.

Bu gündən ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizələrinin qəbuluna başlanılır.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ərizə qəbulu iyunun 15-dək internet vasitəsilə aparılacaq. Subbakalavrlar Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifə­sin­də “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabi­netinin istifadəçi adı və parolundan istifadə etmək­lə DİM-in mü­va­fiq internet səhifəsinə (http://eservices.dim.gov.az/erizebak/erize/subbak.aspx) daxil olub, “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər. 
Orta ixtisas təhsili pilləsi üzrə “subbakalavr” peşə-ixtisas dərəcəsi almış şəxslər qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olmaq hüququna malikdirlər. 
Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak edə bilməzlər.
Bakalavriat səviyyəsində təhsil dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) və ödənişli əsaslarla həyata keçirilir. Dövlət ali təhsilin hər bir səviyyəsində təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.
Subbakalavra aid təhsil məlumatları “Tələbə-Məzun” dövlət elektron məlumat sistemindən avtomatik əldə olunur. Bu məlumatları tam olmayan subbakalavrlar ilk olaraq məzunu olduqları orta ixtisas təhsili müəssisələrinə müraciət etməli və məlu­matlarının sistemə daxil olunmasını təmin etməlidirlər. Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar. Müsabiqədə iştirak ödənişsizdir.
Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar (XQTİ-lər) üzrə ali təhsil almaq istəyən subbakalavrlar yuxarıda qeyd olunanlarla yanaşı, təhsil almaq istədikləri ixtisasın aid olduğu komissiya üzrə qeydiyyatdan keçirlər. Qeydiyyat DİM tərəfindən elan olunacaq müddətdə eservices.dim.gov.az/erizebak/qabiliyyet internet səhifəsində aparılır. Qabiliyyət imtahanlarında iştirak ödənişlidir. Qeydiy­yatdan keçmək üçün subbakalavr şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği (qeydiyyatdan keçmək istədiyi komissiyaların sayından asılı olaraq) şəxsi kabinetindəki hesabına əlavə etməlidir.
Qeydiyyatdan keçmiş subbakalavrlar müəyyən olunacaq cədvəl üzrə DİM tərəfindən elan olunacaq tarixlərdə qabiliyyət imtahanında iştirak edirlər. Qabiliyyət imtahanları DİM tərəfindən mər­kəz­ləşdirilmiş qaydada keçirilir (bax: “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayı)  və imtahanların nəticəsi balla və ya “məqbul/qeyri-məqbul”la qiymətləndirilir. XQTİ-ləri yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak edən və müsabiqə şərtlərini ödəyən subbakalavrlar seçə bilərlər.
Hərbi çağırışçıların müsabiqədə iştirak etmək üçün möhlət haqqında arayışı və hərbi sənədlərində bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatı olmalıdır. Möhlət hüququnu təsdiq edən məlumatlar Xidmətin müvafiq idarəsi tərəfindən elektron məlumat bazasına daxil edilməlidir. Hərbi qeydiy­yatın aparılması Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.
Məlumatda deyilir ki, ixtisas seçimi başa çatdıqdan sonra ali təhsil müəssisələrinin ixtisaslarının qəbul planı və dövlət sifarişi ilə tələbə qəbulununun proqnozu çərçivəsində əvvəlcə abituriyentlərin, bundan sonra isə subbakalavrların müsabiqə əsasında yerləşdirilməsi aparılır. Yerləşdirilmə elektron ixtisas seçimi ərizəsində qeyd olunan ixtisasların ardıcıllığı nəzərə alınmaqla həyata keçirilir.
Eyni bir yerə iddia edən iki və daha artıq subbakalavrı fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:
-  Orta ixtisas təhsili pilləsi üzrə ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG),
- Təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası (AYQƏO).
