.

Daxili İşlər Nazirliyi Yasamal rayonunda polisə dəstək üçün eyvanlardan mahnı oxuyan gənclərin sosial şəbəkələrdə yayılan videoçarxı ilə bağlı açıqlama yayıb. 

DİN-in Mətbuat Xidmətindən  daxil olan məlumatda deyilir: 
"İki gün öncə xəbər saytlarında və sosial şəbəkələrdə bir qrup gənc müğənninin paytaxtın Yasamal rayonu ərazisindəki yaşayış binalarından birinin sakinləri ilə birlikdə mənzillərin eyvanlarına çıxaraq “Yaşa Azərbaycan” mahnısını ifa etmələri və sonda həmin ərazidə xidmətdə olan polis əməkdaşlarına gül dəstələri atmalarını əks etdirən videoçarx yayıldı.
Oxucu və izləyicilərin böyük əksəriyyətinin bəyənib, təqdir etdikləri bu vətənpərvərlik nümunəsi bəzi “virtual qəhrəman”ların ürəyincə olmadı. Onlar sosial şəbəkələrdə bu ifanın Daxili İşlər Nazirliyi tərəfindən təşkil olunduğunu iddia edərək vətənpərvərlik nümunəsi göstərən gənc müğənnilərin ünvanına nəinki tənqidi fikirlər səsləndirdilər, hətta onları düşmənsayağı təhqir etməkdən belə çəkinmədilər.
Apardığımız araşdırmalar zamanı məlum oldu ki, müxtəlif muğam müsabiqələrinin qalibləri olmuş bir qrup gənc müğənni heç kimin xahişi və təklifi olmadan öz təşəbbüsləri ilə videoçarx hazırlamaq qərarına gəliblər. Vətənpərvər gənclərimiz bu təşəbbüslərini onunla əsaslandırıblar ki, onların da ailə üzvləri və yaxınları arasında şəhid olan, Qarabağ müharibəsində iştirak edən polis əməkdaşları olub. Buna görə də, həm onların, həm də ümumilikdə polis əməkdaşlarının qarşıdan gələn peşə bayramlarını bu yolla təbrik ediblər.
Gənc müğənnilər əvvəlcə Şəhidlər Xiyabanına gedərək orada uyuyan şəhid polis əməkdaşlarını ziyarət edib, məzarları üzərinə gül dəstələri düzüblər. Daha sonra videoda görünən binaya gedərək sakinlərə onlarla birlikdə “Yaşa Azərbaycan” mahnısını ifa etmək niyyətlərini bildiriblər. Bina sakinləri də bu təşəbbüsü dəstəkləyərək mənzillərinin eyvanlarında mahnını ifa ediblər və sonda polis əməkdaşlarına gül dəstələri atıblar.
Videoçarxın davamı olaraq gənc müğənnilər oradan Fəxri Xiyabana gedərək Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini yad ediblər...
Görəsən, belə bir vətənpərvərlik nümunəsi sərgiləyən gənclərimizin hansı hərəkəti düşmən dəyirmanına su tökən və bizə məlum olan antimilli qrupun heysiyyatına toxunub? Əlbəttə ki, belələri heç vaxt istəməz ki, vətəndaşlarımız öz dövlətini bu qədər sevsin, onun inkişafı və tərəqqisi üçün əlindən gələni etsin. Biz isə heç bir təmənna güdmədən, öz ürəklərinin səsi ilə belə vətənpərvərlik nümunəsi göstərən gənc müğənnilərimizi dəstəkləyir və onların hər birinə təşəkkürümüzü bildiririk".
15 İyul 2020 Magistrların onlayn qeydiyyat müddəti uzadıldı
15 İyul 2020 Milli Məclis Aparatından gecəki hadisələrlə bağlı - Açıqlama
15 İyul 2020 DİN-dən vətəndaşlara çağırış: “Toplaşmalardan çəkinin”
14 İyul 2020 Ermənilər qaçır: polis qabağını ala bilmir - Video
14 İyul 2020 Vətəndaşlara səfərbərlik çağırışı SMS-i... - Video
14 İyul 2020 Politoloq: “Nikol Paşinyanı Serj Sarqsyanın taleyi gözləyir”
14 İyul 2020 General Natiq Əliyev: "Ali Baş Komandanın əmrindəyik və döyüşə atılmağa hazırıq..."
14 İyul 2020 Pakistan Azərbaycana başsağlığı verdi - BƏYANAT
14 İyul 2020 Prezidentin köməkçisi beynəlxalq ictimaiyyətə ÇAĞIRIŞ ETDİ (VİDEO)
13 İyul 2020 " Düşmən özü törətdiyi təxribatın cavabını aldı, cəzasını çəkdi!"-Qənirə Paşayeva
13 İyul 2020 Gorançaydan güclü sel keçdi - Faktiki hava
13 İyul 2020 Bərpa olunan enerji sahəsinin inkişafı birinci yarımildə prioritet olub
13 İyul 2020 “Nar” və TƏBİB “Günün Qəhrəmanları” müsabiqəsinə start verir
13 İyul 2020 Daha 547 nəfər sağaldı, 7 nəfər vəfat etdi
13 İyul 2020 Ermənistan Naxçıvan istiqamətində də atəşkəsi pozub
12 İyul 2020 Cəbhədəki vəziyyətlə bağlı - Prezident köməkçisindən açıqlama
12 İyul 2020 "Belarus xalqı heç kimin qabağında diz çökməyib"
12 İyul 2020 "Pandemiyanın suallar dolu qlobal problemin müzakirəsi ilə BMT niyə məşğul olmur..?"-Qənirə Paşayeva
12 İyul 2020 "İyulun 18-dək daşqın və sel olacağı ehtimalı var" - Xəbərdarlıq
12 İyul 2020 Şah İsmayıl Xətaini söyənlərə Vahid Aslandan qısa cavab
12 İyul 2020 Q.Paşayeva son 1 həftədə 300-dən çox seçicisi ilə online şəkildə görüntülü danışıb
11 İyul 2020 Deputatdan İCTİMAİ NƏQLİYYATIN yükünün azaldılması ilə bağlı təklif
10 İyul 2020 Həbs edilən Konsulluq idarəsinin rəisi Cahangir Əsgərovun bacısı oğludur
10 İyul 2020 Müəllimlərin işə qəbulu başlayır - Bakıya gəlməyə ehtiyac yoxdur
10 İyul 2020 Bakıda yenidən karantin postları QURULDU
10 İyul 2020 Ərdoğanın müşaviri: Rus kəşfiyyatı deyirdi ki, ermənilər...
10 İyul 2020 Pandemiyadan zərər çəkən sahibkarlarla bağlı Baş Nazirdən yeni qərar
09 İyul 2020 Uçurumun qaşqasında dayananlar
09 İyul 2020 Qənirə Paşayeva Azərbaycan Prezidentinin yerli TV-lərə verdiyi yeni müsahibədə işğalçı Ermənistanla bağlı toxunduğu mühüm məqamlardan yazdı.
09 İyul 2020 DTX-nin tutduğu XİN vəzifəliləri barədə qərar verildi

Xəbər lenti