.

MM-nın Mədəniyyət Komitəsinin sədri Q. Paşayeva TADİV-in təşkilatçılığı ilə keçirilən konfransda qədim Azərbaycan-türk yurdu İrəvanın mədəniyyət tarixi ilə bağlı geniş məruzə ilə çıxış edib.

AFİA.AZ xəbər verir ki, Millət vəkili, Mədəniyyət Komitəsinin sədri, siyasi elmlər doktoru Qənirə Paşayeva bu gün TADİV (Türkiyə-Azərbaycan Dostluq, İşbirliyi və Dayanışma Vəqfi) başqanı, qardaş Türkiyədə yaşayan tanınmış Azərbaycanlı alim Aygün Attarın təşkilatçılığı ilə keçirilən virtual konfrasda, qədim Azərbaycan-türk yurdu İrəvanın mədəniyyət tarixi ilə bağlı məruzə ilə çıxış edib. TADİV-in sosial media hesabları üzərindən canlı yayınlanan, ana mövzusu “İrəvan xanlığı torpaqlarının Ermənistana dönüşdürülməsinin 102-ci ildönümü” olan konfransda, xanım Attar və xanım Paşayeva ilə yanaşı, Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, TBMM üzvü Xəlil Özşavlı, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dekanı, prof.dr. Elçin Əhmədov, Dünya Axıska Türkləri Birliyi Avropa təmsilçisi Burxan Özkoşar (Fransa), Türk-Amerikan Güvənlik Vəqfi başqanı Fatih Özonur (ABŞ) çıxış edib, mövzu üzrə fikirlərini bölüşüb.
Komitə sədri öz məruzəsində, tarixdəki ilk erməni dövləti qurularkən – 102 il öncənin mürəkkəb geosiyasi vəziyyətində məcburən ermənilərə paytaxt olaraq güzəşt edilən İrəvanın, bu gün sülhə, qarşılıqlı anlaşmaya, birgə yaşayışa deyil, işğalçılığa, terrora xidmət edən bir şəhər durumuna gəldiyini acı təəssüflə bildirib.
– “Belə bir vəziyyət, 102 il öncə, Ermənistanın, erməni qurum və qurluşlarının bir daha Azərbaycandan torpaq iddiasında bulunmayacağı şərtini də ehtiva etsə belə, hüquq, qayda-qanun tanımayan Ermənistan dövləti öz öhdəliyini “unudaraq”, hətta, yeni ərazilərin işğalını həyata keçirdi. Əlbəttə, bu, işğallar 102 il öncə olduğu kimi, yenə böyük havadarlarının sayəsində mümkün olmuşdur və bütün digər ağır nəticələrlə birgə maddi mədəniyyət abidələrimizə də təsirsiz ötüşməmişdir.

Ermənilər çağdaş dünyada bəlkə də yeganə xalqdır ki, işğal etdiyi ərazilərdə yerli əhalini ya qətl edir, əsir alır ya da məcburi köçkün salır; eləcə də, maddi mədəniyyət abidələrini özününküləşdirir, dəyişdirir, yaxud sıradan çıxarır. Tarixi İrəvan xanlığının mərkəzi olan şəhərimiz də bu mənada istisna təşkil etmir. İrəvandakı saysız-hesabsız abidələrimizdən bu günə öz adı və əski görkəmi ilə, demək olar, çox az şey qalıb.”

Komitə sədri mövzu üzrə tarixi faktları, görülməsi vacib məsələləri diqqətə çatdırdıqdan sonra, suallara da cavab verib. O, qardaş ölkələrin bir sıra ortaq problemlər içində olduğunu, o cümlədən beynəlxalq erməni diaspora və lobbi güclərinin anti-türk təbliğatı ilə uzun illərdir üz-üzə qaldığını xatırladıb – “özü ən yeni tarixdə soyqırım törətmiş bir dövlət, xalq, əssasız soyqırım iddialarını 100 ildən artıqdır ki, usanmadan təbliğ edir, filmləşdirir, kitablaşdırır, abidələşdirir… Biz indi İrəvanda qalmış mədəni irsimizin sıradan çıxarılmasından, özgələşdiririlməsindən danışırıq, ancaq etiraf edək ki, işğalçılar qədər mütəşəkkil qaydada iş aparmırıq. Məncə, daha güclü iş aparmağımız üçün imkanlarımız yetərincədir. – Dövlət dəstəyi, siyasi iradə var; mövqeyimiz haqlıdır; düşmənlə anladığı dildə, ən azı öz üslubunda danışmaq ehtiyacı mövcuddur və mübarizə aparmaqçün vətənpərvər və intellektual gənclərimiz var. Demək, görülmüş işləri gözardı etmədən, mübarizədə yeni fəsil açmalıyıq”.

