.

Gənc yazar, üç kitab müəllifi Sevindik Nəsiboğlu növbəti uğurunu bizimlə bölüşüb. General Rza Talıbovun ona zəng edərək sayca üçüncü kitabının işıq üzü görməsi münasibətilə təbrik etdiyini və bununla qürur duyduğunu bildirdi:

"Yeni “Ulu Naxçıvanım” adlı 3-cü kitabım işıq üzü gördükdən sonra karantin rejimi ilə əlaqədar olaraq kitabımı şəxsən çatdıra bilməsəm də poçt vasitəsi ilə dəyərli insanların ünvanlarına göndərdim. Onlardan biri də Naxçıvan səyahətimin reallaşmasında təşəbbüskar olmuş və səyahətimi təşkil etmiş, kitabın işıq üzü görməsində mənə mənəvi dəstək olmuş hörmətli cənab general Rza müəllim Talıbov idi. Hörmətli Rza müəllim kitabımı alandan sonra mənə zəng edib kitabı oxuduğunu, kitabda olan şeiriyyatın, publisistikanın gözəl işləndiyini, mövzuların yerində seçildiyini, eləcə də tarixi yerlərin çox gözəl təsvir olunduğunu və əhatəli izahının verildiyini söylədi. Kitabı çox bəyəndiyini dedi. Həmçinin mənə yaradıcılığımda uğurlar arzu etdi. Mən hörmətli Rza müəllimin kitabıma görə məni təbrik etməsinə çox sevindim. Rza müəllimə dərin minnətdarlığımı bildirdim. Rza müəllimə ad günümə qədər yeni şeirlərimdən ibarət sayca 4-cü kitabımın çıxacağını, inşəAllah vəziyyət düzələrsə, şəxsən ona özüm təqdim etmək arzusunda olduğumu bildirdim".


Təbrik zənglərinin ardının kəsilmədiyini bildirən gənc yazar növbəti təbrikin akademik İsmayıl Hacıyevdən gəldiyini bildirdi: "Kitabda haqqında bəhs etdiyim AMEA-nın Naxçıvan bölməsinin sədri akademik hörmətli İsmayıl müəllim Hacıyev də kitabı aldıqdan sonra zəng edərək mənimlə əlaqə saxladı. O, kitabı çox bəyəndiyini bildirdi və mənə gələcək yaradıcılığımda uğurlar arzuladı. Hörmətli general Rza müəllim Talıbova və hörmətli akademik İsmayıl müəllim Hacıyevə göstərdikləri yüksək diqqətə görə özüm, eləcə də valideynlərim adından dərin minnətdarlığımı bildirirəm. 
Vətənimin belə sadə, səmimi, dəyərli və xeyirxah şəxsiyyətləri ilə fəxr edirəm!"

Biz də gənc yazarı  AFİA.AZ və Sizi Tanıyaq layihəsinin kollektivi  adından  bütün uğurları münasibətilə ürəkdən təbrik edirik. İstedada dəyər verən dəyərli ziyalılarımız var olsun.




Xəbər lenti