.

Azərbaycanda koronavirus infeksiyasına 286 yeni yoluxma faktı qeydə alınıb, 639 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 32 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 27 113 nəfər müalicə olunaraq sağalıb, 462 nəfər vəfat edib, aktiv xəstə sayı 4 868-dir. 
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 727 , ötən müddət ərzində isə ümumilikdə 738 963 test aparılıb.

Xəbər lenti