.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Xalq artisti Lütfiyar İmanovun adının əbədiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova və Mədəniyyət Nazirinin I müavini, Mədəniyyət Naziri səlahiyyətlərinin icraçısı Anar Kərimova rəsmi məktubla müraciət edib. 

AFİA.AZ xəbər verir ki, Azərbaycanın dünya şöhrətli opera müğənnisi (dramatik tenor), professor, İstiqlal ordenli Xalq artisti Lütfiyar İmanovun adının əbədiləşdirilməsi ilə bağlı bir qrup ziyalı Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevaya müraciət edərək, köməklik göstərilməsini xahiş edib. Müraciətdə, Suraxanı rayonunda yerləşən musiqi məktəblərindən birinə, Bakı şəhərində (yaxud Abşeron rayonunda) küçələrin birinə Xalq artistinin adının verilməsi və onun büstünün qoyulması ilə bağlı konkret təşəbbüs və təkliflər ifadə olunub. Bununla əlaqədar olaraq, Qənirə Paşayeva Mədəniyyət Komitəsi adından, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova və Mədəniyyət Nazirinin I müavini, Mədəniyyət Naziri səlahiyyətlərinin icraçısı Anar Kərimova rəsmi məktubla müraciət edib.
"Əlbəttə, Xalq artisti Lütfiyar İmanovun musiqi mədəniyyətimizin inkişafı, dünyada tanıdılması işində böyük xidmətlərini nəzərə alaraq, onun adının əbədiləşdirilməsi həm klassik irsə sayğı, həm də, gənclərin sənətə həvəslənməsi, peşəkarlıq yollarında yorulmadan addımlaması baxımından xüsusi önəm daşıyır. Böyük ustadın oğlu Rafiq İmanovla da Mədəniyyət komitəsində görüşdük, geniş fikir mübadiləsi oldu. İnanıram ki, Azərbaycanın dünya şöhrətli opera müğənnisi (dramatik tenor), professor, Xalq artisti Lütfiyar İmanovun adının əbədiləşdirilməsi ilə bağlı yaxın zamanlarda aidiyyatı qurumlar tərəfindən müvafiq addımlar atılacaq və böyük ustadın ruhu şad olacaq. Nur içində yatsın böyük sənətkarımız"-deyə Qənirə Paşayeva bildirib
04 Sentyabr 2020 Qənirə Paşayeva Mirzə Ağabəyli ilə görüşüb
02 Sentyabr 2020 Komitə sədri Lütfiyar İmanovun adının əbədiləşdirilməsi ilə bağlı Baş nazirə müraciət etdi
01 Sentyabr 2020 Q.Paşayeva Xalq şairi Fikrət Qocanı 85 illik yubileyi münasibətilə təbrik edib.
21 Avqust 2020 Aygiz Baymuxammetin məşhur “Getmə, ana” əsəri Azərbaycan dilində işıq izi görüb.
20 Avqust 2020 Əliağa Şıxlinskinin məzarı üstündə büstü qoyulacaq
19 Avqust 2020 Astara şəhər Musiqi Məktəbinə Oqtay Kazıminin adı veriləcək
16 Avqust 2020 Xalq şairi Bəxtiyar Vahabzadənin 95 illik yubiley günüdür
22 İyul 2020 Anar Kərimov kollektivə təqdim olundu
01 İyul 2020 Mədəniyyət Nazirliyində yoxlamalar aparılır? - RƏSMİ
11 İyun 2020 Xalq artisti Teymur Mustafayev vəfat etdi
09 May 2020 Əbülfəs Qarayev nazirlikdəki DTX əməliyyatından danışdı: “Yəqin ki, hər şey...”
07 May 2020 MTRŞ telekanallar barədə qərarı ilə bağlı bəyanat yaydı
30 Aprel 2020 Prezidentdən Niyaməddin Musayevlə bağlı SƏRƏNCAM
16 Aprel 2020 Aktyor və rejissor Rafiq Əliyev vəfat etdi
05 Aprel 2020 Əməkdar Artist Nərgiz Əliyeva "Gələcəyini Düşün, Evdə Qal!" aksiyasına qoşuldu-Video
04 Aprel 2020 Biz evdəyik, onlar işdə -ANA RADİOMUZUN “SƏHƏR”İ
25 Mart 2020 "Azərxalça"nın sədri 6 aylıq maaşını Fonda bağışladı
18 Mart 2020 Nərgiz Əliyeva, Ceyla Seyidova "Secret Garden" -Video
18 Mart 2020 Aşıq Dəmir Gədəbəyli son mənzilə yola salınıb-Foto
16 Mart 2020 Rafael Dadaşov vəfat etdi
13 Mart 2020 Müslüm Maqomayevin heykəli Dənizkənarı Milli Parkda ucaldılacaq
11 Mart 2020 Bakıda Hacı Zeynalabdin Tağıyevin abidəsi ucaldılacaq - SƏRƏNCAM
07 Mart 2020 Əbülfəs Qarayev Azərbaycanda teatr və konsertlərin fəaliyyəti DAYANDIRDI
06 Mart 2020 Bakıda koronavirusa görə tamaşalar da dayandırıldı
02 Mart 2020 OĞURLUQ ERMƏNİLƏRİN MİLLİ ƏNƏNƏSİDİR
20 Fevral 2020 Mədəniyyət naziri Əbülfəs Qarayevin Böyük Britaniyada görüşləri davam edir
26 Yanvar 2020 Bakıda gənc ifaçıların “World harmony” beynəlxalq müsabiqəsi keçiriləcək
30 Dekabr 2019 Əbülfəs Qarayev: “Nəsimi ili” mədəniyyət, ədəbiyyat, söz və sənət ili kimi tariximizə yazıldı
19 Dekabr 2019 “Nəsimi” filmi yenilənmiş versiyada tamaşaçılara təqdim olunacaq
18 Dekabr 2019 Azərbaycan UNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Komitəninin vitse-prezidenti seçilib - FOTO

Xəbər lenti