.

Azərbaycanda kiçik su elektrik stansiyalarının fəaliyyətinin yaxşılaşdırılması və çayların hidroenerji potensialından səmərəli istifadə edilməsi ilə bağlı aparılan araşdırmaların nəticələrinə dair “SNC-Lavalin’s Atkins” şirkətinin yekun hesabatının onlayn formatda təqdimatı keçirilib.

AFİA.AZ xəbər verir ki, Energetika, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, “Azərnerji” ASC, “SNC-Lavalin’s Atkins”, BP və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə bildirilib ki, mövcud kiçik su elektrik stansiyalarının səmərəliliyinin qiymətləndirilməsinə, beynəlxalq təcrübə nəzərə alınmaqla stansiyaların fəaliyyətinin təkmilləşdirlməsinə, eləcə də son illərdə müşahidə olunan quraqlıq da nəzərə alınmaqla yeni su elektrik stansiyalarının tikintisinin məqsədəuyğunluğunun araşdırlmasına zərurət yaranıb. Bu məqsədlə 2018-ci ilin 19 oktyabr tarixində Energetika Nazirliyi ilə BP şirkəti arasında imzalanmış “Niyyət məktubu” çərçivəsində nazirlikdə aidiyyəti qurumların mütəxəssislərindən ibarət İşçi qrupu yaradılaraq və layihənin icrasına “SNC-Lavalin’s Atkins” şirkəti cəlb edilərək tədqiqatlar aparılıb. Layihə çərçivəsində 5 kiçik su elektrik stansiyası və yeni stansiyalar üçün seçilmiş 6 sahəyə səfərlər edilib və qiymətləndirmə aparılıb.
“SNC-Lavalin’s Atkins” şirkətinin nümayəndələri Rodrigo Freire De Macedo və Matt Skidmorenin təqdimatında ölkəmizdə mövcud kiçik su elektrik stansiyalarının, eləcə də seçilmiş ərazilərdə inşası planlaşdırılan stansiyaların səmərəlilik aspektindən qiymətləndirilməsi, texniki-iqtisadi göstəriciləri, dağ çaylarının potensialı və tövsiyələr diqqətə çatdırılıb.
Energetika naziri Pərviz Şahbazov iki il müddətinə həyata keçirilən bu layihənin əhəmiyyətini və layihəyə BP şirkəti, eləcə də digər qurumların dəstəyini yüksək qiymətləndirib. “Bu hesabat əsasında ölkəmizdə elektrik enerjisi istehsalı ehtiyaclarını, su potensialını və su qıtlığını nəzərə alaraq, kiçik su elektrik stansiyaları ilə bağlı inkişaf strategiyamızı işləyib hazırlaycağıq. Bu sahənin özəl sektorun cəlbi ilə inkişafı isə əsas hədəflərdən biridir”, deyə nazir əlavə edib.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Conz isə bildirib ki, Azərbaycanın zəngin karbohidrogen ehtiyatları var. Bununla belə hökumətin enerji keçidi ilə bağlı siyasəti təqdirəlayiqdir.
 
 
04 Avqust 2020 Azərbaycan nefti yenidən 45 dollardan baha satılmağa başlayıb
30 İyul 2020 240 MVt-lıq külək enerjisi layihəsinin ətraf mühitə və sosial təsirinin qiymətləndirməsi prosesi iln sonunda tamamlanacaq
11 İyul 2020 Bərpa olunan enerji sahəsinə əlavə investisiyaların cəlbi üzrə tədbirlərin icrası müzakirə edilib
10 İyul 2020 Samir Şərifova yeni səlahiyyət verildi
07 İyul 2020 “SNC-Lavalin’s Atkins” şirkəti Azərbaycanda kiçik su elektrik stansiyaları ilə bağlı yekun hesabatını təqdim edib
05 İyul 2020 Energetika Nazirliyi və Enerji Xartiyası Katibliyi arasında videokonfrans keçirilib
28 İyun 2020 Energetika Nazirliyi yanvar-may ayları üzrə neft və qaz hasilatına dair göstəriciləri açıqlayıb
26 İyun 2020 Azərbaycan nefti bahalaşıb
20 İyun 2020 Azərbaycan nefti həftə ərzində 2%-a yaxın bahalaşıb
12 İyun 2020 Türkmənistan 2019-cu ildə Rusiyaya 300 milyon dollarlıq qaz ixrac edib
30 May 2020 Dünya bazarlarında təbii qaz bahalaşıb
18 May 2020 Koronavirusun Azərbaycanda ticarət dövriyəsinə təsiri açıqlandı - RƏSMİ
07 May 2020 Baş bankirin xəbərdarlığı: Bu banklar bağlanacaq
06 May 2020 Banklar kredit borcu olanlara güzəşt edəcək? - VİDEO
27 Aprel 2020 Neftin qiyməti 40 dollara qalxacaq - OPEC
13 Aprel 2020 Energetika Nazirliyi “OPEC plus” ölkələri nazirlərinin qərarını yüksək qiymətləndirir
03 Aprel 2020 Azərbaycan neftinin qiyməti 22% yüksəldi
18 Mart 2020 Energetika Nazirliyinin “Çağrı mərkəzi” və “Qaynar xətti” Novruz bayramında fasiləsiz xidmət göstərəcək
16 Mart 2020 Faiz dərəcəsi ciddi şəkildə endirildi - Dollarla bağlı yeni xəbər
12 Mart 2020 Baş Nazir iqtisadi müşavirə keçirdi
09 Mart 2020 Neftin qiyməti düşür, manat ucuzlaşa bilər
27 Fevral 2020 Energetika naziri ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri ilə görüşüb
14 Fevral 2020 Macarıstanda Azərbaycanla enerji sahəsində əməkdaşlıq müzakirə edilib
12 Fevral 2020 Əlverişsiz hava kənd təsərrüfatına ziyan vuracaq- Mütəxəssislər narahatdır
31 Yanvar 2020 Valyuta ehtiyatlarının həcmi AÇIQLANDI
24 Yanvar 2020 Energetika naziri Siyəzəndə, nazir müavinləri Qobustan və Cəlilabadda vətəndaşları qəbul edib
13 Yanvar 2020 Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclası keçiriləcək
11 Yanvar 2020 Dekabr ayında gündəlik neft hasilatı 771 min barrel olub
10 Yanvar 2020 “ACWA Power” və “Masdar” şirkətləri ilə bərpa olunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı İcra müqavilələri imzalanıb
03 Yanvar 2020 Neftin qiymətinin artması geosiyasi gərginlik yarada bilər

Xəbər lenti