.
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX)  Dövlət Sərhəd Xidmətində (DSX) keçirdiyi əməliyyat nəticəsində saxlanılan vəzifəli şəxslərin adları müəyyənləşib.

DTX-dən daxil olan məlumata görə, keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, 2013-cü ildən 2020-ci ilin fevral ayınadək DSX Sahil Mühafizəsinin rəisi vəzifəsində xidmət etmiş general-leytenant Nağıyev Əfqan Vəli oğlu və onun tabeliyində olan DSX Sahil Mühafizəsinin vəzifəli şəxsləri - polkovnik Pənahov Nemət Hacı oğlu, polkovnik-leytenant Vəliyev Elçin Vaqif oğlu, polkovnik Əzizov Samiq Yusif oğlu, polkovnik-leytenant Muradov Sakit Yusif oğlu, mayor Namazov Müzəffər Qafil oğlu və digərləri qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən istifadə edərək Xəzər dənizində balıq ovunun aparılmasına və dənizə balıq ovu ilə bağlı sərbəst çıxışlarına şərait yaradılması üçün bu fəaliyyətlə məşğul olan çoxsaylı Azərbaycan Respublikası vətəndaşlarından müxtəlif məbləğlərdə pulu rüşvət qismində istəməklə alıblar. İstintaq zamanı müəyyən edilib ki, qeyd olunan vəzifəli şəxslər tərəfindən vətəndaşlardan rüşvət qismində tələb edərək alınmış külli miqdarda pul vəsaitləri hər ayın sonunda Əfqan Nağıyevə onun xidməti otağında təqdim edilib, Əfqan Nağıyev isə qrupun digər üzvləri arasında bölüşdürülməsi məqsədilə həmin yığılan pul vəsaitinin müəyyən faizini onlara geri qaytarıb.
Məhkəmə qərarları əsasında DSX-nin adıçəkilən vəzifəli şəxslərinin xidməti otaqlarına və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı onların qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.
 
26 May 2020 Mən qarğa deyiləm, Səməd qağa! – Deputata etiraz
26 May 2020 Qənirə Paşayevanın təşəbbüsü ilə SOCAR şirkəti tərəfindən 150-dən artıq Qarabağ müharibəsi əlili və veteranına Ramazan bayramı sovqatı verilib.
26 May 2020 Spiker və müavinlərinin rəsmi maaşı ilə bağlı - Açıqlama
26 May 2020 Türkün türk yurduna köçü erməniləri təşvişə salıb: Düşmən gələcək planlarını ifşa edir...
26 May 2020 ÜST Azərbaycanda karantin rejiminin yumşaldılmasına münasibət bildirdi
26 May 2020 Koronavirusla bağlı son STATİSTİKA
25 May 2020 Qənirə Paşayeva Xalq artisti Ramiz Novruzov ilə görüşüb.
25 May 2020 Azərbaycanda bu icra başçısı karantinə alındı
25 May 2020 Ay tutulacaq
25 May 2020 Ərdoğan İlham Əliyevə zəng etdi
24 May 2020 ABŞ yeni lazer silahı ilə PUA-nı vurdu - Video
24 May 2020 Gürcüstandan Ermənistana növbəti cavab: “Xoşunuza gəlmirsə, alternativ yollardan istifadə edin”
24 May 2020 Birdəfəlik 60 manat pul veriləcək — Baş Nazirdən MÜHÜM QƏRAR
24 May 2020 FHN: Bakıda güclü küləklə əlaqədar xilasetmə və təhlükəsizlik əməliyyatları keçirilib
23 May 2020 SON DƏQİQƏ: ATV telekanalının binası nəzarətə götürüldü - VİDEO
23 May 2020 Bakıda bərbad vəziyyətdə olan kitabxana binası ilə bağlı RƏSMİ AÇIQLAMA - FOTO
23 May 2020 Naxçıvanın yeni Baş Naziri məlum oldu
22 May 2020 Çingiz Mustafayevin mübarizəsi və yaxud bəşəriyyətin terrordan xilası üçün xəbərdarlıq
22 May 2020 Operativ Qərargahdan hərbi çağırışla bağlı AÇIQLAMA
22 May 2020 Q.Paşayeva son 8 gündə 200-dən çox seçicisi ilə online şəkildə görüntülü danışıb
22 May 2020 Ölkədə ticarət mərkəzlərinin açılması barədə RƏSMİ AÇIQLAMA
22 May 2020 İyunun 1-dən restoranlarda 18:00 limiti ləğv oluna bilər
22 May 2020 Topu olmayan Bayramın "topdağıtmaz" sərvəti (SİYAHI)
22 May 2020 Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində yüksək ixtisaslı mütəxəssislər fəaliyyət göstərir.
22 May 2020 DSX-nin həbs edilən vəzifəliləri açıqlandı - Adlar
21 May 2020 190 manatla bağlı banklardan kart ala bilməyənlərin DİQQƏTİNƏ: Bu tarixədək…
21 May 2020 Qənirə Paşayeva: Radikal müxalifət üçün ön planda xalqın maraqları deyil, dəstək aldıqları xarici güclərin maraqlarıdır
21 May 2020 Prezident Ağstafaya icra başçısı təyin etdi – SƏRƏNCAM
21 May 2020 Vilyam Hacıyevin yerinə təyinat
21 May 2020 Hava Hücumundan Müdafiə bölmələri mövqelərini tutublar - VİDEO

Xəbər lenti