.

Mədniyyət komitəsinin sədri Qənirə Paşayeva MM-da uşaqlara tütün məhsullarının satılmasının qadağan olunması, ictimai, qapalı yerlərdə tütün məhsullarından istifadənin məhdudlaşdırılması haqqında qanunlara əməl olunmadığını deyib, uşaqlarımızı və gənclərimizi bu zərərli vərdişdən xilas etmək üçün ciddi addımlar atılmalıdır deyərək qanunların həyata keçirilməsində cavabdeh qurumlara çağırış edib.

AFİA.AZ xəbər verir ki, Millət vəkili, Mədəniyyət komitəsinin sədri Q.Paşayeva Milli Məclisin növbədənkənar plenar iclasında azyaşlılar arasında tütün məhsullarından istifadənin zərərləri ilə bağlı çıxış edib. Bütün uşaqları 1 iyun Uşaqların Hüquqlarını Beynəlxalq Müdafiə Günü münasibətilə təbrik edərək onlara sağlamlıq, xoşbəxtlik arzulayan millət vəkili Qənirə Paşayeva uşaqlarımızın təhsilinin, sağlam gələcəyinin təmin olunmasının dövlət başçımız cənab İlham Əliyevin siyasətində xüsusi yer tutduğunu vurğulayıb. O bildirib ki, birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi layihələr çox önəmli layihələrdir. Uşaqların zərərli vərdişlərdən qorunmasının vacibliyindən də danışan millət vəkili Qənirə Paşayeva gənclərimizin tütün məhsullarından qorunması üçün qəbul olunan qanunların həyata keçirilməsinin önəmini də xüsusi vurğulayıb: “Çox təəssüf ki, uşaqların tütün məhsullarından qorunması üçün qəbul etdiyimiz qanunların həyata keçirilməsində ciddi problemlər var. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata əsasən Azərbaycanda 1,3 milyon insan tütündən istifadə edir, uşaqlar və gənclər arasında qəlyandan istifadənin sayı getdikcə artır. 1 saat qəlyandan istifadənin 40 ədəd siqaretin zərərinə bərabər olduğunu nəzərə alsaq gənclərimizdə necə böyük fəsadlara səbəb olacağını görə bilərik.”
Tütün məmulatlarının 18 yaşına çatmayan uşaqlara satılmasının qadağan olunması barədə qanun qəbul olunsa da hələ də buna əməl olunmadığını deyən Q.Paşayeva həmin məsələnin həlli ilə bağlı müvafiq qurumlara çağırış edib:
"Qanunla qadağan olunsa da bu gün əksər yerlərdə 18 yaşına çatmayan uşaqlara siqaret satılır, məktəbə yaxın yerlərdə tütün məhsulları satılır və onların geniş reklamı gedir, qapalı yerlərdə, ictimai yerlərdə tütün məhsullarının çəkilməsinin məhdudlaşdırılması haqqında qanun demək olar ki, əksər yerlərdə işləmir. Ona görə də qanunu həyata keçirməli olan qurumlarla müzakirələr aparılmalı, qanunun həyata keçirilməsində yaşanan problemlər aşkarlanmalı və həmin problemlərin aradan qaldırılması istiqamətində ciddi işlər görülməlidir.”
Arzu edənlər buradan izləyə bilərlər:
13 İyul 2020 Bərpa olunan enerji sahəsinin inkişafı birinci yarımildə prioritet olub
13 İyul 2020 “Nar” və TƏBİB “Günün Qəhrəmanları” müsabiqəsinə start verir
13 İyul 2020 Daha 547 nəfər sağaldı, 7 nəfər vəfat etdi
13 İyul 2020 Ermənistan Naxçıvan istiqamətində də atəşkəsi pozub
12 İyul 2020 Cəbhədəki vəziyyətlə bağlı - Prezident köməkçisindən açıqlama
12 İyul 2020 "Belarus xalqı heç kimin qabağında diz çökməyib"
12 İyul 2020 "Pandemiyanın suallar dolu qlobal problemin müzakirəsi ilə BMT niyə məşğul olmur..?"-Qənirə Paşayeva
12 İyul 2020 "İyulun 18-dək daşqın və sel olacağı ehtimalı var" - Xəbərdarlıq
12 İyul 2020 Şah İsmayıl Xətaini söyənlərə Vahid Aslandan qısa cavab
12 İyul 2020 Q.Paşayeva son 1 həftədə 300-dən çox seçicisi ilə online şəkildə görüntülü danışıb
11 İyul 2020 Deputatdan İCTİMAİ NƏQLİYYATIN yükünün azaldılması ilə bağlı təklif
10 İyul 2020 Həbs edilən Konsulluq idarəsinin rəisi Cahangir Əsgərovun bacısı oğludur
10 İyul 2020 Müəllimlərin işə qəbulu başlayır - Bakıya gəlməyə ehtiyac yoxdur
10 İyul 2020 Bakıda yenidən karantin postları QURULDU
10 İyul 2020 Ərdoğanın müşaviri: Rus kəşfiyyatı deyirdi ki, ermənilər...
10 İyul 2020 Pandemiyadan zərər çəkən sahibkarlarla bağlı Baş Nazirdən yeni qərar
09 İyul 2020 Uçurumun qaşqasında dayananlar
09 İyul 2020 Qənirə Paşayeva Azərbaycan Prezidentinin yerli TV-lərə verdiyi yeni müsahibədə işğalçı Ermənistanla bağlı toxunduğu mühüm məqamlardan yazdı.
09 İyul 2020 DTX-nin tutduğu XİN vəzifəliləri barədə qərar verildi
07 İyul 2020 ““Sobsan”nın tullantı suları birbaşa Böyükşor gölünə tökülür” - Rəsmi
07 İyul 2020 Ramiz Mehdiyev ittihamlara cavab verdi
07 İyul 2020 Qabiliyyət imtahanı üçün müsabiqənin keçirilməsi - Şərtləri
07 İyul 2020 “Buzlu şüşə” diaqnozu nə deməkdir? - Foto
06 İyul 2020 Paşinyan Köçəryana qarşı yeni şou hazırlayır
06 İyul 2020 Q.Paşayeva son 5 gündə 250-dən çox vətəndaşla online şəkildə görüntülü danışıb
06 İyul 2020 Bakıda marketlərdə polis postları yaradıldı - Foto
05 İyul 2020 I-IV, V ixtisas qrupları və kolleclərə qəbul imtahanları keçiriləcək
05 İyul 2020 Türkiyədən Azərbaycana dəstək - 30 ədəd ventilyator, 55.000 ədəd kombinezon...
05 İyul 2020 TƏKLİF: "Jurnalistlər poliklinikası yaradılsın"
05 İyul 2020 Ermənistanda cəsədi tapılan rus hərbçinin ölüm səbəbi araşdırılır

Xəbər lenti