.

Millət vəkilləri şəhid əsgər Xəyyam Məmmədovun ata ocağını ziyarət ediblər.

AFİA.AZ xəbər verir ki, Millət vəkilləri Qənirə Paşayeva və Məşhur Məmmədov, Qurban bayramı günlərində, şəhid əsgər Xəyyam Məhəmməd oğlu Daşdəmirovun İsmayıllının Balik kəndindəki ata ocağını ziyarət ediblər. Millət vəkili Qənirə Paşayeva şəhid əsgərin ailə üzvləri ilə görüşün onunçün həm duyğuverici, həm də bir mənəvi borc ifadəsi olduğunu deyib: “Tovuz istiqamətində 12 iyuldan başlayan ağır döyüşlərdə bizim hərbi bölmələrimizin mətin duruşu, hər bir hərbçimizin vətənpərvərliyi, qorxmazlığı bizlərə qürur bəxş etdi. Hərbçilərimizin əziz canlarını Vətən torpaqları uğrunda qurban verməsi xalqımız tərəfindən unudulmayacaq. Ruhuna daim ehtiram içində olduğumuz şəhidlərimizin ailələri də bizimçün həmişə əziz olacaq”. Millət vəkili Məşhur Məmmədov Tovuz döyüşlərinin bir çox həqiqətləri üzə çıxardığını, o cümlədən xalq-dövlət birliyinin necə möhkəm olduğunu bir daha parlaq şəkildə göstərdiyini deyib. Millət vəkili bildirib ki o da hadisələrin qaynar vaxtı Tovuza səfər edib, qəhrəman oğullarımızın, yerli əhalinin, tovuzlu gənclərin ovqatını öz gözləri ilə görüb, şahid olub. M.Məmmədov Tovuz döyüşlərində şəhid olmuş digər şəhidlərin ailələrinin də ziyarət edildiyini, belə ziyarətlərin bir mənəvi borc olduğunu bildirib. Şəhid əsgərin ailə üzvləri, doğmaları öz ürək sözlərini bölüşüb. Millət vəkilləri şəhid əsgərin ailə üzvlərinin qayğıları ilə maraqlanıb. Qeyd edək ki, ordumuzun əsgəri Xəyyam Daşdəmirov düşmənin Tovuz istiqamətindəki mövqelərimizi ələ keçirmək məqsədi ilə başlatdığı hücumun ilk günü ağır yaralanıb, həkimlərin səyinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
19 Sentyabr 2020 Avropanın üç nəhəngi ABŞ-a qarşı: İrana sanksiya...
19 Sentyabr 2020 Paşinyanin arvadı erməni qadınlarını yenidən hərbi təlimə TOPLAYIR
19 Sentyabr 2020 Yevlax Mərkəzi Xəstəxanası cərimələndi: Üfünət, təhlükə...
18 Sentyabr 2020 Ceyhun Bayramov və Avropa İttifaqının komissarı müzakirə apardılar
18 Sentyabr 2020 Dövlət qurumunun 21 əməkdaşı işdən çıxarılıb - RƏSMİ
18 Sentyabr 2020 Tofiq Yaqublu ev dustaqlığına buraxılıb - YENİLƏNİB
18 Sentyabr 2020 Prezidentin köməkçisi sərhəd divi­zi­yasının hərbi hissə və bölmələ­rinə səfər edib
18 Sentyabr 2020 Vitse-spiker xaricdəki azərbaycanlı iş adamlarına çağırış etdi
18 Sentyabr 2020 Milli Məclisin Mədəniyyət komitəsi payız sessiyasında ilk iclasına toplaşdı.
18 Sentyabr 2020 DTX əməliyyatı: həbs olunan var - Foto
17 Sentyabr 2020 Rusiya XİN Livan ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsinə münasibət bildirib
17 Sentyabr 2020 Millət vəkilləri Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan hərbçilərimizin məzarlarını ziyarət ediblər.
17 Sentyabr 2020 Parlamentdə işə düzəlməklə bağlı YENİLİK
17 Sentyabr 2020 Əli Həsənova məxsus bina BOŞALDILIR
17 Sentyabr 2020 Erməni nazir: “Qarabağ münaqişəsi qarşılıqlı güzəştlər əsasında həll olunmalıdır”
15 Sentyabr 2020 Millət vəkilləri hərbçilərimizin ailələrini ziyarət ediblər
15 Sentyabr 2020 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri açıqlandı
15 Sentyabr 2020 15 sentyabr Bakının erməni işğalından azad edilməsi günüdür
14 Sentyabr 2020 Dövlət qeydiyyatından keçən dərmanların fərqli qiymətə satışı qadağandır - AÇIQLAMA
14 Sentyabr 2020 Q.Paşayeva son 8 gündə 200-ə yaxın vətəndaşımızın və mədəniyyət sahəsi işçilərinin qayğı, təkliflərini dinləyib
11 Sentyabr 2020 Hər partada bir şagird oturacaq - RƏSMİ
11 Sentyabr 2020 Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Gədəbəy rayon sakinlərinə tibbi xidmət göstərdi-VIDEO+FOTOLAR
11 Sentyabr 2020 Töhmət verilən direktor məktəbi müəllimlərə təmir ETDİRİR (Səs yazısı)
11 Sentyabr 2020 Bakı metrosu açılır - RƏSMİ
11 Sentyabr 2020 Builki buraxılış imtahanının nəticəsi gələn il də qüvvədə olacaq - RƏSMİ
11 Sentyabr 2020 Dilqəm Əsgərovun vəkili DTX-ya şikayət ərizəsi yazdı - FOTOLAR
11 Sentyabr 2020 Çağırışlar etdik, ancaq bizə kömək edən olmadı – Nikol
11 Sentyabr 2020 Xarici mətbuatda bizim jurnalistika
11 Sentyabr 2020 Dövlət qulluğuna imtahan verənlərin diqqətinə
10 Sentyabr 2020 V qrupda qabiliyyət imtahanları ləğv olundu - ballar artırıldı

Xəbər lenti