.


Biz fəxr edirik ki, azadlıq yolunda özünü qurban etmiş şəhidlərimiz var, onların qəhrəmanlığı, onların ruhu bizim qəlbimizdə daim yaşayacaqdır!
Ümummilli Lider Heydər Əliyev


Qəhrəmanlar öz mənafeyini düşünmədən xalqının, dövlətinin və bəşəriyyətin rifahı üçün əlindən gələni edən, bu yolda canından keçməyə hazır olan insanlardır. Peşəsindən asılı olmayaraq hər bir insan qəhrəman ola bilər. Mühüm olan “vətənə və bəşəriyyətə necə faydalı ola bilərəm?” düşüncəsi ilə yaşamaq və fəaliyyət göstərməkdir. Görülən işin nə qədər faydalı olduğunun göstəricisi isə aparılan çalışmanın insan həyatına müsbət təsiri ilə ölçülür. Bu mənada, insanlıq əleyhinə törədilmiş cinayəti ortaya çıxartmaq və dünya ictimaiyyətini aydınlatmaq bəşəriyyət qarşısında dəyərli xidmət sayılır. Milli Qəhrəman Çingiz Mustafayevin fəaliyyətini bu çərçivədə təhlil etdikdə onun ölkəmizə və bəşəriyyətə verdiyi töhfələr daha aydın görünür.

1991-ci ilin noyabr ayından Azərbaycan Dövlət Televiziyasında reportyor kimi fəaliyyət göstərən Çingiz Mustafeyev təkcə Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənmədi. Çingiz Mustafayevin reportajları sayəsində informasiya blokadasında olan Azərbaycan haqqında gerçəklər Amerika və Avropanın aparıcı agentlikləri və televiziyalarına yol tapdı. Daha sonra Çingiz “215 KL” studiyasını yaratdı. Onun reportajları bir qayda olaraq cəbhədən olduğundan, bir çox tamaşaçılar “215 KL” studiyasını məhz müharibədən məlumat verən televiziya kimi qəbul edirdilər.
Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, əsgərlər haqqında xüsusi reportajlar və bütün bunlarla yanaşı, Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar Çingizin fəaliyyətinin əsas hədəfləri idi. Onun Xocalı faciəsi ilə bağlı lentin yaddaşına köçürdüyü kadrlar, sonralar neçə-neçə filmimiz üçün canlı materiala çevrildi və bu gün həmin kadrların yer aldığı filmlər Xocalı soyqırımı haqqında həqiqətləri dünyaya yayır.


Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer alır. Bu faciə həm də əsrlər boyu ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımların daha bir dəhşətli təzahürüdür.


