, o cümlədən 6 milyard 169,7 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5 milyard 346,4 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Asiya.Ws xəbər verir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə ticarət sektorunda da xüsusi iş rejiminin tətbiqi bu sahədə, xüsusilə qeyri-ərzaq mallarının satışı sahəsində işgüzar fəallığı zəiflətmiş və cari ilin aprel ayında mart ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi 33,1 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 38,6 faiz azalıb.
Ümumilikdə, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-aprel aylarında ticarət dövriyyəsi 1,9 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 6,5 faiz azalmış, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 2,6 faiz artmışdır. Elektron ticarət dövriyyəsi ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 1,6 dəfə cox olmuşdur.
2020-ci ilin yanvar-aprel aylarında istehlak məhsullarının dəyər ifadəsində 23,9 faizi ticarət müəssisələri, 48,3 faizi fərdi sahibkarlar tərəfindən, 27,8 faizi isə bazar və yarmarkalarda satılıb. 2019-cu ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 17,5 faiz artıb, fərdi sahibkarlar üzrə 1,2 faiz, bazar və yarmarkalarda isə 15,1 faiz azalıb.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 289,1 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 1,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 154,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 134,2 manatlıq qeyri-ərzaq malları alıb.
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 53,6 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 14,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 5,1 faizi elektrik malları və mebellərin, 1,8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 19,4 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
18 May 2020 Koronavirusun Azərbaycanda ticarət dövriyəsinə təsiri açıqlandı - RƏSMİ
07 May 2020 Baş bankirin xəbərdarlığı: Bu banklar bağlanacaq
06 May 2020 Banklar kredit borcu olanlara güzəşt edəcək? - VİDEO
27 Aprel 2020 Neftin qiyməti 40 dollara qalxacaq - OPEC
13 Aprel 2020 Energetika Nazirliyi “OPEC plus” ölkələri nazirlərinin qərarını yüksək qiymətləndirir
03 Aprel 2020 Azərbaycan neftinin qiyməti 22% yüksəldi
18 Mart 2020 Energetika Nazirliyinin “Çağrı mərkəzi” və “Qaynar xətti” Novruz bayramında fasiləsiz xidmət göstərəcək
16 Mart 2020 Faiz dərəcəsi ciddi şəkildə endirildi - Dollarla bağlı yeni xəbər
12 Mart 2020 Baş Nazir iqtisadi müşavirə keçirdi
09 Mart 2020 Neftin qiyməti düşür, manat ucuzlaşa bilər
27 Fevral 2020 Energetika naziri ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri ilə görüşüb
14 Fevral 2020 Macarıstanda Azərbaycanla enerji sahəsində əməkdaşlıq müzakirə edilib
12 Fevral 2020 Əlverişsiz hava kənd təsərrüfatına ziyan vuracaq- Mütəxəssislər narahatdır
31 Yanvar 2020 Valyuta ehtiyatlarının həcmi AÇIQLANDI
24 Yanvar 2020 Energetika naziri Siyəzəndə, nazir müavinləri Qobustan və Cəlilabadda vətəndaşları qəbul edib
13 Yanvar 2020 Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclası keçiriləcək
11 Yanvar 2020 Dekabr ayında gündəlik neft hasilatı 771 min barrel olub
10 Yanvar 2020 “ACWA Power” və “Masdar” şirkətləri ilə bərpa olunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı İcra müqavilələri imzalanıb
03 Yanvar 2020 Neftin qiymətinin artması geosiyasi gərginlik yarada bilər
25 Dekabr 2019 Dolların məzənnəsi sabit qaldı
14 Dekabr 2019 Azərbaycan nefti bahalaşdı –Qiymət
12 Dekabr 2019 Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi üzrə Komissiyanın ilk iclası keçirilib
10 Dekabr 2019 Energetika naziri Yevlax şəhərində vətəndaşları qəbul edib
06 Dekabr 2019 Azərbaycan gündəlik neft hasilatını daha 7 min barrel azaldacaq
03 Dekabr 2019 Ekspert: TANAP Azərbaycan qazının rəqabətqabiliyyətliliyini artıracaq
25 Noyabr 2019 Energetika naziri Yevlax şəhərində vətəndaşları qəbul edəcək
23 Noyabr 2019 Energetika naziri Ağ Evin Milli Təhlükəsizlik Şurasının Beynəlxalq İqtisadiyyat, Enerji və İqlim üzrə Baş direktoru ilə görüşüb
23 Noyabr 2019 Azərbaycanda qızıl və gümüş ucuzlaşıb –Cədvəl
22 Noyabr 2019 Energetika nazirinin müavinləri Mingəçevir və Bərdə şəhərlərində vətəndaşları qəbul edib
13 Noyabr 2019 Azərbaycanda oktyabr ayı üzrə gündəlik neft hasilatı 718 min barrel olub

Xəbər lenti