.

Ordumuz torpaqlarımızı düşmən tapdağından azad etməyə tam hazırdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çox aktual fikirlər səsləndirməklə yanaşı Azərbaycan ordu quruculuğundan da bəhs edib.



“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc amili ön plana çıxır, bəzi ölkələr, hətta böyük demokratik ənənələri olan ölkələr də bəzi hallarda beynəlxalq hüquqa məhəl qoymadan öz maraqlarını təmin edirlər. Nəyin hesabına? Gücün hesabına. Ona görə ordu quruculuğu mənim Prezident kimi fəaliyyətimdə həmişə ön plandadır. Bu gün biz elə bir qüdrətli ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik... Dağlıq Qarabağ probleminin həlli tarixi məsələdir və biz bu məsələni birdəfəlik və tam həll etməliyik. Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalıdır.” Göründüyü kimi, Azərbaycan Prezidentinin cavabı qətidir – məsələ yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi şərti ilə tam həllini tapa bilər!


Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə keçirilən son xidməti müşavirədə ölkə başçısının sözlərinə istinad edərək bildirib ki, “Silahlı Qüvvələrin Ali Baş Komandanının bu fikirləri ordunun komandir-rəis heyəti üçün əmrdir və şəxsi heyət torpaqlarımızın azad olunması məqsədilə düşmənə bütün istiqamətlərdə sarsıdıcı zərbələr endirməyə hazır olmalıdır. Düşmən tərəfi anlamalıdır ki, bu dəfə görüləcək tədbirlər 2016-cı ilin aprelindən tam fərqli olacaq, vurulacaq zərər isə ümumilikdə onun siyasi, iqtisadi və hərbi tənəzzülünə gətirib çıxaracaq.”
Müdafiə nazirinin bu açıqlaması qırmızı xətti aşan, uydurma “seçkilər” və “and içmə” mərasimi keçirən işğalçı ölkənin rəhbərliyinə sərt xəbərdarlıqdır.
Nazirinin də qeyd etdiyi kimi Azərbaycan Ordusunun bu dəfə atacağı addımlar işğalçı ölkənin məhvinə səbəb olacaq. Xüsusilə, son illərdə Azərbaycanın ordu quruculuğunda əldə olunmuş nailiyyətlər bunu deməyə əsas verir. Bu gün Azərbaycan Ordusunu möhkəm intizam, vətənpərvərlik, yüksək mənəvi mübarizlik ruhu və döyüş qabiliyyəti səciyyələndirir. Ordumuz ən müasir silah və hərbi texnika ilə təchiz edilib.
Azərbaycan Ordusu tərəfindən keçirilən genişmiqyaslı təlimlər işğalçı ölkəni təşviş içərisində saxlayır. Azərbaycan Ordusunun vahid komandanlıq altında idarə olunması, əsgərinin cəsarəti, müasir texnikalar, güclü və yeni silahlar - bunların hər biri Ermənistan ordusu üzərində tam əminliklə qələbə qazanmağımıza dəlalət edir.
Ordumuz torpaqlarımızı düşmən tapdağından azad etməyə tam hazırdır. Biz yaxın vaxtlarda münaqişə ilə bağlı vəziyyətin sülh yolundan digər məcraya keçəcəyinin şahidi ola bilərik. Düşmənə qarşı irimiqyaslı tədbirlərin görülməsi artıq qaçınılmazdır. Ermənistan tərəfinin təxribat xarakterli bəyanatları ölkəmizi buna vadar edir. Çünki, Ermənistan rəhbərliyi bu cür məsuliyyətsiz hərəkəti ilə Azərbaycan tərəfinə başqa seçim qoymur. Gec-tez nəyin bahasına olursa olsun ədalət bərpa ediləcək. Bütün bunlar Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının həyata keçiridiyi daxili və xarici siyasəti, Azərbaycan Ordusu və xalqımızın qətiyyətli iradəsi nəticəsində baş verəcək.

Analitik Ehtiram Aşırlı
AFİA.AZ
15 İyul 2020 Baş Prokurorluq və DİN aksiya haqda məlumat yaydı
15 İyul 2020 General-mayor Polad Həşimov dəfn olundu
15 İyul 2020 Müdafiə Nazirliyi sosial şəbəkələrdəki xəbərlərlə bağlı məlumat yaydı
14 İyul 2020 Toyuna hazırlaşdıqları Elçini yola salmağa gəldilər... - Foto
14 İyul 2020 Daha 5 şəhidimiz var - Təcili
14 İyul 2020 Dondar Quşçu atəşə tutuldu
13 İyul 2020 Baş əsgər də torpağa tapşırıldı - 7 aylıq övladı var...
13 İyul 2020 Üç övladı şəhid atanı yola saldı... - Foto
13 İyul 2020 Şəhid Xəyyam Daşdəmirov İsmayıllıda dəfn olunub
13 İyul 2020 Düşmən texnikası və qüvvəsi məhv edildi - Video
12 İyul 2020 Bir qrup rusiyalı həkim pandemiya ilə mübarizədə kömək etmək üçün Azərbaycana gəlir
12 İyul 2020 Ermənilər təxribat törədib, itkilər var - Müdafiə Nazirliyi
11 İyul 2020 Prezident icra başçısını işdən çıxardı
11 İyul 2020 Rusiyalı həkim Aleksandr Averyanov: Heç bir səhiyyə sistemi buna tab gətirməz
11 İyul 2020 Baş nazir təhsil sahəsi ilə bağlı qərar verdi
07 İyul 2020 Azərbaycanda daha 537 nəfər yoluxdu, 7 nəfər öldü
07 İyul 2020 Bakıda xəstəxanada 33 tibb işçisi koronavirusa yoluxdu - ÖZƏL
06 İyul 2020 Təsdiqlənmiş icazə sənədi olanlar niyə cərimələnir?
05 İyul 2020 Türkiyə bizə meydan oxuyur - Afina
05 İyul 2020 Erməni hərbçləri minaya düşdü
04 İyul 2020 Kəmaləddin Heydərovla Eldar Əzizov hadisə yerində - Foto
03 İyul 2020 Baş nazir sərt karantinlə bağlı qərar imzaladı
03 İyul 2020 Azərbaycanda 5 nəfərdən artıq qruplarda toplanmaq QADAĞAN EDİLİR
03 İyul 2020 AzTV-nin baş redaktoru da koronavirusdan öldü
01 İyul 2020 Bakıda polis postlarının yığışdırılmasının səbəbi... - Rəsmi
30 İyun 2020 Sərt karantin rejimi daha iki həftəlik uzadılacaq
30 İyun 2020 Daha 556 nəfərdə koronavirus aşkarlandı - 7 nəfər öldü
26 İyun 2020 Daha 517 nəfərdə koronavirus aşkarlandı - 7 pasiyent öldü
25 İyun 2020 Ən yüksək artım Azərbaycandadır - Harmancı
22 İyun 2020 Generala ağır itki üz verdi...

Xəbər lenti