Çingiz Mustafayevin çəkdiyi kadrlar Azərbaycan xalqının başına gələn müsibətlərin dünyaya (Avropa və Amerikanın aparıcı kütləvi informasiya vasitələrində) çatdırılmasında yardımçı oldu, bəşəriyyətin İkinci Dünya müharibəsindən və Holokostdan dərs çıxartmadığını diqqətə çatdırdı və Azərbaycanda beynəlxalq hüquq normalarının kobud şəkildə pozulduğunu əyani olaraq göstərdi. Bu kadrlar sübut edir ki, erməni terroru insanlıq əleyhinə, daha doğrusu bəşəriyyətə qarşı yönəlib. Bu kadrlar Xocalı soyqırımının azərbaycanlılara, türklərə və yaxud müsəlmanlara qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu açıq-aşkar sübut edir.
1991-ci ildə 69 il mövcud olan Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) dağıldı, yerində yeni müstəqil dövlətlər quruldu, ikiqütblü dünya düzəni iflasa uğradı. Postsovet dövrün başlaması ilə yeni fürsət və imkanlar ortaya çıxdı. Tərəqqipərvər bəşəriyyət bu dövrü sülh və əmin-amanlıq dövrü kimi səciyyələndirməyi arzulayırdı. Yeni müstəqillik əldə etmiş respublikalar qısa müddət ərzində əsas beynəlxalq təşkilatlara üzv qəbul edildilər. SSRİ-nin parçalanması prosesi ilə paralel olaraq, dünya dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların gözü önündə, postsovet erasının ilk regional-etnik münaqişələri də alovlanırdı. Reallıqda, sözügedən münaqişələri qısa zamanda və beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həll etmək mümkün idi. Bunun üçün bütün mexanizmlər mövcud idi. Lakin o dövrdə dünyada və regionda aparıcı rol oynayan dövlətlərin maraqlarının toqquşması və ən əsası beynəlxalq hüquq normalarının pozulması nəticəsində, gözlənilənlərin əksinə olaraq postsovet məkanı xaosa doğru sürüklənirdi. Məhz bu dövrdə, Ermənistan Azərbaycana qarşı dövlət terroru siyasətinə yönəldi və dünyanın gözü qarşısında “yeni dövrün” “yeni qanunları”nı şəkilləndirməyə başladı. Eyni zamanda dünyanın aparıcı gücləri erməni terroruna göz yumur, bəzi hallarda isə onu himayə edərək, “yeni dünya nizamı”nın yazılmayan qanunlarını öz maraqları əsasında formalaşdırırdılar. İnsanlıq əleyhinə cinayət sayılan Xocalı soyqırımı məhz bu “yeni dünya nizamı”nın formalaşmasının əvvəlində baş vermişdi. O dönəmdə erməni silahlılarının rəhbəri olan Serj Sarkisyan ingilis jurnalisti Tomas de Vall ilə olan müsahibəsində günahsız insanları kütləvi şəkildə öldürdüklərini açıq şəkildə bildirmişdi. İlk baxışda dünya ictimaiyyətinin bu dəhşətli cinayətə sərt reaksiya verəcəyi və cinayətkarların cəzalandırılacağı gözlənilirdi.
Çox keçməmiş aydın oldu ki, Xocalı faciəsi “yeni dünya nizamı”nın formalaşması üçün erməni terrorçularının “sınaq – təcrübə töhfəsi” idi. Görünən mənzərə bu idi:
Azərbaycan informasiya blokadasında saxlanılır, insanlar məcburi köçə məruz qalır və etnik təmizləmə aparılırdı.

