.

"Dövlət nə lazımdırsa, onu edir. Bundan artıq nəsə etmək mümkün deyil. Çünki nə lazım idisə, biz onu etmişik və edəcəyik. Bu məqsədlər üçün istənilən vəsaiti xərcləməyə hazırıq, vəsaitimiz də var və heç kimdən də asılı deyilik. Bəzi ölkələrdən fərqli olaraq, heç kimə müraciət etmirik. Onu da bildirməliyəm ki, beynəlxalq maliyyə qurumlarının məlumatına görə, dünyada 150 ölkə kredit üçün müraciət edib. Yəni, beynəlxalq birliyin əksər hissəsi. Azərbaycan etməyib. Çünki ehtiyac yoxdur. Özümüz edirik, vəsaitimiz də var və xərcləyirik. Amma gərək indi məsuliyyətsiz adamlar bunu dərk etsinlər. Bir də ki, bu adamlara qarşı ictimai qınaq olmalıdır. Qapalı yerlərdə maska taxmayana qarşı, əlbəttə ki, cərimə tətbiq edilməlidir. Amma, eyni zamanda, bunu görən başqa vətəndaş onu tənbeh etməlidir, onu başa salmalıdır. Gözləməməlidir ki, polis gələcək, onu cərimələyəcək. Polis də insanları qorumaq üçün gecə-gündüz küçələrdədir, gecə-gündüz fasiləsiz işləyir. Ona görə qapalı şəraitdə hər kəs maska taxmalıdır".

AFİA.AZ xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Gəncə şəhərində modul tipli xəstəxananın açılışından sonra bir qrup tibb işçisi ilə görüşündə səsləndirib.
"Mən maska ilə gəzirəm. Göstərmişəm, bir daha göstərirəm. Bütün qapalı yerlərdə maska taxıram. Yaxşı, indi Prezident bunu edirsə, niyə başqası edə bilməz? Nə çətin şeydi bu? Heç bir əziyyət vermir, heç bir problem yaratmır. Sadəcə olaraq, məsuliyyətsizlik və deyə bilərəm ki, eqoizm və biganəlik. Gənc nəslin nümayəndələri üçün bu xəstəlik o qədər də təhlükəli deyil və hesab edir ki, xəstələnərəm, sağalaram. Axı, yaxşı sən sağalarsan, amma sən yaşlı insanı da yoluxdurarsan. Sən onun həyatını təhlükə altına atırsan. Biz bu məsuliyyətsizliyə dözməliyikmi? Çünki bu, cinayətdir. Ona görə ictimai qınaq və çox ciddi dövlət nəzarəti olmalıdır. Mən bu məsələ ilə bağlı Operativ Qərargaha göstəriş verdim ki, çox ciddi dövlət nəzarəti olmalıdır. Belə olan halda biz bütün tədbirləri daha operativ şəkildə görə bilərik və bu vəziyyətdən az itkilərlə çıxa bilərik. Mən demişəm və həkimlər yaxşı bilir. Bir xəstənin müalicəsi üçün nə qədər həkim çalışır, nə qədər həkim gecə-gündüz o ağır vəziyyətdə, o kombinezonda, eynəkdə, maskada əziyyət çəkir. Biz həkimlərin fəaliyyətini yüksək qiymətləndiririk. Ancaq hər bir insan bunu bilməlidir. Həkimlər də yoluxur, həkimlər də ölür. Bir daha demək istəyirəm ki, bizim indi nə qədər həkimimiz var, hamısını bu işlərə cəlb edirik. Bizim bundan iki dəfə çox həkimimiz yoxdur. Sabah bu pandemiya daha geniş vüsət alsa, əgər bu gün, misal üçün 300-400 adam yoluxursa, sabah daha çox adam yoluxarsa, bunları biz harada yerləşdirəcəyik. Tutaq ki, yerləşdirdik, indi xəstəxanalar tikilir və bizim boş çarpayılarımız var, ancaq həkimlərin sayını necə artıra bilərik?! Gərək hər kəs bu haqda fikirləşsin, hər kəs düşünsün".
"Qafqazinfo"
13 İyul 2020 Erməni tərəfi Azərbaycanın heç bir texnikasını vurmayıb - RƏSMİ
13 İyul 2020 İlham Əliyev Tovuzdakı döyüşdən danışdı - Video
13 İyul 2020 “Azərbaycanın yanındayıq” - Türkiyə XİN
12 İyul 2020 İtki verən düşmən geri otuzdurulub, şəhidlərimiz var - Rəsmi
12 İyul 2020 Bakıda mobil polis postları qurulub, küçələrdə nəzarət gücləndirilib
11 İyul 2020 Baş nazir təhsillə bağlı qərar verdi
11 İyul 2020 Prezidentdən Cahangir Əsgərovla bağlı - Sərəncam
10 İyul 2020 190 manatı ala bilməyənlərin Nəzərinə! Proses başa çatdırıldı.
09 İyul 2020 Prezident işarə etdi: danışıqlar bitə bilər - Video
09 İyul 2020 Müdafiə nazirinin yeni müavini kimdir?
09 İyul 2020 Döyüş ruhu, qələbə əzmi və sağlam mənəvi-psixoloji mühitlə də silahlanan qüdrətli Azərbaycan Ordusu
06 İyul 2020 DTX XİN-dəki əməliyyatın detallarını açıqladı
05 İyul 2020 ....Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoymaq lazımdır:
04 İyul 2020 DTX-nin XİN-də əməliyyatı nəticəsində saxlanılan vəzifəli şəxslərlə bağlı SENSASİON FAKT
30 İyun 2020 Milli mətbuatın 145 illik yubileyi keçiriləcək - Prezident Sərəncam imzaladı
25 İyun 2020 Əli Əsədovdan xüsusi karantin rejimi ilə bağlı YENİ QƏRAR
25 İyun 2020 “Sabah daha çox adam yoluxarsa, bunları biz harada yerləşdirəcəyik?”
19 İyun 2020 Əhməd Əhmədzadənin kürəkəni koronavirusa yoluxdu
17 İyun 2020 KİVDF-də baş verən pozuntularla bağlı cinayət işi başlanıldı
11 İyun 2020 Müdafiə Nazirliyi: “Ermənistanla Dağlıq Qarabağ ərazisini birləşdirən yolları nəzarətə götürmüşük”
10 İyun 2020 Palata Vüqar Səfərlinin dövrü ilə bağlı Baş Prokurorluğa müraciət etdi
09 İyun 2020 Təhsil naziri əmr imzaladı
05 İyun 2020 Yunanıstan açıqladı: Türkiyə ilə savaşa hazırıq
03 İyun 2020 Azərbaycanda SMS icazə bərpa edilə bilər - RƏSMİ
03 İyun 2020 Dövlət başçısı Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında — FOTOLAR
03 İyun 2020 Adı böyük hərflərlə yazılmağa layiq olan AZƏRBAYCAN ORDUSU
31 May 2020 Azərbaycan Müdafiə Nazirliyi: “Silah gücü - düşmənlə danışılacaq yeganə dildir”
29 May 2020 Jurnalistlərin binasında "Çin əməliyyatı" - Külli miqdarda yeyinti aşkarlandı
29 May 2020 Hava kəskin dəyişəcək – XƏBƏRDARLIQ
28 May 2020 Baş Klinik Hospitalın yeni korpusu açıldı

Xəbər lenti