.

Sizi Tanıyaq layihəsi olaraq zamanla istedadlı gəncləri tanıyır və tanıdırıq. Bu dəfə isə istedadlı gənc yazar, üç kitab müəllifi Sevindik Nəsiboğlunun başlatdığı nümunəvi addımı dəstəkləmək və alqışlamaq üçün onun səsinə səs verən dostlarını tanıtmaq istədik. Bəli, yazarın bütün yazılarında vətənpərvərlik ruhu duyulur, elə əməllərində də. Karantin müddətində sosial şəbəkə üzərindən onlarla yaşıdları vətənpərvərlik çağırışına səs verdi. Bu barədə gənc yazarın fikirlərini və keçirdiyi qürur hissini bölüşürük:

"Mən həmişə vətənpərvər olmuşam, oluram və olacağam! Həmişə də istəyirəm ki, yaşıdlarımı bir yerə yığıb onlara vətənpərvərlik ruhunu aşılayım. Bunu özüm üçün ən müqəddəs borc bilirəm. Bu məqsədlə kompaniyaya başlayarkən həmyaşıdlarımda bu hisslərin olmasına bir az tərəddüd edirdim. Elə bilirdim ki, yaşıdlarımın çoxu öz uşaqlıq dövrünü yaşayır və uşaqlıq əyləncələri ilə əylənirlər. Lakin bu kompaniyadan sonra yanıldığımın fərqinə vardım. Bu kompaniyadakı yeniyetmələr mənim vətənpərvərlik çağırışıma toplandılar. Onlar Sevindiklə bərabər vətənini sevirlər. Bu zamanda məni fikrimdən yanıltmağı bacardılar və mən bu qənaətə gəldim: ”Biz Birlikdə Güclüyük və Allahdan başqa heç bir varlıq bizim gücümüzü əksildə bilməz.”
Bir müddət əvvəl #evdəqalvətənpərvərliyinigöstər həştəq altında video paylaşdım. Həmin videoda az da olsa öz vətənimə, vətəndaşlarımıza olan istəyimi və vətənpərvərliyimi göstərdim, bütün yaşıdlarımı bu heşteq altında video paylaşmağa səslədim. Birlik paylaşdıqca artarmış. Artdı da. Bu günə qədər #evdəqalvətənpərvərliyinigöstər həştəqi altında bu yaşıdlarım video paylaşıb:
1.Bakı Avropa Liseyinin 5 - ci sinif şagirdi Ağa Şeydayev 2. Abşeron rayonu Mehdiabad qəsəbəsi 4 nömrəli tam orta məktəbin 9b sinif şagirdi Ayxan Əhmədov. 3. Ağdam şəhər 35 saylı orta məktəbin 7-ci sinif şagirdi Ədilə Əliyeva. 4. Bakı şəhər Binəqədi rayonu 314 saylı tam orta məktəbin 7a sınıf şagirdi Alur Cəbrayılzadə. 5.Ağdam şəhər 35 saylı orta məktəbin 7-ci sinif şagirdi Həzrət Əzizli. 6. Naxçıvan MR Şərur Rayon Düdəngə kəndi Asəf Rəhimov Adina orta məktəbin 5b sinif şagirdi Reyhanə Kərimli. 7. Bakı şəhər 123 saylı orta məktəbin 8-ci sinif şagirdi Sevinc Süleymanlı. 8. Sabunçu rayonu 155 saylı orta məktəbin 7-ci sinif şagirdi Cəmilə Heydərova. 9. Baki şəhər Binəqədi Rayon 182 sayli tam orta məktəbin 4c sinif şagirdi Ruhanə Əliyeva 10. Laçın rayonu 6 saylı orta məktəbin 6-cı sinif şagirdi Ələkbər İsgəndərov. 11. Ağdam rayonu Qasımbəyli qəsəbə tam orta məktəbinin 4-cü sinif şagirdi Fatimeyizəhra Cəfərova. 12. Azərbaycanımızı qardaş Türkiyədə təmsil edən Qalatasaray Futbol Akademiyasının oyunçusu 9 yaşlı Kənan Həsənov. 13. Xocavənd rayonu Salakətin kənd orta məktəbinin 3-cü sinif şagirdi İradə Zeynalova. 14. Qazax rayonu Səməd Vurğun adına 2 saylı orta məktəbin 1-ci sinif şagirdi Firəngiz Məmmədova. 15. Masazır qəsəbəsi 2 saylı tam orta məktəbin 4c sinif şagirdi Gülay Əliyeva. 16. Qəbələ şəhər 5 saylı orta məktəbin 1b sinif şagirdləri:Zəhra Həsənova, Qərib Əhmədov, Nurgül Rəfiyeva,Dəniz Mahmudova. 17.Bakı şəhər Sabunçu rayonu Eynulla Ağayev adına 198 saylı tam orta məktəbin 3a sinif şagirdi Məmmədli Şükriyyə 18.Bakı şəhəri Binəqədi rayonu 314 saylı tam orta məktəbin 3ç sinif şagirdi Mehdizadə Məhəmməd.
Vətənpərvərliyini göstərənlərə üz tutub təşəkkürümü və minnətdarlığımı bildirirəm. Onlar əsl Vətənpərvərdirlər və mən onlarla fəxr edirəm! Qoşulmayan yaşıdlarımı da bu heşteq altında video paylaşmağa dəvət edirəm! Qoy Ana vətənimiz AZƏRBAYCAN da öz övladlarını tanısın və öz övladları ilə fəxr edib desin: “Nə qədər ki Biz Birlikdə Güclüyük, onda Mən də Varam!"
Asiya.ws



Xəbər lenti