Çingiz Mustafayev kimi qəhrəman jurnalistlərin beynəlxalq arenaya təqdim etdikləri dəhşətli faktların isə ya üstü örtülürdü, ya da onlar adiləşdirilərək unutdurulmağa çalışılırdı. Çingiz Musatafayev Xocalı faciəsini dünyaya nümayiş etdirərək bəşəriyyəti insanlıq naminə tədbir görməyə çağırırdı. Dünya dövlətləri və beynəlxalq təşkilatlar isə susur və fəaliyyətsiz qalırdı. Bununla, Ermənistanın həyata keçirdiyi terror siyasətinə, irqi ayrı-seçkiliyə, vandalizmə, etnik təmizləməyə, soyqırıma, islamofobiyaya və transmilli cinayətkarlığa beynəlxaq səviyyədə yaşıl işıq yandırılırdı. Məşhur rusiyalı politoloq və hüquqşünas alim Oleq Yuryeviç Kuznetsovun müəllifi olduğu "XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat" kitabında 1990-cı illərdə siyasi karyerasını terrorun üzərində quran şəxslərin Ermənistanı idarə etməyə başladığını qeyd etmişdir. Yəni, Robert Köçəryan və Serj Sarkisyan kimi separatçı silahlı dəstələrin liderləri və Azərbaycanlı əhaliyə qarşı qətllər törədən qatillər beynəlxalq ictimaiyyətin gözü qarşısında nüfuzlu vəzifələrə, hətta dövlət rəhbəri vəzifəsinə seçilirdilər. Dolayısı ilə, insanlıq əleyhinə cinayətlərin Ermənistan vasitəsilə bir pandemiya kimi yayılması üçün əlverişli platforma yaradılırdı.
Dünyada Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymət 1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə verildi.
2008-ci ildə Heydər Əliyev Fondu tərəfindən "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası başladıldı. Bu günə qədər dövlət səviyyəsində aparılan aktiv fəaliyyət nəticəsində Birləşmiş Millətlər Təşkilatına üzv olan doqquz dövlət, həmçinin 57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq TəşkilatıXocalı faciəsini soyqırım kimi tanımışdır. Aydındır ki, dövlətlər beynəlxalq müstəvidə baş verən hadisələrə siyasi qiymət verərkən özlərinin “dövlət maraqları”nı nəzərə alırlar. Lakin elə hadisələr var ki, ona vaxtında və adekvat qiymət verib zəruri tədbirlər görməməyin özü bir cinayət sayılır və bu laqeydlik heç də o dövlətin maraqlarına uyğun olmur. Tarixi təcrübə göstərir ki, qətliamlara və ədalətsizliyə göz yuman dövlətlər bu və ya digər formada onun ağır nəticələri ilə qarşılaşırlar. Məsələn, 1918-ci ildə Birinci Dünya müharibəsi bitdikdən sonra Almaniyada nasional sosializm hərəkatı sürətlə populyarlıq qazanmışdı. O zamankı aparıcı dövlətlər bu gedişata ya məhəl qoymayaraq qabaqlayıcı tədbirlər görməmiş ya da müxtəlif yollarla ona dəstək vermişdilər. Müəyyən müddət keçdikdən sonra Almaniya militarist və işğalçı siyasət həyata keçirməyə başladı. Nəticədə, Almaniya tərəfindən Avropanın böyük bir hissəsi işğal edildi, Holokost soyqırımı ilə bərabər milyonlarla insan öldürüldü.
Əslində, faşist Almaniyasının işğalçılıq siyasəti, eləcə də törətdiyi Holokost soyqırımı ilə Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti və Xocalı soyqırımı arasında paralellik və bənzərlik mövcuddur. Fərq ondadır ki, gec də olsa Almaniyanın dağıdıcı siyasətinə son qoyulmuş, faşizm məğlub edilmiş, insanlıq əleyhinə cinayət törədən alman faşistləri Beynəlxalq Hərbi Tribunala çıxarılmışdılar. Cinayətkar Ermənistana qarşı isə heç bir addım atılmamışdır. Hərçənd Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və törədilən qətliamlar mövcud olan bütün beynəlxalq qanun və normaların, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin, Beynəlxalq Hüquq Prinsiplərinin, ATƏT-in Helsinki Yekun Aktının və Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Digər tərəfdən, təcavüzkar siyasət yürütməsinə baxmayaraq Ermənistanın cəzasız qalması faktı, dünya ictimaiyyətində “beynəlxalq hüquq”un güclü aktorlarının əlində bir “alətə” çevrildiyi təsəvvürü yaradır. Burada diqqəti cəlb edən məqam isə beynəlxalq qanunların və Cenevrə Konvensiyalarının ruhunda var olan humanizm fəlsəfəsinin iflasa uğramasıdır. Bununla bərabər, dünya ictimaiyyəti Ermənistanın təcavüzkar siyasəti və Xocalı faciəsinin acı nümunəsi üzərindən yeni münaqişələrin xarakteristikasını və inkişaf dinamikasını öyrəndi. Belə ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini konseptual mövqedən nəzərdən keçirsək, onun nəzəri əsasının bir çox Avropa ölkələrindəki, o cümlədən keçmiş Yuqoslaviyadakı siyasi münaqişələr (məsələn, Kosovo münaqişəsi) üçün təməl təşkil etdiyini görərik. Dünya Xocalı soyqırımından bir müddət sonra 1994-cü ildə Ruanda Soyqırımı, 1995-ci ildə Bosniya və Herseqovinada Srebrenitsa soyqırımı ilə üzləşmiş və nəhayət, 2001-ci ildə Birləşmiş Ştatlar terror hücumuna məruz qalmışdır. Bununla da, elmi araşdırmalara mövzu təşkil edə biləcək modern konfliktologiya dövrü sayılan “Terrorizmlə Qlobal Müharibə” dövrü başlamışdır.


