.


Sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Tovuz istiqamətindəki erməni təxribatına münasibət bildirib.
AFİA.AZ xəbər verir ki, keçmiş nazir Moderator.az-a açıqlamasında belə deyib:
"Tarixi düşmən öz məkirli niyyətindən geri durmaq istəmir. Sözüz onu bu qudurğan hala gətirən ciddi səbəblər var və bunlar nəinki bizə, bütün dünyaya məlumdur. Ancaq haqq və ədalətin bərpası məsələsi meydana gələr-gəlməz beynalxalq birliyin, xüsusilə Minsk qrupunun susqunluğunun və ya ikibaşlı oyunlarının şahidi oluruq. işğalçı Ermənistan barədə heç bir ölçü götürülməməsi əyani şəkildə sübut edir ki, təcavüzkarın arxasında dayanan qüvvələr Azərbaycana təzyiqin müxtəlif forma və metodlarını yürütməkdə davam edirlər.
 Təsəvvür edin, Birləşmiş Millətlər  Təşkilatının 4 mühüm qətnaməsi olsa da işğalçı Ermənistan Dağlıq Qarabağdan əsgəri qüvvəsini çıxarmır, hətta  torpaqlarımızın ilhaqı üzərində öz mövqeyini  möhkəmləndirməyə çalışır. Bu günkü sərhəd döyüşlərinin baş verməsinin bir səbəbi də buna bağlıdır. Azərbaycan heç bir vaxt işğalçı Ermənistan siyasətinə  imkan verməyəcəkdir. Mən ordumuzun gücünə, torpaq sevgisinə, vətən duyğusuna çox yaxından bələdəm. 20 ilə yaxın əsgərimizlə çiyindaş olduğum günlərdən onun qəhrəmanlığını, şücaətini, düşmən qarşısında əyilməz bir qürura sahib olduğunu öz gözlərimlə görmüşəm. Ona görə də Azərbaycan Silahlı Qüvvələrinin gücünə inanır və onun düşmən üzərində son qələbəsinə böyük ümidlərlə baxıram.
Döyüş belədir ki, itkisiz keçilmir. Tovuz rayonu ilə həmsərhəd ərazilərimizdə düşmənin həmləsinə qətiyyətlə cavab verən Azərbaycan Ordusu Ermənistan silahlı bölmələrinə ağır zərbələr endirmişdir. Düşmən təşviş içərisindədir. İnanıram ki, Azərbaycan əsgəri işğalçını son yuvasına qədər qovaraq lazımi dərsini verəcək. 
Allah şəhidlərimizə rəhmət eləsin!"
23 Sentyabr 2020 Qarabağda yerləşdirilən PKK terrorçuları - Azərbaycan-Türkiyə səbrinin sınağı
23 Sentyabr 2020 Lavrov: "Paşinyanın Qarabağla bağlı fikirləri münaqişənin nizamlanmasına maneə törədir"
21 Sentyabr 2020 İlham Əliyev BMT-də videomüraciətlə çıxış etdi – VİDEO
21 Sentyabr 2020 Vəziyyət kəskinləşib: Düşmən ağır itkilərə məruz qaldı
19 Sentyabr 2020 General: Düşmən təxribata hazırlaşır, hazır olun! - Video
14 Sentyabr 2020 Nazirlər Kabinetinin xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə qərarı qüvvəyə minib
14 Sentyabr 2020 Türkiyə XİN: ABŞ Şərqi Aralıq dənizi bölgəsində gərginliyi artırır
09 Sentyabr 2020 “DQR” işğalı təsdiqlədi, İrəvandan dərhal əmr gəldi - Foto
09 Sentyabr 2020 Ermənistan üçün kabus: Bakı-Ankara ittifaqı işğal-ilhaq planlarını puç edir
08 Sentyabr 2020 Prezident Ramiz Mehdiyevi bu vəzifədən çıxardı - Sərəncam
07 Sentyabr 2020 Azərbaycan - Türkiyə qardaşlığı və Tovuz döyüşləri haqqında möhtəşəm film - VİDEO
05 Sentyabr 2020 Jurnalistlərin üçüncü binası gələn il təhvil veriləcək? - Qurum sözçüsü açıqladı
04 Sentyabr 2020 Sentyabrın 8-dən bu dəyişikliklər olacaq - Rəsmi açıqlama
31 Avqust 2020 Karantin rejimi öz səmərəsini verir - Prezident
28 Avqust 2020 Ərdoğan güzəştə getməyəcək, haqqı olanı alacaq
23 Avqust 2020 Putin hərbçilərə müraciət etdi
22 Avqust 2020 Ramiz Mehdiyevin kürəkəni və qudası məhkəməyə gətirildi - Yenilənir
19 Avqust 2020 Kürdəmirdə 5 nəfər saxlanıldı
18 Avqust 2020 İlham Əliyev Əfqanıstan prezidentini təbrik etdi
16 Avqust 2020 Zurabyan Paşinyanı tənqid etdi: “Nə ingiliscə bilir, nə də Qarabağ haqqında…”
15 Avqust 2020 Abbas Abbasovun həbs xəbəri yayıldı
14 Avqust 2020 VASİTƏÇİ İŞĞALÇINI SİLAHLANDIRMALIDIRMI?
13 Avqust 2020 DTX səfir Eldar Həsənovu həbs etdi - Şok
11 Avqust 2020 Ərdoğan Ceyhun Bayramov və Zakir Həsənovla görüşdü
11 Avqust 2020 Ceyhun Bayramov Çavuşoğlu ilə təkbətək görüşdü - FOTOLAR
07 Avqust 2020 Serbiya Prezidenti Əliyevə zəng vurdu - Silah məsələsi müzakirə edildi
03 Avqust 2020 Avqustun 5-dən bu dəyişikliklər olacaq - Rəsmi açıqlama
30 İyul 2020 Prezident şəhid general Polad Həşimovun adının əbədiləşdirilməsi barədə göstəriş verdi
27 İyul 2020 Prezident İlham Əliyev yeni Təhsil naziri təyin etdi
26 İyul 2020 "Palmali" şirkətinin 5 gəmisi Golden Eagle Şirkətinə satıldı

Xəbər lenti