.

Gənc yazar Sevindik Nəsiboğlunun 4-cü kitabı işıq üzü görüb.  

Müəllifin 320 səhifədən ibarət olan 
 “Könüllərə yol gəzirəm” adlı kitabında son illərdə yazdığı şeirlər və poemalar toplanmışdır.
Sevindik Nəsiboğlu yaşının az olmasına baxmayaraq mütaliəsi, araşdırmaları və kitabları ilə  oxucuların böyük marağına səbəb olub. Yazar nəinki yaşıdlarının, həmçinin ziyalıların da diqqətini çəkib, sevgisini qazanıb.


***
Sevindik Nəsiboğlu ilə ilk tanışlığımız üç il əvvələ təsadüf edir, "SİZİ TANIYAQ" layihəsinin çəkilişində qonaq olan Sevindik 9 yaşında idi. Onun araşdırmaları, məqalə və şeirləri ilə tanış olarkən 9 yaşlı məktəblinin bu qədər qabiliyyətli, böyük-böyük danışmaq və düşünmək bacarığına sahib olmasına, davranış və diksiyasına heyran olmuşdum. Onun haqqında çox insana danışsam da inanan az idi. "Bu yaşda bu qədər mütaliə və araşdırma qabiliyyətimi olar?!"-deyə düşünürdü çoxu. Lakin, zamanla onu hamı tanıdı. Atalar demişkən, danış deyim sən kimsən. Sevindik danışdıqca, savad və dünyagörüşü ilə sevildi.Onun yaradıcılığında Vətən, torpaq sevgisi qabarıq duyulur.
Sevindik Nəsiboğlunun uğurları AFİA.AZ saytından izləyə bilərsiz
http://afia.az/index.php?searchword=sevindik%20N%C9%99sibo%C4%9Flu&searchphrase=all&Itemid=183&option=com_search



Sevindik Nəsiboğlu Sizi Tanıyaq layihəsində ilk dəfə qonaq olarkən
***

Hər tədbirimizdə, hər çəkilişimizdə daha çox kəşf etdim onu, daha yaxından tanıdım. Mİllət vəkilləri, ziyalılarla görüşlərimizdə onun daha da böyüdüyünün fərqinə vardım, ağlı, savadı, mütaliəsi ilə böyüdü qəhrəmanım...

Millət vəkili Aydın Mirzəzadə ilə görüşdə Millət vəkili Sevindik haqda fikirlərini bildirir
***

Millət vəkili Fəzail Ağamalı ilə görüşdə Sevindik haqda fikirləri videoda. 11:53-21;30cu dəqiqələrdə
***


Millət vəkili Adil Əliyevlə görüşdə Sevindik Nəsiboğlu haqda fikirləri18;31-22:20 dəqiqələrdə
***

Sizi Tanıyaq istedadları  Çıxış Yolu verilişində Sevindik Nəsiboğlunun kitab təqdimatı
***

M.F.Axundov adına Milli Kitabxanada Sevindik Nəsiboğlunun kitab təqdimatı
***

Sevindik Nəsiboğlunun "Evde qal vetenperver ol" layihəsi
***


Sizi Tanıyaq layihəsinin üzvü Sevindik Nəsiboğlunun Ulu Naxçıvanım adlı kitabının təqdimatı
***







***


Xatırladaq ki, Sevindik Nəsiboğlu “Dünyamsan Azərbaycan”, “Hərdən uçmaq istəyirəm” , “Ulu Naxçıvanım” və yenicə çapdan çıxan “Könüllərə yol gəzirəm” adlı kitabların müəllifidir. Gənc yazara can sağlığı və uğurlar arzulayırıq. Paylaşdıqlarımız Sizi tanıyaq layihəsinin fəaliyyəti müddətində Sevindik Nəsiboğlunun uğurları və çıxışlarının çox az hissəsidir. Onun gələcək həyatında da böyük uğurlarına şahidlik edəcəyimə inanıram. 12 yaşında 4 kitab müəllifi, layihə rəhbəri və müxbir kimi tanınan məktəblimizin bundan sonrakı böyük uğurları danılmazdır. Dövlətimizə, millətimizə layiqli vətəndaş və dəyərli ziyalı olmağın diləyiylə
Vüsalə Qələndərli
AFİA.AZ











Xəbər lenti