.

Son günlər ölkə “media”sında sabiq AMEA-nın prezidenti Ramiz Mehdiyev olayı olar-olmaz məcaraya yuvarlanır.
Bəzi dırnaqarası media təmsilçiləri keçmişdə olduğu kimi bu gündə aidiyyatı belə olmayan insanları Mehdiyevin adı ilə bağlamağa çalışırlar. Bu barədə açıqlama verən Araşdırmaçı Jurnalistlər Liqasının baş katibi Şəfayət Avılbəyli medianın bu cür fəaliyyətini,qarayaxma, eyni zamanda fürsətçilik hesab edir. “Təbii ki, Ramiz Mehdiyev dövlətimizin üst qurumunda təmsil olunan bir şəxs olub. Eyni zamanda arzuolunmayan şəxs. 
Mənim qəzetçilik dövrümdə “Yeni Müsavat”,”Azadlıq”  qəzetləri demək olar ki, Ramiz Mehdiyevdən hər gün yazırdı.” Boz Kardinal belə elədi, elə elədi”. Hətta, “Azadlıq” qəzeti dəfələrlə məhkəməyə verilib. Əməkdaşları həbs edilib. Bunların başında kim dayanırdı? Təbii ki,...
Lakin....İndi, onun fəaliyyəti dövründə ya istərəkdən, yaxud da istəmədən kimlərinsə onunla əlaqədə olması müzakirə mövzusu belə ola bilməz. Əgər müzakirə mövzusu olarsa onda indiki vəzifəlilərin hamsı  vəzifələırindən azad olunmalıdır. Dırnaqarası medianın məsələyə digər aspektdən yanaşması və  haçansa toruna sala bilmədiyi adamları bu cür yollarla şantaj etməsi qeyri-etikdir”.
Zaman–zaman ölkədə baş verən bu kimi hadisələrdən bəzi “media” qrumları olayı  öz iş prinsiplərinə  uyğun şəklə salmağa çalışırlar. Bu tendensiya mənə tanışdır. Əvvəllər də eyni ssenari idi indi də... Dırnaqarası media olar-olmaz yola əl atır. Ölkə iqtisadiyyatının müxtəlif sahələrinə yatırımlar qoyan iş adamlarını siyasi müstəviyə çıxarmağa can atırlar. Nə lüzüm var? Ramiz Mehdiyevin toy məsələsinin bu adamlara nə dəxli... 
AFİA.AZ

Xəbər lenti