.



Danışıqlar prosesinin süni şəkildə uzadılması, status-kvonun saxlanılması bizim üçün qəbuledilməzdir. Təsadüfi deyil ki, ölkə başçısı nitqi zamanı bu mövzuya bir daha toxundu. Onun “Minsk Qrupundan konkret bəyanatlar gözləyirik” sözləri danışıqlar prosesinin hər an bitə biləcəyini göstərir.

AFİA.AZ xəbər verir ki,  bu sözləri açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli iyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalların açılışında iştirakı zamanı yerli kanallara müsahibəsində səsləndirdiyi fikirləri şərh edərkən deyib.
O bildirib ki, Prezident müsahibəsində həmçinin Dağlıq Qarabağ münaqişəsi çərçivəsində baş verən proseslər ətrafında sualları cavablandırdı:
“Bildiyimiz kimi, Azərbaycan işğala, soyqırıma məruz qalmış bir ölkədir. Bununla belə, heç zaman torpaqlarımızın qan bahasına geri qaytarılmasının tərəfdarı olmamışıq. Ona görə yox ki, biz zəif, ya da acizik. Əksinə, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Lakin münaqişənin həlli yönündə gedən sözdə danışıqlar prosesi vaxtı uzatmaqdan başqa bir məqsəd güdmür. Prezidentin həm ona ünvanlanan suallar, həm də çıxışı zamanı bu mövzuya toxunması onun mövcud vəziyyətdən narazı olduğuna dəlalət edir. Məsələ ondadır ki, ölkə başçısı “bizim mövqemizdə hər hansı bir dəyişiklik yoxdur, ola da bilməz” sözləri ilə hələ də danışıqlar prosesində maraqlı olduğunu bariz şəkildə bildirir. Lakin Prezidentin danışıqlar prosesinin hazırki vəziyyətindən narazı olduğu da bəllidir. Bu isə müharibə variantının hər zaman aktual olduğunu göstərir”.
Politoloq qeyd edib ki, Ermənistanın işğalçı mövqeyi təkcə siyasi sferada deyil, humanitar sahədə də özünü göstərir:
“Əslində, Ermənistanın düşmənçilik siyasətini bu dərəcədə qabarıq formada göstərməsi bizim maraqlarımıza uyğundur. Düşünün, Prezidentin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə səs verən yeganə ölkə Ermənistan idi. Bu, çox gülünc bir haldır. Bunun səbəbini isə ötən gün ölkə başçısı bir sözlə ifadə etdi: azərbaycanafobiya”.
03 Avqust 2020 Avqustun 5-dən bu dəyişikliklər olacaq - Rəsmi açıqlama
30 İyul 2020 Prezident şəhid general Polad Həşimovun adının əbədiləşdirilməsi barədə göstəriş verdi
27 İyul 2020 Prezident İlham Əliyev yeni Təhsil naziri təyin etdi
26 İyul 2020 "Palmali" şirkətinin 5 gəmisi Golden Eagle Şirkətinə satıldı
25 İyul 2020 Ceyhun Bayramov xaricdəki diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri ilə videokonfrans keçirib
22 İyul 2020 Türkiyə Milli Təhlükəsizlik Şurası: “Ermənistan işğal altındakı Azərbaycan torpaqlarını tərk etməlidir”
18 İyul 2020 Zakir Həsənov Rusiya Müdafiə naziri ilə telefonda danışdı
17 İyul 2020 XİN rəhbərləri erməni təxribatından danışdı
17 İyul 2020 Azərbaycan Müdafiə Nazirliyi: Düşmənin yalan xəbərlərini tirajlamamağa çağırırıq
16 İyul 2020 Paşinyan təcili Moskvaya yollandı
16 İyul 2020 Elmar Məmmədyarov Xarici işlər naziri vəzifəsindən azad edildi
16 İyul 2020 Prezidentin çağırışına səs verən minlərlə gənc qeydiyyata alınır
16 İyul 2020 Prezidentdən nazirin ünvanına sərt sözlər: Sən demə...
15 İyul 2020 İlham Əliyev Nazirlər Kabinetini topladı - YENİLƏNİB + CANLI YAYIM
15 İyul 2020 Şəhidlər Xiyabanı qarşısında toplaşan şəxslərdən bəziləri saxlanıldı, cinayət işi başlanıldı
15 İyul 2020 Düşmənin növbəti hərbi obyekti darmadağın edildi - VİDEO
14 İyul 2020 “Azərbaycan əsgəri işğalçını son yuvasına qədər qovaraq lazımi dərsini verəcək“ - Səfər Əbiyev
14 İyul 2020 MN məlumat yaydı- Şiddətli döyüşlər gedir
14 İyul 2020 General və polkovnik şəhid oldu: 100 erməni məhv edildi - Təcili
14 İyul 2020 Sahibkarlıq subyektlərinin 42%-i karantin qaydalarına əməl etməyib
13 İyul 2020 Erməni tərəfi Azərbaycanın heç bir texnikasını vurmayıb - RƏSMİ
13 İyul 2020 İlham Əliyev Tovuzdakı döyüşdən danışdı - Video
13 İyul 2020 “Azərbaycanın yanındayıq” - Türkiyə XİN
12 İyul 2020 İtki verən düşmən geri otuzdurulub, şəhidlərimiz var - Rəsmi
12 İyul 2020 Bakıda mobil polis postları qurulub, küçələrdə nəzarət gücləndirilib
11 İyul 2020 Baş nazir təhsillə bağlı qərar verdi
11 İyul 2020 Prezidentdən Cahangir Əsgərovla bağlı - Sərəncam
10 İyul 2020 190 manatı ala bilməyənlərin Nəzərinə! Proses başa çatdırıldı.
09 İyul 2020 Prezident işarə etdi: danışıqlar bitə bilər - Video
09 İyul 2020 Müdafiə nazirinin yeni müavini kimdir?

Xəbər lenti