.

İyul ayının 14-dən 15-nə keçən gecə, paytaxtın bəzi sakinləri, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən hərbi əməliyyatlara dəstək və respublikanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsini anmaq məqsədilə Şəhidlər Xiyabanı qarşısında toplaşıblar.  

AFİA.AZ xəbər verir ki, sonradan həmin yerə gələn bir qrup şəxs vətəndaşlar arasında çaşqınlıq yaratmağa, ictimai qaydanı pozmağa cəhd edib, asayişi mühafizə vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı hüquqazidd hərəkətlərə yol verərək onların qanuni tələblərinə qəsdən tabe olmayıb, daş və digər müxtəlif əşyalarla həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq edib müqavimət göstəriblər.

Nəticədə 7 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, 2 xidməti avtomobil aşırılaraq yararsız hala salınıb, daha 14 xidməti avtomobilə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulub.

Dəfələrlə edilmiş xəbərdarlıqlara məhəl qoyulmadığından, eləcə də vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün görülmüş operativ tədbirlərlə ictimai asayiş bərpa edilib.

Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 220-ci (kütləvi iğtişaş) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Hüquqazidd əməllərin iştirakçılarından bəziləri saxlanılıb.
Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi düşmənlə təmas xəttində ağır döyüşlərin getdiyi mövcud həssas dönəmdə ölkənin paytaxtında, digər şəhər və rayonlarında hər hansı kütləvi toplantının keçirilməsinin yolverilməzliyini xüsusi qeyd edir, vətəndaşları bu cür hərəkətlərdən çəkinməyə, təmkinli olmağa, dövlətçilik maraqlarını üstün tutmağa, təxribatlara uymamağa çağırır.

03 Avqust 2020 Avqustun 5-dən bu dəyişikliklər olacaq - Rəsmi açıqlama
30 İyul 2020 Prezident şəhid general Polad Həşimovun adının əbədiləşdirilməsi barədə göstəriş verdi
27 İyul 2020 Prezident İlham Əliyev yeni Təhsil naziri təyin etdi
26 İyul 2020 "Palmali" şirkətinin 5 gəmisi Golden Eagle Şirkətinə satıldı
25 İyul 2020 Ceyhun Bayramov xaricdəki diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri ilə videokonfrans keçirib
22 İyul 2020 Türkiyə Milli Təhlükəsizlik Şurası: “Ermənistan işğal altındakı Azərbaycan torpaqlarını tərk etməlidir”
18 İyul 2020 Zakir Həsənov Rusiya Müdafiə naziri ilə telefonda danışdı
17 İyul 2020 XİN rəhbərləri erməni təxribatından danışdı
17 İyul 2020 Azərbaycan Müdafiə Nazirliyi: Düşmənin yalan xəbərlərini tirajlamamağa çağırırıq
16 İyul 2020 Paşinyan təcili Moskvaya yollandı
16 İyul 2020 Elmar Məmmədyarov Xarici işlər naziri vəzifəsindən azad edildi
16 İyul 2020 Prezidentin çağırışına səs verən minlərlə gənc qeydiyyata alınır
16 İyul 2020 Prezidentdən nazirin ünvanına sərt sözlər: Sən demə...
15 İyul 2020 İlham Əliyev Nazirlər Kabinetini topladı - YENİLƏNİB + CANLI YAYIM
15 İyul 2020 Şəhidlər Xiyabanı qarşısında toplaşan şəxslərdən bəziləri saxlanıldı, cinayət işi başlanıldı
15 İyul 2020 Düşmənin növbəti hərbi obyekti darmadağın edildi - VİDEO
14 İyul 2020 “Azərbaycan əsgəri işğalçını son yuvasına qədər qovaraq lazımi dərsini verəcək“ - Səfər Əbiyev
14 İyul 2020 MN məlumat yaydı- Şiddətli döyüşlər gedir
14 İyul 2020 General və polkovnik şəhid oldu: 100 erməni məhv edildi - Təcili
14 İyul 2020 Sahibkarlıq subyektlərinin 42%-i karantin qaydalarına əməl etməyib
13 İyul 2020 Erməni tərəfi Azərbaycanın heç bir texnikasını vurmayıb - RƏSMİ
13 İyul 2020 İlham Əliyev Tovuzdakı döyüşdən danışdı - Video
13 İyul 2020 “Azərbaycanın yanındayıq” - Türkiyə XİN
12 İyul 2020 İtki verən düşmən geri otuzdurulub, şəhidlərimiz var - Rəsmi
12 İyul 2020 Bakıda mobil polis postları qurulub, küçələrdə nəzarət gücləndirilib
11 İyul 2020 Baş nazir təhsillə bağlı qərar verdi
11 İyul 2020 Prezidentdən Cahangir Əsgərovla bağlı - Sərəncam
10 İyul 2020 190 manatı ala bilməyənlərin Nəzərinə! Proses başa çatdırıldı.
09 İyul 2020 Prezident işarə etdi: danışıqlar bitə bilər - Video
09 İyul 2020 Müdafiə nazirinin yeni müavini kimdir?

Xəbər lenti