.

Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Azərbaycan milli mətbuatının 145 illik yubileyi ölkəmizdə geniş qeyd olunsun.

Sərəncamda Prezident Administrasiyasına koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejiminin tələbləri və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınmaqla yubiley tədbirlərinin keçirilməsini təmin etmək tapşırılıb. Həmçinin Prezident Administrasiyası jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təklifləri bir ay müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir.
Sərəncamda vurğulanır:  
“145 il əvvəl - 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. Sonrakı illərdə çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra mətbuatımız yeni inkişaf mərhələsinə qədəm qoymuş, öz fəaliyyəti ilə müstəqil dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, istiqlal ideyalarının yayılmasında, habelə milli-mənəvi dəyərlərin qorunub saxlanması və təbliğində mühüm rol oynamışdır.

Ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yaranmışdır. 1993-cü ildən başlayaraq ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür.

Hazırda həyata keçirilən sistemli islahatlar, şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan sosial innovasiyaların tətbiqi, idarəetmə sahəsində baş verən keyfiyyət dəyişiklikləri, ictimai nəzarət və siyasi dialoq mühitinin genişləndirilməsi dinamik inkişaf edən Azərbaycanda müasir dövlət quruculuğunun başlıca istiqamətlərini təşkil edir.

Ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır. Bununla belə, kütləvi informasiya vasitələri də ölkəmizdə həyata keçirilən köklü islahatlardan kənarda qalmamalı, kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşmalı, cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində öz səylərini daha da gücləndirməlidir. Modernləşmə, rasionallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi medianın inkişafını şərtləndirən başlıca amillər olmalıdır”.
"Rupor"
03 Avqust 2020 Avqustun 5-dən bu dəyişikliklər olacaq - Rəsmi açıqlama
30 İyul 2020 Prezident şəhid general Polad Həşimovun adının əbədiləşdirilməsi barədə göstəriş verdi
27 İyul 2020 Prezident İlham Əliyev yeni Təhsil naziri təyin etdi
26 İyul 2020 "Palmali" şirkətinin 5 gəmisi Golden Eagle Şirkətinə satıldı
25 İyul 2020 Ceyhun Bayramov xaricdəki diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri ilə videokonfrans keçirib
22 İyul 2020 Türkiyə Milli Təhlükəsizlik Şurası: “Ermənistan işğal altındakı Azərbaycan torpaqlarını tərk etməlidir”
18 İyul 2020 Zakir Həsənov Rusiya Müdafiə naziri ilə telefonda danışdı
17 İyul 2020 XİN rəhbərləri erməni təxribatından danışdı
17 İyul 2020 Azərbaycan Müdafiə Nazirliyi: Düşmənin yalan xəbərlərini tirajlamamağa çağırırıq
16 İyul 2020 Paşinyan təcili Moskvaya yollandı
16 İyul 2020 Elmar Məmmədyarov Xarici işlər naziri vəzifəsindən azad edildi
16 İyul 2020 Prezidentin çağırışına səs verən minlərlə gənc qeydiyyata alınır
16 İyul 2020 Prezidentdən nazirin ünvanına sərt sözlər: Sən demə...
15 İyul 2020 İlham Əliyev Nazirlər Kabinetini topladı - YENİLƏNİB + CANLI YAYIM
15 İyul 2020 Şəhidlər Xiyabanı qarşısında toplaşan şəxslərdən bəziləri saxlanıldı, cinayət işi başlanıldı
15 İyul 2020 Düşmənin növbəti hərbi obyekti darmadağın edildi - VİDEO
14 İyul 2020 “Azərbaycan əsgəri işğalçını son yuvasına qədər qovaraq lazımi dərsini verəcək“ - Səfər Əbiyev
14 İyul 2020 MN məlumat yaydı- Şiddətli döyüşlər gedir
14 İyul 2020 General və polkovnik şəhid oldu: 100 erməni məhv edildi - Təcili
14 İyul 2020 Sahibkarlıq subyektlərinin 42%-i karantin qaydalarına əməl etməyib
13 İyul 2020 Erməni tərəfi Azərbaycanın heç bir texnikasını vurmayıb - RƏSMİ
13 İyul 2020 İlham Əliyev Tovuzdakı döyüşdən danışdı - Video
13 İyul 2020 “Azərbaycanın yanındayıq” - Türkiyə XİN
12 İyul 2020 İtki verən düşmən geri otuzdurulub, şəhidlərimiz var - Rəsmi
12 İyul 2020 Bakıda mobil polis postları qurulub, küçələrdə nəzarət gücləndirilib
11 İyul 2020 Baş nazir təhsillə bağlı qərar verdi
11 İyul 2020 Prezidentdən Cahangir Əsgərovla bağlı - Sərəncam
10 İyul 2020 190 manatı ala bilməyənlərin Nəzərinə! Proses başa çatdırıldı.
09 İyul 2020 Prezident işarə etdi: danışıqlar bitə bilər - Video
09 İyul 2020 Müdafiə nazirinin yeni müavini kimdir?

Xəbər lenti