.


Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən növbəti buraxılış (qəbul) imtahanları keçiriləcək.


DİM-dən verilən məlumata görə, iştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.
İmtahanlar saat 11:00-da başlanır. 
İmtahanların başlanmasına 15 dəqiqə qalmış, saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 
Xatırladaq ki, kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. 
Şagirdlər (abituriyentlər) imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

- imtahana buraxılış vərəqəsini; 
-Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız); 
-  şəxsiyyəti təsdiq edən sənədin əslini: 

a)Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; 
b)əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; 

-Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahana buraxılış vərəqəsi şagirdin (abituriyentin) özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.

İmtahan keçiriləcək tarixlərdə sərtləşdirilmiş karantin rejimi tətbiq olunan bölgələrdəki imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək. İmtahan iştirakçısına “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə onu müşayiət edəcək 1 nəfər üçün arayış da çap etmək imkanı yaradılıb. Arayış imtahan iştirakçısı tərəfindən doldurulmalı və imza ilə təsdiqlənməlidir. Arayış yoxlama zamanı şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilir və imtahan iştirakçısının özü iştirak etdikdə (imtahan binasının yaxınlığında gözləmək istisna olmaqla) və onun müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi) təqdim edildikdə etibarlıdır. Yoxlama zamanı zərurət yarandıqda QR kodundan istifadə olunur.

Diqqət! Bir imtahan iştirakçısını birdən artıq şəxs müşayiət edə bilməz.

İmtahanlarda 14255  şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulur. 

İmtahanların təşkil edilməsi üçün ümumilikdə 64 imtahan binası, 1107 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 64 ümumi imtahan rəhbəri, 179 imtahan rəhbəri, 1443 nəzarətçi–müəllim, 128 buraxılışı təşkil edən əməkdaş, 71 bina nümayəndəsi ayrılıb.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 30 iyul 2020-ci il tarixində şəhər və rayonların imtahan qrafikinə uyğun olaraq: 

• 9 və 11-ci sinif üzrə buraxılış (qəbul) imtahanları;

• Əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanları;

• Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci sinif (cari və əvvəlki illər) məzunları və 9-cu sinif cari ilin məzunları, həmçinin kollecə sənəd verən 9-cu sinif (cari və əvvəlki illər) məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları;

• Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları keçiriləcək.
05 Avqust 2020 Milli Məclisin iclası başladı
04 Avqust 2020 Millət vəkilləri şəhid əsgərin ata ocağına getdilər
04 Avqust 2020 DİN rayonlara gediş-gəlişin necə tənzimlənəcəyini açıqlayıb
03 Avqust 2020 Yenidən 190 manat veriləcək? - Rəsmi
02 Avqust 2020 Qənirə Paşayeva Asiya Parlament Assambleyasına MÜRACİƏT ÜNVANLADI
02 Avqust 2020 Millət vəkilləri şəhid mayorun ailəsini ziyarət etdi
02 Avqust 2020 ÜST beynəlxalq fövqəladə vəziyyət rejimini uzatdı
01 Avqust 2020 Hacıyev rus mətbuatına danışdı: İrəvanın hədəfləri...
01 Avqust 2020 Prezident İnam Kərimova yeni müavin təyin etdi
01 Avqust 2020 Millət vəkilləri şəhid generalın ata ocağını ziyarət edib.
31 İyul 2020 Rayonlara gediş-gəliş bərpa olunacaq? - TƏBİB-dən AÇIQLAMA
31 İyul 2020 TƏBİB-dən məktəb və uşaq bağçalarının açılması ilə bağlı — RƏSMİ AÇIQLAMA
31 İyul 2020 Orduya dəstək yürüşü ilə bağlı yaxın günlərdə yoluxma sayı arta bilərmi? - TƏBİB-dən AÇIQLAMA
31 İyul 2020 MN: Naxçıvan istiqamətində atəşkəsi ermənilər pozub
31 İyul 2020 “Sərt karantin rejimi yumşaldıla bilər” - TƏBİB rəsmisi+Video
31 İyul 2020 Ağdamda İran istehsalı olan mərmilər tapıldı - Foto
30 İyul 2020 Prezidentin tapşırığı ilə yeni təcili yardım maşınları gətirildi
30 İyul 2020 Büdcəyə yenidən baxılacaq - Təkliflər NK-ya təqdim edildi
30 İyul 2020 Şəhid polkovnikin ailəsi ziyarət edildi
30 İyul 2020 Los-Anceles meri erməni vandallarının hücumunu pislədi
30 İyul 2020 Bu gün buraxılış imtahanları keçirilir
30 İyul 2020 “Azərbaycan bizi aclıqdan xilas etdi, bunu unutmarıq” - Saakaşvili+Video
29 İyul 2020 Millət vəkilinin kitabı Təbrizdə nəşr edildi.
29 İyul 2020 Qobustanda modul tipli xəstəxananın açılışı oldu - FOTOLAR (YENİLƏNİB)
29 İyul 2020 Təhsil Nazirliyi dərslikləri qiymətləndirən mütəxəssislər axtarır
29 İyul 2020 "Zəyəmçay su anbarı Tovuz üçün həyatı önəm ərz edən layihələrdəndir"-Qənirə Paşayeva
28 İyul 2020 “Azərbaycanın torpaqlarını azad etmək səylərinə dəstək veririk” - Ərdoğan + Video
28 İyul 2020 Azərbaycanlılar erməni təcavüzünə qarşı Londonda aksiya keçiriblər - VİDEO
28 İyul 2020 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
28 İyul 2020 Leyla Abdullayeva Ermənistanın birgə təlimləri “təxribat” adlandırmasına cavab verdi

Xəbər lenti