.

Bu gün Azərbaycanın milli bayramı - Respublika Günü qeyd olunur.

28 May 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür. 
Sizi Tanıyaq Layihəsinin bir qrup iştirakçıları bayram münasibətilə xalqımızı təbrik etdi. Məlum xəstəliklə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə üzrə bütün kütləvi tədbirlər təxirə salındığı üçün layihəmizin iştirakçıları təbriklərini ev şəraitində həvəskar çəkiliş vasitəsilə göndərdilər bizə. İ
stedadlı, vətənpərvər gənclərimiz və əziz məktəbli dostlarımızla bir daha qürur duyduq.
Müstqilliyimiz əbədi olsun, bayrağımız daima yüksəlsin.Bayramınız mübarək!
Asiya.ws

Xəbər lenti