Cari ildə qəbul imtahanında iştirak edən subbakalavr öz istəyindən asılı olaraq, həm imtahanda topladığı bal ilə abituriyent kimi ümumi qaydada, həm də subbakalavr kimi qəbul imtahanında iştirak etmədən orta ixtisas təhsili səviyyəsində bitirdiyi ixtisasa uyğun ali təhsil pilləsinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilər.
12 İyul 2020 Cəbhədəki vəziyyətlə bağlı - Prezident köməkçisindən açıqlama
12 İyul 2020 "Belarus xalqı heç kimin qabağında diz çökməyib"
12 İyul 2020 "Pandemiyanın suallar dolu qlobal problemin müzakirəsi ilə BMT niyə məşğul olmur..?"-Qənirə Paşayeva
12 İyul 2020 "İyulun 18-dək daşqın və sel olacağı ehtimalı var" - Xəbərdarlıq
12 İyul 2020 Şah İsmayıl Xətaini söyənlərə Vahid Aslandan qısa cavab
12 İyul 2020 Q.Paşayeva son 1 həftədə 300-dən çox seçicisi ilə online şəkildə görüntülü danışıb
11 İyul 2020 Deputatdan İCTİMAİ NƏQLİYYATIN yükünün azaldılması ilə bağlı təklif
10 İyul 2020 Həbs edilən Konsulluq idarəsinin rəisi Cahangir Əsgərovun bacısı oğludur
10 İyul 2020 Müəllimlərin işə qəbulu başlayır - Bakıya gəlməyə ehtiyac yoxdur
10 İyul 2020 Bakıda yenidən karantin postları QURULDU
10 İyul 2020 Ərdoğanın müşaviri: Rus kəşfiyyatı deyirdi ki, ermənilər...
10 İyul 2020 Pandemiyadan zərər çəkən sahibkarlarla bağlı Baş Nazirdən yeni qərar
09 İyul 2020 Uçurumun qaşqasında dayananlar
09 İyul 2020 Qənirə Paşayeva Azərbaycan Prezidentinin yerli TV-lərə verdiyi yeni müsahibədə işğalçı Ermənistanla bağlı toxunduğu mühüm məqamlardan yazdı.
09 İyul 2020 DTX-nin tutduğu XİN vəzifəliləri barədə qərar verildi
07 İyul 2020 ““Sobsan”nın tullantı suları birbaşa Böyükşor gölünə tökülür” - Rəsmi
07 İyul 2020 Ramiz Mehdiyev ittihamlara cavab verdi
07 İyul 2020 Qabiliyyət imtahanı üçün müsabiqənin keçirilməsi - Şərtləri
07 İyul 2020 “Buzlu şüşə” diaqnozu nə deməkdir? - Foto
06 İyul 2020 Paşinyan Köçəryana qarşı yeni şou hazırlayır
06 İyul 2020 Q.Paşayeva son 5 gündə 250-dən çox vətəndaşla online şəkildə görüntülü danışıb
06 İyul 2020 Bakıda marketlərdə polis postları yaradıldı - Foto
05 İyul 2020 I-IV, V ixtisas qrupları və kolleclərə qəbul imtahanları keçiriləcək
05 İyul 2020 Türkiyədən Azərbaycana dəstək - 30 ədəd ventilyator, 55.000 ədəd kombinezon...
05 İyul 2020 TƏKLİF: "Jurnalistlər poliklinikası yaradılsın"
05 İyul 2020 Ermənistanda cəsədi tapılan rus hərbçinin ölüm səbəbi araşdırılır
05 İyul 2020 Erməni hərbçisi mülki şəxslərə qarşı cinayət törədib
04 İyul 2020 Ölkəmizdə yeni doğulan 4 körpədə korona tapıldı
04 İyul 2020 Paşinyanın komandasının keçmiş üzvü: “Ermənistanı vətəndaş müharibəsi gözləyir”
04 İyul 2020 İcazəsi olan şəxslər bu halda avtomobildən istifadə edə bilməz

Xəbər lenti