.

"Azərbaycan mətbuatında Prezident Administrasiyasında işlədiyim dövrün bəzi hadisələri haqqında yazılan məlumatlar həqiqəti əks etdirmir.
Əvvəla, həmin yazıların müəlliflərinin bir çoxu müxalif mövqedə olan, bəziləri isə müxtəlif səbəblərdən hakimiyyətdən uzaqlaşdırılmış və ya hakimiyyətdə yenidən mövqe qazanmaq istəyən şəxslərdir ki, Ramiz Mehdiyev mövzusu onlara bu və ya digər şəkildə niyyətlərinə çatmaq üçün əlverişli bir vasitədir. Yazılanların hamısı birtərəfli qaydada təhrif edilərək təqdim olunan, şəxsi məqsədlərə xidmət edən uydurma və böhtanlardan ibarətdir".

"Qafqazinfo" xəbər verir ki, bunu AMEA-nın prezidenti Ramin Mehdiyev mətbuatda barəsində yazılanları şərh edərkən deyib.
Qurum rəhbəri bildirib:
"Bildirmək istəyirəm ki, ölkəmizə uğurla rəhbərlik etmiş Ümummilli lider Heydər Əliyevin və yeni tarixi mərhələnin lideri İlham Əliyevin siyasətinə daim sədaqətlə xidmət etmişəm, ölkə rəhbərinin xalqımızı böyük çətinliklərdən qurtararaq bugünki inkişaf mərhələsinə çıxaran müdrik və uzaqgörən idarəçilik fəlsəfəsinin həyata keçirilməsinə sidqi-ürəklə xidmət etmişəm.
Müxtəlif dövrlərdə Vəzirovun, Mütəllibovun, Xalq Cəbhəsinin, haqsız iddialı və narazı qrupların təzyiqlərinə, təhqirlərinə, hədə-qorxularına baxmayaraq Heydər Əliyev – İlham Əliyev yoluna sadiq qalmışam, gənclik dövründən bu günə qədər heç vaxt öz əqidəmdən dönməmişəm. Fəaliyyətimin başlıca amalını həmişə Ümummilli liderin, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan müstəqillik və azərbaycançılıq siyasətinin məsuliyyətlə icrasına sərf etməkdə görmüşəm.
Möhtərəm Prezident İlham Əliyevin “Ölkəmizin uğurlu və hərtərəfli inkişafında sizin çox böyük və danılmaz rolunuz var. Siz həmişə dövlətçiliyi hər şeydən üstün tutmusunuz” sözləri mənim üçün hər şeydən daha yüksəkdə dayanan bir qiymətdir. AMEA-nın prezidenti kimi də ölkəmizin rəhbəri İlham Əliyevin elmimiz qarşısında qoyduğu vəzifələri ləyaqətlə və məsuliyyətlə həyata keçirməyi, cənab Prezidentin məni təyin etdiyi bu vəzifədə dövlət başçısına həmişə olduğu kimi bütün sahələrdə köməklik göstərməyi özümə borc bilirəm".
04 Avqust 2020 Millət vəkilləri şəhid əsgərin ata ocağına getdilər
04 Avqust 2020 DİN rayonlara gediş-gəlişin necə tənzimlənəcəyini açıqlayıb
03 Avqust 2020 Yenidən 190 manat veriləcək? - Rəsmi
02 Avqust 2020 Qənirə Paşayeva Asiya Parlament Assambleyasına MÜRACİƏT ÜNVANLADI
02 Avqust 2020 Millət vəkilləri şəhid mayorun ailəsini ziyarət etdi
02 Avqust 2020 ÜST beynəlxalq fövqəladə vəziyyət rejimini uzatdı
01 Avqust 2020 Hacıyev rus mətbuatına danışdı: İrəvanın hədəfləri...
01 Avqust 2020 Prezident İnam Kərimova yeni müavin təyin etdi
01 Avqust 2020 Millət vəkilləri şəhid generalın ata ocağını ziyarət edib.
31 İyul 2020 Rayonlara gediş-gəliş bərpa olunacaq? - TƏBİB-dən AÇIQLAMA
31 İyul 2020 TƏBİB-dən məktəb və uşaq bağçalarının açılması ilə bağlı — RƏSMİ AÇIQLAMA
31 İyul 2020 Orduya dəstək yürüşü ilə bağlı yaxın günlərdə yoluxma sayı arta bilərmi? - TƏBİB-dən AÇIQLAMA
31 İyul 2020 MN: Naxçıvan istiqamətində atəşkəsi ermənilər pozub
31 İyul 2020 “Sərt karantin rejimi yumşaldıla bilər” - TƏBİB rəsmisi+Video
31 İyul 2020 Ağdamda İran istehsalı olan mərmilər tapıldı - Foto
30 İyul 2020 Prezidentin tapşırığı ilə yeni təcili yardım maşınları gətirildi
30 İyul 2020 Büdcəyə yenidən baxılacaq - Təkliflər NK-ya təqdim edildi
30 İyul 2020 Şəhid polkovnikin ailəsi ziyarət edildi
30 İyul 2020 Los-Anceles meri erməni vandallarının hücumunu pislədi
30 İyul 2020 Bu gün buraxılış imtahanları keçirilir
30 İyul 2020 “Azərbaycan bizi aclıqdan xilas etdi, bunu unutmarıq” - Saakaşvili+Video
29 İyul 2020 Millət vəkilinin kitabı Təbrizdə nəşr edildi.
29 İyul 2020 Qobustanda modul tipli xəstəxananın açılışı oldu - FOTOLAR (YENİLƏNİB)
29 İyul 2020 Təhsil Nazirliyi dərslikləri qiymətləndirən mütəxəssislər axtarır
29 İyul 2020 "Zəyəmçay su anbarı Tovuz üçün həyatı önəm ərz edən layihələrdəndir"-Qənirə Paşayeva
28 İyul 2020 “Azərbaycanın torpaqlarını azad etmək səylərinə dəstək veririk” - Ərdoğan + Video
28 İyul 2020 Azərbaycanlılar erməni təcavüzünə qarşı Londonda aksiya keçiriblər - VİDEO
28 İyul 2020 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
28 İyul 2020 Leyla Abdullayeva Ermənistanın birgə təlimləri “təxribat” adlandırmasına cavab verdi
28 İyul 2020 Öz Vətəninizə xoş gəldiniz Türk ordusu!

Xəbər lenti