.

“Aya Sofyanın statusu ilə bağlı son qərarı başqaları deyil, Türk milləti verib və digər ölkələr bu qərara hörmətlə yanaşmalıdırlar”.

Bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aya Sofya məbədinin muzey statusundan çıxarılaraq məscid olaraq istifadəyə verilməsi barədə qərara Qərb ölkələrinin etirazlarına münasibət bildirərkən söyləyib. 
Türkiyə Prezidenti bildirib ki, Türkiyənin Dövlət İşləri üzrə Məhkəməsinin (Danıştay) Aya Sofya ilə bağlı qərarını hüquq dövləti adına müsbət addım olaraq qiymətləndirir: “Aya Sofya Fatih Sultan Mehmet Xanın İstanbulu fəth edərkən ilk cümə namazını qıldığı və fəth rəmzi olaraq məscidə çevirdiyi bir yerdir. Buna görə onun yaddaşımızda yeri əvəzedilməzdir. Aya Sofyanın 1934-cü ildə məsciddən muzeyə çevrilməsi millətimiz üçün ağrılı bir qərar idi və ona görə Aya Sofya orijinal məscid halına qayıtmalı idi. Danıştay qərar verənə qədər ölkə daxilindən və xaricdən edilən narazılıqların da bizim üçün heç bir dəyəri olmadı. Bu ölkəmizin daxili işidir”.
Qeyd edək ki, iyulun 10-da Türkiyə məhkəməsi İstanbuldakı Aya Sofya məbədinin muzeydən məscidə çevrilməsi ilə bağlı qərar verib. Danıştay (dövlət idarəçiliyi ilə bağlı işlərə baxan məhkəmə) Aya Sofyanın məsciddən muzeyə çevrilməsinə dair 24 noyabr 1934-cü il tarixli Nazirlər Kabinetinin qərarını ləğv edib. Həmin gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə müvafiq fərman imzalayaraq, Aya Sofya məbədinin muzeydən məscidə çevrilməsi ilə bağlı məhkəmənin qərarını təsdiqləyib. Fərmana əsasən, Aya Sofyanın Türkiyə Diyanət İşləri Başqanlığının balansına verilməklə ibadətə açılmasına qərar verilib.
Türkiyə Prezidenti avqustun 24-də Aya Sofyada ilk namazın qılınacağını bildirib.
APA
29 Avqust 2020 Qış aylarında koronavirus daha da şiddətlənəcək - XƏBƏRDARLIQ
28 Avqust 2020 Dərsliklərin şagirdlərə paylanılması qaydası açıqlandı
23 Avqust 2020 Məhkəmə icra başçısı ilə bağlı qərar verdi
10 Avqust 2020 Yoluxma kəskin azaldı: toylar başlaya bilər... - Həkim
10 Avqust 2020 Bu şəxslər rayonlara gedib-gələ biləcək
07 Avqust 2020 Sumqayıtda zavoddakı yanğın söndürüldü: Yeddi nəfər xəsarət alıb, birinin vəziyyəti ağırdır
07 Avqust 2020 Bu şəhər və rayonların əhalisinə 190 manat veriləcək
31 İyul 2020 DTX-nın həbs etdiyi generalın yerinə o təyin olundu - Foto
25 İyul 2020 Türkiyə bayrağı yandırıldı – XİN-dən reaksiya
16 İyul 2020 Sərt karantin rejimi daha iki həftə uzadıla bilər - RƏSMİ + VİDEO
13 İyul 2020 DTX Rəhim Qazıyevi saxladı: cinayət işi açıldı
12 İyul 2020 Ərdoğan: "Son qərarı başqaları deyil, Türk milləti verib"
09 İyul 2020 Marketin “qaydasızlığı” baha başa gəldi - VİDEO
06 İyul 2020 Azərbaycanda onlarla ana və uşağı koronaya yoluxdu
30 İyun 2020 İyul-avqustda bizi dəhşətli istilər gözləyir - Ekspert
10 İyun 2020 “Koronavirusun mənbəyi başqa ölkə ola bilər” – Çin səfiri
05 İyun 2020 İki günlük qadağada zibil də atmaq olmaz - Rəsmi
03 İyun 2020 Nazir oğlunun Nyu-Yorkda aldığı evlərin görüntüləri yayıldı — FOTOLAR
01 İyun 2020 168 nəfər koronaya yoluxdu, 5 nəfər öldü - Rəsmi
29 May 2020 Restoranlar kuryerləri ölümə göndərir - Ekspert
20 May 2020 Onlayn dərslər keçməyən müəllimlərə əməkhaqları verilməyəcək?
17 May 2020 Xəzərdə dalğanın hündürlüyü 4,2 metrə çatıb - FAKTİKİ HAVA
15 May 2020 Azərbaycanda daha 101 nəfər koronavirusa yoluxdu - 43 yaşlı şəxs öldü
12 May 2020 Azərbaycanda daha 104 nəfər koronavirusa yoluxdu, 55 nəfər sağaldı, 1 nəfər vəfat etdi
07 May 2020 Bakıda yağışdan sonra maşınlar su altında qaldı - Video
02 May 2020 Azərbaycanda daha bir neçə vəzifəli şəxs həbs edildi
28 Aprel 2020 “Repititorlar necə fəaliyyət göstərə bilər?” - AÇIQLAMA
23 Aprel 2020 190 manatın verilməsində MÜHÜM YENİLİK: gələn ay… – RƏSMİ
16 Aprel 2020 Nazirlik 20 min şəxsə 190 manatlıq ödəmə verməkdən imtina etdi
14 Aprel 2020 Paşinyan-kilsə savaşı pik həddə: Rus mediası sirləri açdı

Xəbər lenti