Beləliklə, Çingiz Mustafayev çəkdiyi kadrlarla dünya ictimaiyyətini Azərbaycan həqiqətləri barədə məlumatlandırmağa yardımçı olan, yeni çağda bəşəriyyəti gözləyən çağırış və fəlakətləri əyani olaraq təqdim edən bir qəhrəmandır. O, öz peşəsi ilə sülh və əmin-amanlığın bərqərar olmasına töhfə verdi və bu yolda şəhid oldu.
Dünya ictimaiyyəti isə Çingiz Mustafayevin təqdim etdiyi Xocalı soyqırımına laqeyd yanaşmaqla daha sonra baş verəcək qətliamlar üçün şərait yaratdı və qlobal terrorizmin yayılması üçün cığır açdı. Digər tərəfdən, Erməni terorrizminin dəst-xətti post-bipolyar dövrdə dünyanın idarə edilməsi “düsturunun” içinə hoparaq dünyada yeni münaqişələrin baş verməsinə imkan vermişdir. Əgər Azərbaycan Respublikasının ədalətli mübarizəsinə vaxtında və beynəlxalq səviyyədə dəstək verilsəydi, yəqin ki, dünya bu gün daha təhlükəsiz və firavan olardı. Buna görə də gəlin bu gün hamımız Azərbaycan Respublikasının apardığı ədalətli mübarizəni birlikdə davam etdirək. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ermənistanın Azərbaycan xalqına qarşı yürütdüyü təcavüzkar siyasəti, onun ağır nəticələrini dünya ictimaiyyətinə çatdıraq və beynəlxalq hüquq normalarına uyğun olaraq Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal altında olan torpaqlarından qeyri-şərtsiz çıxarılmasına nail olaq. Bununla da, qanunların aliliyinin təmin edilməsini bəşəriyyətə nümayiş etdirək və dünyadakı digər bütün münaqişələrin həll olunmasına nümunə göstərək.
 Nicat Məmmədov
26 May 2020 Mən qarğa deyiləm, Səməd qağa! – Deputata etiraz
26 May 2020 Qənirə Paşayevanın təşəbbüsü ilə SOCAR şirkəti tərəfindən 150-dən artıq Qarabağ müharibəsi əlili və veteranına Ramazan bayramı sovqatı verilib.
26 May 2020 Spiker və müavinlərinin rəsmi maaşı ilə bağlı - Açıqlama
26 May 2020 Türkün türk yurduna köçü erməniləri təşvişə salıb: Düşmən gələcək planlarını ifşa edir...
26 May 2020 ÜST Azərbaycanda karantin rejiminin yumşaldılmasına münasibət bildirdi
26 May 2020 Koronavirusla bağlı son STATİSTİKA
25 May 2020 Qənirə Paşayeva Xalq artisti Ramiz Novruzov ilə görüşüb.
25 May 2020 Azərbaycanda bu icra başçısı karantinə alındı
25 May 2020 Ay tutulacaq
25 May 2020 Ərdoğan İlham Əliyevə zəng etdi
24 May 2020 ABŞ yeni lazer silahı ilə PUA-nı vurdu - Video
24 May 2020 Gürcüstandan Ermənistana növbəti cavab: “Xoşunuza gəlmirsə, alternativ yollardan istifadə edin”
24 May 2020 Birdəfəlik 60 manat pul veriləcək — Baş Nazirdən MÜHÜM QƏRAR
24 May 2020 FHN: Bakıda güclü küləklə əlaqədar xilasetmə və təhlükəsizlik əməliyyatları keçirilib
23 May 2020 SON DƏQİQƏ: ATV telekanalının binası nəzarətə götürüldü - VİDEO
23 May 2020 Bakıda bərbad vəziyyətdə olan kitabxana binası ilə bağlı RƏSMİ AÇIQLAMA - FOTO
23 May 2020 Naxçıvanın yeni Baş Naziri məlum oldu
22 May 2020 Çingiz Mustafayevin mübarizəsi və yaxud bəşəriyyətin terrordan xilası üçün xəbərdarlıq
22 May 2020 Operativ Qərargahdan hərbi çağırışla bağlı AÇIQLAMA
22 May 2020 Q.Paşayeva son 8 gündə 200-dən çox seçicisi ilə online şəkildə görüntülü danışıb
22 May 2020 Ölkədə ticarət mərkəzlərinin açılması barədə RƏSMİ AÇIQLAMA
22 May 2020 İyunun 1-dən restoranlarda 18:00 limiti ləğv oluna bilər
22 May 2020 Topu olmayan Bayramın "topdağıtmaz" sərvəti (SİYAHI)
22 May 2020 Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində yüksək ixtisaslı mütəxəssislər fəaliyyət göstərir.
22 May 2020 DSX-nin həbs edilən vəzifəliləri açıqlandı - Adlar
21 May 2020 190 manatla bağlı banklardan kart ala bilməyənlərin DİQQƏTİNƏ: Bu tarixədək…
21 May 2020 Qənirə Paşayeva: Radikal müxalifət üçün ön planda xalqın maraqları deyil, dəstək aldıqları xarici güclərin maraqlarıdır
21 May 2020 Prezident Ağstafaya icra başçısı təyin etdi – SƏRƏNCAM
21 May 2020 Vilyam Hacıyevin yerinə təyinat
21 May 2020 Hava Hücumundan Müdafiə bölmələri mövqelərini tutublar - VİDEO

Xəbər lenti