.

Ermənistanın Azərbaycanla sərhəddəki təxribatı tam fiaskoya uğradı.

AFİA.AZ Trend-ə istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiyanın "Natsionalnaya oborona" jurnalına müsahibəsində deyib.
O bildirib ki, Azərbaycan-Ermənistan dövlət sərhədində Tovuz istiqamətində baş vermiş gərginlik erməni təxribatının nəticəsi idi:
"Bu hərbi avantüra ilə rəsmi İrəvan bir neçə hədəf güdürdü. Şərti olaraq onları daxili və xarici məsələlərə bölmək olar".
H.Hacıyev bildirib ki, daxili məsələlər Ermənistanda COVID-19 pandemiyası ilə bağlı güclənməkdə olan ağır siyasi və sosial-iqtisadi vəziyyətlə əlaqədardır:
"Məlum olduğu kimi, 2018-ci ildə Paşinyan Ermənistanda erməni xalqına populist vədləri fonunda hakimiyyətə gəldi. Amma zaman göstərdi ki, onun hökuməti həmin vədləri yerinə yetirmək, ölkədə həyatı yaxşı yönə dəyişmək iqtidarında deyil. COVID-19-la bağlı vəziyyət Ermənistan hökumətinin qeyri-effektivliyini aydın şəkildə göstərdi".
Onun sözlərinə görə, xarici səbəblər arasında Azərbaycanın beynəlxalq arenada nəhəng uğurlarını qeyd etmək lazımdır:
"Bizim beynəlxalq mövqelərimizin güclənməsi, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi məsələsində mövqelərimizin güclənməsi Ermənistanın paxıllığına səbəb olur. Bu şəraitdə destuktiv siyasət yürüdən və Azərbaycan ərazilərinin işğalını davam etdirən Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini iki ölkə arasında, bu dəfə dövlət sərhədində yeni gərginlik ocağı yaratmaqla beynəlxalq ictimaiyyətini diqqətini Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdən yayındırmağa çalışır".
Prezidentin köməkçisi vurğulayıb ki, bu cür təxribatlarla rəsmi İrəvan guya Azərbaycanın Ermənistan ərazisinə hücum etməsi barədə rəy yaratmağa və Ermənistan-Azərbaycan münaqişəsinə üzv olduğu hərbi-siyasi təşkilatları cəlb etməyə çalışır:"Bundan başqa, Ermənistanı məqsədləri arasında ixrac neft-qaz kəmərləri, "Şərq-Qərb" nəqliyyat dəhlizi kimi strateji beynəlxalq layihələrə təhdid yaratmaq yer alır. Əminliklə deyə bilərik ki, Ermənistan qarşıya qoyduğu məqsədlərə çatmadı və onun təxribatı tam fiaskoya uğradı".
H.Hacıyev qeyd edib ki, hərbi əməliyyatlara ilk olaraq Ermənistan qoşunları başlayıb. O, əlavə edib ki, Azərbaycanın Ermənistanla dövlət sərhədində heç bir hərbi planı və ya məqsədi yoxdur:
"Bir müddət əvvəl baş vermiş təxribat zamanı Azərbaycan Silahlı Qüvvələrinin döyüş tapşırığı dövlət sərhədlərinin və dinc əhalinin təhlükəsizliyinn qorunması idi. Azərbaycan ordusu düşmənə layiqli cavab verdi və öz döyüşqabiliyyətliliyini və yüksək döyüş ruhunu bir daha təsdiq etdi. Döyüş əməliyyatları zonasında vəziyyət barədə tam məlumatlı olan Azərbaycan Silahlı Qüvvələri operativ vəziyyətə səmərəli şəkildə nəzarət edirdilər".
O qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının prinsipləri çoxdan məlumdur:
"Münaqişə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbu etdiyi dörd qətnamə, Helsinki Yekun aktı, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalıdır. Digər həll yolu yoxdur və ola da bilməz. Bu prinsipləri əsas tutaraq mərhələli nizamlama prosesində Ermənistan öz işğalçı qüvvələrini Dağlıq Qarabağdan və ətraf rayonlardan çıxarmalı və məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtmaları üçün şərait yaratmalıdır".
Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomatik nizamlanması məsələsinə sadiq qalmaqdadır:
"Amma danışıqlar xətrinə danışıqlar qəbuledilməzdir. Münaqişənin həlli üçün ATƏT-in Minsk Qrupu çərçivəsində Azərbaycan ərazilərinin azad edilmısi məsələsinin məqsədilə predmet danışıqları lazımdır. Azərbaycan prosesində Ermənistan işğalçı qüvvələrinin Dağlıq Qarabağdan və ətraf rayonlardan çıxarılması və məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtmasında təkid edir. Öz növbəsində, beynəlxalq ictimaiyyət Ermənstana təcavüzkar ölkə olaraq açıq şəkildə bildirib ki, güc yolu ilə beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsi qəbuledilməzdir. Sonda bir daha Azərbaycan Prezidenti İlham Əliyevin "Valday" beynəlxalq diskussiya klubunun plenar sessiyasında səsləndirdiyi mövqey təkrar etmək istəyirəm: "Qarabağ Azərbaycandır və nida işarəsi!"
04 Avqust 2020 Millət vəkilləri şəhid əsgərin ata ocağına getdilər
04 Avqust 2020 DİN rayonlara gediş-gəlişin necə tənzimlənəcəyini açıqlayıb
03 Avqust 2020 Yenidən 190 manat veriləcək? - Rəsmi
02 Avqust 2020 Qənirə Paşayeva Asiya Parlament Assambleyasına MÜRACİƏT ÜNVANLADI
02 Avqust 2020 Millət vəkilləri şəhid mayorun ailəsini ziyarət etdi
02 Avqust 2020 ÜST beynəlxalq fövqəladə vəziyyət rejimini uzatdı
01 Avqust 2020 Hacıyev rus mətbuatına danışdı: İrəvanın hədəfləri...
01 Avqust 2020 Prezident İnam Kərimova yeni müavin təyin etdi
01 Avqust 2020 Millət vəkilləri şəhid generalın ata ocağını ziyarət edib.
31 İyul 2020 Rayonlara gediş-gəliş bərpa olunacaq? - TƏBİB-dən AÇIQLAMA
31 İyul 2020 TƏBİB-dən məktəb və uşaq bağçalarının açılması ilə bağlı — RƏSMİ AÇIQLAMA
31 İyul 2020 Orduya dəstək yürüşü ilə bağlı yaxın günlərdə yoluxma sayı arta bilərmi? - TƏBİB-dən AÇIQLAMA
31 İyul 2020 MN: Naxçıvan istiqamətində atəşkəsi ermənilər pozub
31 İyul 2020 “Sərt karantin rejimi yumşaldıla bilər” - TƏBİB rəsmisi+Video
31 İyul 2020 Ağdamda İran istehsalı olan mərmilər tapıldı - Foto
30 İyul 2020 Prezidentin tapşırığı ilə yeni təcili yardım maşınları gətirildi
30 İyul 2020 Büdcəyə yenidən baxılacaq - Təkliflər NK-ya təqdim edildi
30 İyul 2020 Şəhid polkovnikin ailəsi ziyarət edildi
30 İyul 2020 Los-Anceles meri erməni vandallarının hücumunu pislədi
30 İyul 2020 Bu gün buraxılış imtahanları keçirilir
30 İyul 2020 “Azərbaycan bizi aclıqdan xilas etdi, bunu unutmarıq” - Saakaşvili+Video
29 İyul 2020 Millət vəkilinin kitabı Təbrizdə nəşr edildi.
29 İyul 2020 Qobustanda modul tipli xəstəxananın açılışı oldu - FOTOLAR (YENİLƏNİB)
29 İyul 2020 Təhsil Nazirliyi dərslikləri qiymətləndirən mütəxəssislər axtarır
29 İyul 2020 "Zəyəmçay su anbarı Tovuz üçün həyatı önəm ərz edən layihələrdəndir"-Qənirə Paşayeva
28 İyul 2020 “Azərbaycanın torpaqlarını azad etmək səylərinə dəstək veririk” - Ərdoğan + Video
28 İyul 2020 Azərbaycanlılar erməni təcavüzünə qarşı Londonda aksiya keçiriblər - VİDEO
28 İyul 2020 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
28 İyul 2020 Leyla Abdullayeva Ermənistanın birgə təlimləri “təxribat” adlandırmasına cavab verdi
28 İyul 2020 Öz Vətəninizə xoş gəldiniz Türk ordusu!

Xəbər lenti