.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan Ordusunun şəxsi heyətinin xidməti, sosial-məişət şəraitinin yaxşılaşdırılması, sağlamlığının qorunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, hərbi hissələrin maddi-texniki bazası gücləndirilir, müasir standartlara cavab verən hərbi infrastruktur yaradılır.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi tibb müəssisələrində həyata keçirilən tikinti-quruculuq işlərinin davamı kimi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının üçüncü müalicə korpusunun açılış mərasimi keçirilib.Asiya.ws xəbər verir ki,tədbirdə iştirak edən Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti istifadəyə verilən müalicə korpusunda yaradılan şəraitlə tanış olublar.

Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev Müdafiə nazirinə məruzə edib ki, üç mərtəbədən və bir zirzəmidən ibarət müalicə korpusunun ümumi sahəsi 4 000 kvadratmetrdir.

Burada stomatoloji və oftalmoloji kabinetlər, manipulyasiya, qan götürmə, reanimasiya, növbətçi həkim, oksigen, dezinfeksiya, sterilizasiya, eləcə də digər xidməti və inzibati otaqlar, laboratoriya, yeməkxana, qazanxana, camaşırxana və müalicə alanların reabilitasiyası üçün nəzərdə tutulmuş idman zalı mövcuddur.

Bildirilib ki, dünyanın qabaqcıl ölkələrində istehsal olunan tibbi avadanlıqlarla təchiz edilən şöbədə hərbi qulluqçuların müalicəsi üçün hər cür şərait yaradılıb.

Müalicə korpusunda yaradılan şəraitlə tanış olduqdan sonra Müdafiə naziri Tibb Baş İdarəsinin rəhbərliyi qarşısında tibb xidmətinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar qoyub.

15 İyul 2020 İlham Əliyev Nazirlər Kabinetini topladı - YENİLƏNİB + CANLI YAYIM
15 İyul 2020 Şəhidlər Xiyabanı qarşısında toplaşan şəxslərdən bəziləri saxlanıldı, cinayət işi başlanıldı
15 İyul 2020 Düşmənin növbəti hərbi obyekti darmadağın edildi - VİDEO
14 İyul 2020 “Azərbaycan əsgəri işğalçını son yuvasına qədər qovaraq lazımi dərsini verəcək“ - Səfər Əbiyev
14 İyul 2020 MN məlumat yaydı- Şiddətli döyüşlər gedir
14 İyul 2020 General və polkovnik şəhid oldu: 100 erməni məhv edildi - Təcili
14 İyul 2020 Sahibkarlıq subyektlərinin 42%-i karantin qaydalarına əməl etməyib
13 İyul 2020 Erməni tərəfi Azərbaycanın heç bir texnikasını vurmayıb - RƏSMİ
13 İyul 2020 İlham Əliyev Tovuzdakı döyüşdən danışdı - Video
13 İyul 2020 “Azərbaycanın yanındayıq” - Türkiyə XİN
12 İyul 2020 İtki verən düşmən geri otuzdurulub, şəhidlərimiz var - Rəsmi
12 İyul 2020 Bakıda mobil polis postları qurulub, küçələrdə nəzarət gücləndirilib
11 İyul 2020 Baş nazir təhsillə bağlı qərar verdi
11 İyul 2020 Prezidentdən Cahangir Əsgərovla bağlı - Sərəncam
10 İyul 2020 190 manatı ala bilməyənlərin Nəzərinə! Proses başa çatdırıldı.
09 İyul 2020 Prezident işarə etdi: danışıqlar bitə bilər - Video
09 İyul 2020 Müdafiə nazirinin yeni müavini kimdir?
09 İyul 2020 Döyüş ruhu, qələbə əzmi və sağlam mənəvi-psixoloji mühitlə də silahlanan qüdrətli Azərbaycan Ordusu
06 İyul 2020 DTX XİN-dəki əməliyyatın detallarını açıqladı
05 İyul 2020 ....Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoymaq lazımdır:
04 İyul 2020 DTX-nin XİN-də əməliyyatı nəticəsində saxlanılan vəzifəli şəxslərlə bağlı SENSASİON FAKT
30 İyun 2020 Milli mətbuatın 145 illik yubileyi keçiriləcək - Prezident Sərəncam imzaladı
25 İyun 2020 Əli Əsədovdan xüsusi karantin rejimi ilə bağlı YENİ QƏRAR
25 İyun 2020 “Sabah daha çox adam yoluxarsa, bunları biz harada yerləşdirəcəyik?”
19 İyun 2020 Əhməd Əhmədzadənin kürəkəni koronavirusa yoluxdu
17 İyun 2020 KİVDF-də baş verən pozuntularla bağlı cinayət işi başlanıldı
11 İyun 2020 Müdafiə Nazirliyi: “Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən yolları nəzarətə götürmüşük”
10 İyun 2020 Palata Vüqar Səfərlinin dövrü ilə bağlı Baş Prokurorluğa müraciət etdi
09 İyun 2020 Təhsil naziri əmr imzaladı
05 İyun 2020 Yunanıstan açıqladı: Türkiyə ilə savaşa hazırıq

Xəbər lenti