.

Millət vəkilləri Q.Paşayeva və M.Məmmədov şəhid generalın ata ocağını ziyarət edib.

AFİA.AZ xəbər verir ki, 14 iyulda Tovuzda düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuş general Polad Həşimovun Qəbələnin Vəndam kəndindəki ata ocağı bugün millət vəkilləri Qənirə Paşayeva və Məşhur Məmmədov tərəfindən ziyarət edilib. Qənirə Paşayeva şəhid generalın ata evini ziyarət etməyin, müqəddəs Qurban bayramı Günü generalın ailə üzvləri ilə bir yerdə olmağın mənəvi borc və unudulmaz gün olduğunu deyib. O,general Polad Həşimovun yüksək vətənpərvərliyinin canlı şahidi olduğunu deyib. Polad Həşimov kimi generalların milli sərvət olduğunu və onların şəhid olduqdan sonra da, qoyub getdikləri ömürlə, əcdadların hərbi ənənələrinə əsaslanan sərkərdəlik bacarıqlarının bir örnək təşkil etdiyini bildirib.
“General Polad Həşimov 2016-cı ilin aprelində olduğu kimi, Tovuza düşmən hücumunu dəf edərkən də, adına və rütbəsinə yaraşan şəkildə müstəsna vətənkeşlik ruhu ilə irəli atıldı, düşmənə sarsıdıcı zərbələr vurdu və dövlət sərhəddimizi qorudu”. Polad Həşimovun 2003-cü ildə Ümumilli lider Heydər Əliyevin Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı, 2009-cu ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” medalı, 2014-cü ildə III dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa görə II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildiyini, 2019-cu il, iyunun 25-də isə ona general-mayor ali hərbi rütbəsi verildiyini xatırladan Q.Paşayeva, generalın xatirəsinin, hərbçi özkeçmişinin unudulmaz olduğunu vurğulayıb.
Ali Baş Komandan cənab İlham Əliyevin Qəbələyə dünənki səfərində bir daha Polad Həşimovun haqqında danışdığını, xidmətlərini xatırlatdığını deyən xanım Paşayeva, qəhrəmanın adının Qəbələdə və Tovuzda tezliklə əbədiləşdiriləcəyinin artıq bəlli olduğunu bildirib.
Ən böyük qiymətin Tanrı tərəfindən – hərbçi istedadı, gözəl ailə, nüfuzedici şəxsiyyət və nəhayət şəhidlik mərtəbəsi ilə verildiyini deyən Q.Paşayeva, dövlətin, xalqın da öz şəhid generalını bağrına basdığının, xatirəsini uca tutduğunun qürurverici olduğunu deyib.
Millət vəkili Məşhur Məmmədov general Polad Həşimovun şəhid olmasının bütün dünyada bilinməsini, dünyanın dörd tərəfindəki həmvətənlərimiz tərəfindən duyrulduğunu, onun adının bir milli birlik, həmrəylik hadisəsinə dönüşdüyünü deyib. M.Məmmədov hadisələr vaxtı Tovuza getdiyini, keçən günlərdə generalın silahdaşı olmuş digər şəhidlərin ailəsinin də ziyarət olunduğunu, bugün və sabah da belə ziyarətlərin davam edəcəyini və bu ziyarətlərin bir mənəvi borc olduğunu deyib. Millət vəkilləri, şəhid generalın ailəsinin qayğıları ilə maraqlanıb; qeyd edilib ki, şəhidlərimizin hər birinin ailəsi dövlətimizin ali rəhbərliyinin yüksək diqqətindədir və hər bir millət vəkilinin, məmurunun da borcu, şəhid ailələrinə münasibətdə dövlət başçısından örnək götürməkdir.
04 Avqust 2020 Millət vəkilləri şəhid əsgərin ata ocağına getdilər
04 Avqust 2020 DİN rayonlara gediş-gəlişin necə tənzimlənəcəyini açıqlayıb
03 Avqust 2020 Yenidən 190 manat veriləcək? - Rəsmi
02 Avqust 2020 Qənirə Paşayeva Asiya Parlament Assambleyasına MÜRACİƏT ÜNVANLADI
02 Avqust 2020 Millət vəkilləri şəhid mayorun ailəsini ziyarət etdi
02 Avqust 2020 ÜST beynəlxalq fövqəladə vəziyyət rejimini uzatdı
01 Avqust 2020 Hacıyev rus mətbuatına danışdı: İrəvanın hədəfləri...
01 Avqust 2020 Prezident İnam Kərimova yeni müavin təyin etdi
01 Avqust 2020 Millət vəkilləri şəhid generalın ata ocağını ziyarət edib.
31 İyul 2020 Rayonlara gediş-gəliş bərpa olunacaq? - TƏBİB-dən AÇIQLAMA
31 İyul 2020 TƏBİB-dən məktəb və uşaq bağçalarının açılması ilə bağlı — RƏSMİ AÇIQLAMA
31 İyul 2020 Orduya dəstək yürüşü ilə bağlı yaxın günlərdə yoluxma sayı arta bilərmi? - TƏBİB-dən AÇIQLAMA
31 İyul 2020 MN: Naxçıvan istiqamətində atəşkəsi ermənilər pozub
31 İyul 2020 “Sərt karantin rejimi yumşaldıla bilər” - TƏBİB rəsmisi+Video
31 İyul 2020 Ağdamda İran istehsalı olan mərmilər tapıldı - Foto
30 İyul 2020 Prezidentin tapşırığı ilə yeni təcili yardım maşınları gətirildi
30 İyul 2020 Büdcəyə yenidən baxılacaq - Təkliflər NK-ya təqdim edildi
30 İyul 2020 Şəhid polkovnikin ailəsi ziyarət edildi
30 İyul 2020 Los-Anceles meri erməni vandallarının hücumunu pislədi
30 İyul 2020 Bu gün buraxılış imtahanları keçirilir
30 İyul 2020 “Azərbaycan bizi aclıqdan xilas etdi, bunu unutmarıq” - Saakaşvili+Video
29 İyul 2020 Millət vəkilinin kitabı Təbrizdə nəşr edildi.
29 İyul 2020 Qobustanda modul tipli xəstəxananın açılışı oldu - FOTOLAR (YENİLƏNİB)
29 İyul 2020 Təhsil Nazirliyi dərslikləri qiymətləndirən mütəxəssislər axtarır
29 İyul 2020 "Zəyəmçay su anbarı Tovuz üçün həyatı önəm ərz edən layihələrdəndir"-Qənirə Paşayeva
28 İyul 2020 “Azərbaycanın torpaqlarını azad etmək səylərinə dəstək veririk” - Ərdoğan + Video
28 İyul 2020 Azərbaycanlılar erməni təcavüzünə qarşı Londonda aksiya keçiriblər - VİDEO
28 İyul 2020 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
28 İyul 2020 Leyla Abdullayeva Ermənistanın birgə təlimləri “təxribat” adlandırmasına cavab verdi
28 İyul 2020 Öz Vətəninizə xoş gəldiniz Türk ordusu!

Xəbər lenti