Arzu edənlər bu linkdən izləyə bilərlər.
https://www.facebook.com/tadiv1997/videos/175727540526730/?vh=e
15 İyul 2020 Magistrların onlayn qeydiyyat müddəti uzadıldı
15 İyul 2020 Milli Məclis Aparatından gecəki hadisələrlə bağlı - Açıqlama
15 İyul 2020 DİN-dən vətəndaşlara çağırış: “Toplaşmalardan çəkinin”
14 İyul 2020 Ermənilər qaçır: polis qabağını ala bilmir - Video
14 İyul 2020 Vətəndaşlara səfərbərlik çağırışı SMS-i... - Video
14 İyul 2020 Politoloq: “Nikol Paşinyanı Serj Sarqsyanın taleyi gözləyir”
14 İyul 2020 General Natiq Əliyev: "Ali Baş Komandanın əmrindəyik və döyüşə atılmağa hazırıq..."
14 İyul 2020 Pakistan Azərbaycana başsağlığı verdi - BƏYANAT
14 İyul 2020 Prezidentin köməkçisi beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞ ETDİ (VİDEO)
13 İyul 2020 " Düşmən özü törətdiyi təxribatın cavabını aldı, cəzasını çəkdi!"-Qənirə Paşayeva
13 İyul 2020 Gorançaydan güclü sel keçdi - Faktiki hava
13 İyul 2020 Bərpa olunan enerji sahəsinin inkişafı birinci yarımildə prioritet olub
13 İyul 2020 “Nar” və TƏBİB “Günün Qəhrəmanları” müsabiqəsinə start verir
13 İyul 2020 Daha 547 nəfər sağaldı, 7 nəfər vəfat etdi
13 İyul 2020 Ermənistan Naxçıvan istiqamətində də atəşkəsi pozub
12 İyul 2020 Cəbhədəki vəziyyətlə bağlı - Prezident köməkçisindən açıqlama
12 İyul 2020 "Belarus xalqı heç kimin qabağında diz çökməyib"
12 İyul 2020 "Pandemiyanın suallar dolu qlobal problemin müzakirəsi ilə BMT niyə məşğul olmur..?"-Qənirə Paşayeva
12 İyul 2020 "İyulun 18-dək daşqın və sel olacağı ehtimalı var" - Xəbərdarlıq
12 İyul 2020 Şah İsmayıl Xətaini söyənlərə Vahid Aslandan qısa cavab
12 İyul 2020 Q.Paşayeva son 1 həftədə 300-dən çox seçicisi ilə online şəkildə görüntülü danışıb
11 İyul 2020 Deputatdan İCTİMAİ NƏQLİYYATIN yükünün azaldılması ilə bağlı təklif
10 İyul 2020 Həbs edilən Konsulluq idarəsinin rəisi Cahangir Əsgərovun bacısı oğludur
10 İyul 2020 Müəllimlərin işə qəbulu başlayır - Bakıya gəlməyə ehtiyac yoxdur
10 İyul 2020 Bakıda yenidən karantin postları QURULDU
10 İyul 2020 Ərdoğanın müşaviri: Rus kəşfiyyatı deyirdi ki, ermənilər...
10 İyul 2020 Pandemiyadan zərər çəkən sahibkarlarla bağlı Baş Nazirdən yeni qərar
09 İyul 2020 Uçurumun qaşqasında dayananlar
09 İyul 2020 Qənirə Paşayeva Azərbaycan Prezidentinin yerli TV-lərə verdiyi yeni müsahibədə işğalçı Ermənistanla bağlı toxunduğu mühüm məqamlardan yazdı.
09 İyul 2020 DTX-nin tutduğu XİN vəzifəliləri barədə qərar verildi

Xəbər lenti