Erməni tərəfi Azərbaycanın heç bir texnikasını vurmayıb - RƏSMİ
İlham Əliyev Tovuzdakı döyüşdən danışdı - Video
“Azərbaycanın yanındayıq” - Türkiyə XİN
İtki verən düşmən geri otuzdurulub, şəhidlərimiz var - Rəsmi
Bakıda mobil polis postları qurulub, küçələrdə nəzarət gücləndirilib
Baş nazir təhsillə bağlı qərar verdi
Prezidentdən Cahangir Əsgərovla bağlı - Sərəncam
190 manatı ala bilməyənlərin Nəzərinə! Proses başa çatdırıldı.
Prezident işarə etdi: danışıqlar bitə bilər - Video
Müdafiə nazirinin yeni müavini kimdir?
Döyüş ruhu, qələbə əzmi və sağlam mənəvi-psixoloji mühitlə də silahlanan qüdrətli Azərbaycan Ordusu
DTX XİN-dəki əməliyyatın detallarını açıqladı
....Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoymaq lazımdır:
DTX-nin XİN-də əməliyyatı nəticəsində saxlanılan vəzifəli şəxslərlə bağlı SENSASİON FAKT
Milli mətbuatın 145 illik yubileyi keçiriləcək - Prezident Sərəncam imzaladı

Ordu

Region

Aktual

Video

Foto

Eksklüziv

Müsahibə

Ədəbiyyat

Köşə

Facebook

.

Şirkət və restoranlar kuryer xidməti göstərən işçilərini göz görə-görə istismar edirlər. Bu, sifarişi ünvana çatdıran işçini ölümə göndərməkdir, onun qayda pozmasına göz yummaqdır.

Bu sözləri Axar.az-a yol-nəqliyyat eksperti Elməddin Muradlı son günlər baş verən kuryer qəzaları ilə bağlı danışarkən deyib.
E.Muradlı bildirib ki, respublika ərazisində pandemiya ilə əlaqədar elan edilmiş karantin dövründə sifarişlə çatdırılma xidməti daha geniş yayılıb:
“Bu günə qədər sifarişlə işləməyən restoranlar da karantin günlərində bağlı olduğu üçün bu xidmətə başladılar. Bu halda da restoranların köməyinə motosiklet, moped, velosiped sürən gənclər gəlir. Bir çox halda bu xidməti göstərən restoranlar, kafelər bu cür gəncləri öz maraqları və gəlirlərinə görə istismar edirlər. Təsəvvür edin, ötən gün verdiyi açıqlama ilə özünə haqq qazandıran “Dominos Pizza Azərbaycan” şərt qoyur ki, yarım saat ərzində məhsulu çatdırmalısan. Çünki elan verib ki, 30 dəqiqə ərzində məhsul sifarişçiyə çatmasa, ödəniş olmayacaq. Kuryer sifarişi gec çatdıracağı halda şirkət pizzanın pulunu sürücüdən çıxır. Bu halda da pizzanı daşıyan gənc sürət həddini aşmalı olur ki, sifarişi 30 dəqiqə ərzində çatdırsın. Bu, göz görə-görə işçini istismar etməkdir, özbaşınalıqdır”.
E.Muradlı qeyd edib ki, şirkətlər, restoranlar kuryerin yol hərəkəti iştirakçısı olduğunu nəzərə almalıdırlar:
“O, yolda qayda-qanun çərçivəsində hərəkət etməlidir. Kuryer də işıqforda dayanır, piyada keçidlərində hərəkəti aşağı edir, o da tıxaca düşə bilər. Bütün bunlar kuryerin ünvana gec çatmasına səbəb ola bilər ki, bu da ondan asılı olan səbəb deyil”.
Ekspert hesab edir ki, Dövlət Yol Polisi əməkdaşları da bu işə ciddi yanaşmalıdır:
“DYP əməkdaşlarından başqa, Post Patrul Xidməti, Çevik Polis Alayının əməkdaşları da kuryerləri istismar edən şirkətlərlə bağlı ciddi iş aparmalıdır. Həmçinin restoranlarla görüşlər keçirilməlidir ki, kuryerlərlə bu şəkildə davranmasınlar. İşçiyə bu cür münasibət olmamalıdır”.
Bizim üçün hər gün yaşayırsınız" - Sənət adamları da Heydər Əliyevi andı
Nəğməkar şairədən yeni ifa-"Babamın davamçısı"
Bunlar xalqın artistləri oldu
Hadisədən Demetə CAVAB — Guya onun əri var?
TANINMIŞ PRODÜSER MİNARƏ ƏSKƏROVA 40 İLLİK YUBİLEYİNİ İTV AILƏSİNDƏ DOSTLARI İLƏ BİRGƏ KEÇİRTDİ

Xəbər lenti