.

Dünən saat 19 radələrində paytaxtın Səbail rayonu ərazisindəki “Fəvvarələr meydanı”nda xüsusi karantin rejimi qaydalarına zidd olaraq, “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar qısamüddətli fləşmob keçirilməsinə cəhd edilib.

Bakı şəhər Baş Polis İdarəsindən  verilən məlumata görə, əhalinin sıx olduğu ictimai yerdə sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan bu cəhdin qarşısı Bakı Şəhər Baş Polis İdarəsinin və Bakı şəhər İcra Hakimiyyətinin aidiyyəti əməkdaşları tərəfindən alınıb, tamaşaçı qismində oraya toplaşmış insanlar ərazidən uzaqlaşdırılıb və əhalinin sərbəst hərəkəti təmin olunub.
Aparılan müvafiq araşdırmalardan sonra qısamüddətli tədbirin təşkilatçısı Əkbər Rəhmanov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, oraya toplaşmaqla xüsusi karantin rejiminin tələblərini pozan 50 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən müvafiq tədbirlər görülüb.
Bir daha bildiririk ki, pandemiya dövründə COVID-19 virusu ilə mübarizə uzunmüddətli proses olduğundan xəstəliyə qarşı qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməli, hazırkı vəziyyətdə hər kəs şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməlidir. Nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə edilməli, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsi saxlanılmalıdır.
Qafqazinfo
 
15 İyul 2020 Tovuzda jurnalist və deputatların olduğu ərazi atəşə tutuldu
15 İyul 2020 Daha 559 nəfər koronavirusa yoluxdu, 7 nəfər vəfat etdi
15 İyul 2020 Daha bir həkim koronavirusdan vəfat etdi - Foto
15 İyul 2020 Qənirə Paşayeva Tovuzda xəsarət aldı - VİDEO
14 İyul 2020 2 yaşlı uşaq evin balkonundan yıxılıb öldü - Bakıda FACİƏ
14 İyul 2020 Goranboyda yol qəzası nəticəsində 3 nəfər öldü, 4 nəfər isə...
14 İyul 2020 Bu icranın bütün işçiləri karantinə alındı
13 İyul 2020 Bakıda 6 yaşlı uşağı it dişlədi
13 İyul 2020 Bakıda sexdə YANĞIN - Xəsarət alan var
12 İyul 2020 Azərbaycanda daha 520 nəfər koronaya yoluxdu, 8 nəfər vəfat etdi
12 İyul 2020 Nəzakət Teymurova koronavirusa yoluxdu
12 İyul 2020 Saatlıda qatar avtomobili vurdu – üç nəfər yaralandı
11 İyul 2020 Daha 531 yoluxma qeydə alındı, ölənlər var
10 İyul 2020 Canəli Əkbərovun oğlu vəfat etdi
09 İyul 2020 Virusa yoluxan həkimin vəziyyəti pisləşdi
09 İyul 2020 Sabunçuda avtomobillər toqquşdu, xəsarət alan var
07 İyul 2020 Daha bir həkim koronavirusdan vəfat edib
07 İyul 2020 Kafedra müdiri koronavirusdan vəfat etdi
06 İyul 2020 513 nəfər yoluxdu, 8 nəfər vəfat etdi
06 İyul 2020 Azərbaycanda qatar yük maşını ilə toqquşdu: Sürücünün qolu qopdu - FOTO/VİDEO
06 İyul 2020 Bakıda daha bir güclü YANĞIN - FOTO
05 İyul 2020 Polis polkovniki qəfil dünyasını dəyişdi
05 İyul 2020 Bakıdakı yanğın söndürüldü
05 İyul 2020 Azərbaycanda daha bir həkim koronavirusdan öldü - FOTO
04 İyul 2020 AMEA-nın şöbə müdiri dünyasını dəyişdi
04 İyul 2020 Azərbaycanda daha bir həkim koronadan vəfat etdi
02 İyul 2020 Daha 572 nəfər koronavirusa yoluxdu - 8 nəfər vəfat etdi
02 İyul 2020 Koronavirusun üç yeni simptomu açıqlandı
02 İyul 2020 Lerikdə avtomobil dağdan aşdı: 3 nəfər öldü
01 İyul 2020 37 yaşlı həkim koronavirusdan vəfat etdi

Xəbər lenti