.

Korrupsiya idarəsində dindirilən jurnalistlər hesab edir ki, prezidentin sabiq köməkçisi Əli Həsənov, KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərli və Mətbuat Şurasının sədri Əflatun Amaşova cinayət işinin başlanması istisna edilmir.
Onlar müraciətdə Prezident Adminstrasiyasının keçmiş ictimai-siyasi şöbəsinin sabiq müdiri Əli Həsənov, Vüqar Səfərli başda olmaqla əlaltıları vasitəsilə onlara verilən vəzifədən ancaq jurnalistlərin hüquqlarını tapdalamaq və haqlarını mənimsəmək üçün istifadə ediklərini vurğulayıblar. Həmçinin jurnalistlərə verilən evlərin bir çoxunun məhz ehtiyacı olmayanlara, sadəcə Əli Həsənov-Vüqar Səfərli-Əflatun Amaşov triosuna yaxın olan şəxslərə verilməsi qeyd olunub.
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı adı korrupsiya əməlində hallandırılan Mətbuat Şurasının sədri Əflatun Amaşov Criminal.az saytına açıqlamasında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılmadığını deyir.
Şura sədrinin sözlərinə görə, əgər jurnalistrə hüquq-mühafizə orqanına müraciət ediblərsə, bu işin obyektiv araşdırılmasında maraqlıdır: “Jurnalistlərin müraciətindən xəbərsizəm. Kimin nə iradı, faktı varsa, korrupsiya idarəsinə təqdim etsin. Mətbuat Şurasının sədri kimi maraqlıyam ki, müraciət edən jurnalistlərin iradları ciddi araşdırılsın. Çünki fondun yaranmasında, jurnalistlərə mənzillərin verilməsində mənim də təşəbbüsüm və rolum olub. Ona görə də, istəyirəm ki, araşdırma aparılsın, nəticələr mənə də maraqlıdır. Mən ev bölgüsündə saxtalıq olmasında xəbərsizəm. Müraciət edən edən jurnalistlərin bildikləri fakt varsa, ola bilsin korrupsiya idarəsində söyləyəcəklər. Nəticələr maraqlı olacaq”.
Ə.Amaşov deyir ki, bu məsələdə kimlərin rolu varsa, cəzalandırılmalıdır. Mənzil məsələsi dünyanın heç bir yerində olmayan təşəbbüsdür: “Ölkə rəhbəri jurnalistləri təmənnasız mənzillərlə təmin edib. Bu evlər prezidentin adı ilə bağlıdır. Ölkə başçısının jurnalistlərə hədiyyəsidir. Bu məsələ açıq və şəffaf olmalıdır. Kimlərinsə zərrə qədər günahı varsa, hüquqi qiymətini almalıdır”.
Qeyd edək ki, media işçilərinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılaraq dindirilməsi ilə bağlı Baş Prokurorluq heç bir açıqlama yaymayıb.
15 İyul 2020 Magistrların onlayn qeydiyyat müddəti uzadıldı
15 İyul 2020 Milli Məclis Aparatından gecəki hadisələrlə bağlı - Açıqlama
15 İyul 2020 DİN-dən vətəndaşlara çağırış: “Toplaşmalardan çəkinin”
14 İyul 2020 Ermənilər qaçır: polis qabağını ala bilmir - Video
14 İyul 2020 Vətəndaşlara səfərbərlik çağırışı SMS-i... - Video
14 İyul 2020 Politoloq: “Nikol Paşinyanı Serj Sarqsyanın taleyi gözləyir”
14 İyul 2020 General Natiq Əliyev: "Ali Baş Komandanın əmrindəyik və döyüşə atılmağa hazırıq..."
14 İyul 2020 Pakistan Azərbaycana başsağlığı verdi - BƏYANAT
14 İyul 2020 Prezidentin köməkçisi beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞ ETDİ (VİDEO)
13 İyul 2020 " Düşmən özü törətdiyi təxribatın cavabını aldı, cəzasını çəkdi!"-Qənirə Paşayeva
13 İyul 2020 Gorançaydan güclü sel keçdi - Faktiki hava
13 İyul 2020 Bərpa olunan enerji sahəsinin inkişafı birinci yarımildə prioritet olub
13 İyul 2020 “Nar” və TƏBİB “Günün Qəhrəmanları” müsabiqəsinə start verir
13 İyul 2020 Daha 547 nəfər sağaldı, 7 nəfər vəfat etdi
13 İyul 2020 Ermənistan Naxçıvan istiqamətində də atəşkəsi pozub
12 İyul 2020 Cəbhədəki vəziyyətlə bağlı - Prezident köməkçisindən açıqlama
12 İyul 2020 "Belarus xalqı heç kimin qabağında diz çökməyib"
12 İyul 2020 "Pandemiyanın suallar dolu qlobal problemin müzakirəsi ilə BMT niyə məşğul olmur..?"-Qənirə Paşayeva
12 İyul 2020 "İyulun 18-dək daşqın və sel olacağı ehtimalı var" - Xəbərdarlıq
12 İyul 2020 Şah İsmayıl Xətaini söyənlərə Vahid Aslandan qısa cavab
12 İyul 2020 Q.Paşayeva son 1 həftədə 300-dən çox seçicisi ilə online şəkildə görüntülü danışıb
11 İyul 2020 Deputatdan İCTİMAİ NƏQLİYYATIN yükünün azaldılması ilə bağlı təklif
10 İyul 2020 Həbs edilən Konsulluq idarəsinin rəisi Cahangir Əsgərovun bacısı oğludur
10 İyul 2020 Müəllimlərin işə qəbulu başlayır - Bakıya gəlməyə ehtiyac yoxdur
10 İyul 2020 Bakıda yenidən karantin postları QURULDU
10 İyul 2020 Ərdoğanın müşaviri: Rus kəşfiyyatı deyirdi ki, ermənilər...
10 İyul 2020 Pandemiyadan zərər çəkən sahibkarlarla bağlı Baş Nazirdən yeni qərar
09 İyul 2020 Uçurumun qaşqasında dayananlar
09 İyul 2020 Qənirə Paşayeva Azərbaycan Prezidentinin yerli TV-lərə verdiyi yeni müsahibədə işğalçı Ermənistanla bağlı toxunduğu mühüm məqamlardan yazdı.
09 İyul 2020 DTX-nin tutduğu XİN vəzifəliləri barədə qərar verildi

Xəbər lenti